Icma.az
close
up
RU
525ci qəzet Baydendən ABŞ demokratiyasına zərbə

525ci qəzet Baydendən ABŞ demokratiyasına zərbə

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ prezidenti Co Bayden səlahiyyət müddətinin bitməsinə az qalmış bir sıra ağır cinayətlərdə ittiham olunan oğlu Hanteri əfv edib. Bu, həm Birləşmiş Ştatlarda, həm də dünyada ciddi rezonans yaratmaqla tənqidlərə səbəb olub. Siyasətçilər, qanunvericilər, hüquq müdafiəçiləri, ekspertlər bunu Baydenin öz səlahiyyətlərindən sui-istifadə, ABŞ demokratiyasına zərbə kimi qiymətləndirirlər. Əfv qərarı demokratları da qəzəbləndirib.

Qeyd edək ki, 54 yaşlı kiçik Bayden külli miqdarda vergidən yayınmada, 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah almaqda təqsirli bilinirdi. Onunla bağlı istintaq 2018-ci ildən davam edir. 2023-cü ildə kiçik Bayden vergidən yayınma və qanunsuz silah saxlamaqda günahını etiraf etməyə razılaşsa da, sonradan bundan imtina edib.

Prokuror David Uess tərəfindən hazırlanan ittihamnamədə kiçik Baydenin 2016-2019-cu illərdə ən azı 1,4 milyon dollar vergi ödəmədiyi iddia edilir. Sənəddə deyilir: "Müttəhim vergi ödəmək əvəzinə milyonlarla dolları ekstravaqant həyat tərzinə xərcləyib".

2018-ci ildə Delaver ştatının federal məhkəməsi onun silah alarkən narkotik istifadə etmədiyi barədə yalan danışdığını müəyyən edib.

Ümumilikdə prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, qanunsuz silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsinin dekabrın 13-nə, vergi məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdu.

Maraqlısı budur ki, Co Bayden bir neçə dəfə oğlunu əfv etməyəcəyini, ona fərqli münasibət göstərməyəcəyini bəyan etmişdi. O, bunu xüsusilə 2024-cü ilin iyununda İtaliyada keçirilən G7 sammiti zamanı - Hanterin qanunsuz silah almaqda ittiham olunmasından sonra açıqlayıb. Bundan başqa, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer tez-tez Co Baydenin oğlunu əfv etməyəcəyini deyirdi. Bəzi hallarda hətta bu sualı verdiyinə görə jurnalistləri qınayırdı.

ABŞ-nin aparıcı mətbuat orqanlarında da Bayden ciddi tənqid olunur, bir neçə onilliklər ərzində "belə hərtərəfli" əfv görmədiklərini yazırlar və bunu Uotergeyt qalmaqalından sonra Riçard Niksonun əfvi ilə müqayisə edirlər. Qeyd olunur ki, yalnız bir şəxs nəsillər boyu belə əhatəli prezident əfvinə layiq görülüb - 1974-cü ildə 38-ci prezident Cerald Ford tərəfindən keçmiş prezident Riçard Nikson əfv edilib.

1990-1997-ci illərdə ABŞ Ədliyyə Nazirliyində əfv məsələləri üzrə prokuror işləmiş Marqaret Lav deyib ki, o, Niksonun əfv fərmanı istisna olmaqla, əfv sənədlərində heç vaxt Hanter Baydenlə olduğu qədər əhatəli ifadələr görməyib.

Co Bayden verdiyi açıqlamada Hanter Baydenin "1 yanvar 2014-cü il və 1 dekabr 2024-cü il tarixləri arasında ABŞ-a qarşı törədə biləcəyi istənilən cinayətlərə görə" əfv etdiyini açıqlayıb. Niksonun da işində oxşar ifadə var idi - 20 yanvar 1969-cu ildən 9 avqust 1974-cü ilə qədər, yəni prezidentliyi dövründə "Amerika Birləşmiş Ştatlarına qarşı törətdiyi və ya törətmək ehtimalı olan bütün cinayətlərə görə".

"Politico" nəşri yazır ki, Hanter Baydenin əfvində 2014-cü il yanvarın 1-dən başlama tarixi təsadüfən seçilməyib - bu ilin aprelində o, Ukraynanın qaz şirkəti "Burisma Holdings"in direktorlar şurasına daxil olub. Atası bu dövrdə vitse-prezident olub.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Baydenin oğlunu əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğunu bildirib. Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır. Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onlar siyasi məhbuslardır.

Amerikalı sahibkar və milyarder İlon Mask hesab edir ki, Bayden oğlunu əfv etməklə ABŞ-nin bütövlüyünü şübhə altına alıb.

Nümayəndələr Palatasının üzvü  Marcori Taylor-Qrinə görə, əfv Baydenin Hanterin cinayətkar olduğunu etiraf etməsidir. O, prezidenti yalançı və ikiüzlü adlandırıb.

Kolorado ştatının demokrat qubernatoru Jared Polis deyib ki, bir ata olaraq prezident Baydenin oğlunu əfv edərək ona kömək etmək istəyini təbii olaraq başa düşsəm də, onun ailəsini ölkəsindən üstün tutmasından məyus oldum. Bu, gələcək prezidentlərin istifadə edə biləcəyi pis presedentdir və təəssüf ki, onun reputasiyasına xələl gətirəcək.

Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin sədri Ceyms Komer deyib ki, Co Bayden ailəsinin korrupsioner fəaliyyətləri haqqında əvvəldən axıra qədər yalan danışdı.

"Associated Press" isə öz məqaləsində Baydenin yaxınlarını əfv edən ilk prezident olmadığını yazıb və sabiq dövlət başçısı Bill Klinton presidentini xatırladıb. Klintonun 2001-ci ildə narkotik ticarəti ittihamı ilə həbs cəzası çəkən ögey qardaşı Rocer Klintonu əfv etdiyini xatırladıb: "Klinton, həmçinin Whitewater daşınmaz əmlak sövdələşməsində oynadığı rola görə iki il həbs cəzasına məhkum edilmiş keçmiş biznes ortağı Syuzan Makduqalı da əfv edib".

Göründüyü kimi, Bayden öz qərarı, cinayətdə təqsirləndirilən oğlunu əfv etməsi ilə ABŞ-nin nüfuzunu zərbə altında qoyub, bütün dünya bu əfvi tənqid edir. Baydenin oğlunun əyyaş, narkoman, cinayət törətmiş şəxs olduğu iddia edilir. Vaxtında tüfeyli həyat tərzinə görə qınaq hədəfində olan Baydenin oğlunu əfv etməsi başadüşüləndir. Görünür, bu, amerikasayağı demokratiyadır. Digər ölkələrə qanunun aliliyindən dərs keçməyə çalışan Bayden administrasiyası ən ali səviyyədə belə qanunsuzluqlar törədir.

Seçkilərdə qələbə qazanacaqlarını düşündüyü üçün Bayden məhz məğlubiyyətindən sonra postunu tərk etməsinə az qalmış bu addımı atdı. Çünki özü üçün itirəcəyi bir şey qalmamışdı, amma həm ABŞ-a, həm demokratlara öz zərbəsini vurdu.

Milli Məclisin deputatı Naqif Həmzəyev mövzu ilə bağlı "525"ə deyib: "Təəssüflər olsun ki, demokratiyadan, insan hüquqlarından, qanunun aliliyindən dəm vuran Bayden hakimiyyəti, xüsusilə də Bayden özü cinayət törətmiş şəxsin, konkret desək, oğlunun əfv edilməsi ilə yenidən gündəmə gəldi. Bu əfv ədalətli deyil. Bayden hakimiyyəti təhvil verməyə hazırlaşır və hakimiyyət dəyişikliyindən sonra bu araşdırma davam etdirilməlidir. İnanıram ki, ABŞ-da həqiqətən də ədalət varsa, onlar bu qərarı yenidən araşdıracaqlar. Bu əfv böyük ehtimalla ləğv edilə və yaxud yeni faktlar əsasında yenidən Baydenin oğlu məhkəmə qarşısında cavab verə bilər. Ancaq istənilən halda Baydenin səlahiyyətlərindən sui-istifadə etməsi və hüququn aliliyinin pozulması düşünürəm ki, onu deməyə imkan verir ki, məhz Bayden hakimiyyəti bir çox məsələlərdə ikili standartlardan çıxış edir. Onlar şəxsi maraqlarını yeri gəldikdə dövlət marağından, xalqların hüquqlarından üstün tutaraq, öz istəklərini reallaşdırmaq üçün istifadə edirlər. Xüsusilə də ABŞ Prezidentinin həyata keçirdiyi bu əfv hələ uzun illər Bayden hökumətinin ən uğursuz addımlarından biri kimi  xatırlanacaq. Ən maraqlısı odur ki, Bayden hökuməti və bu hökumətdə təmsil olunan şəxslər bəzi dövlətlərə demokratiya dərsi keçməyə cəhdlər edirdilər, təhdid dili ilə danışırdılar. Təəssüf ki, çox vaxt onlar haqq-ədaləti unudaraq konkret şəkildə diktə ilə öz istəklərini reallaşdırmaq istəyirdilər. Bir daha göründü ki, onların ədalət prinsipi nəyə əsaslanır. Sözdə dedikləri demokratiya, insan haqları nədən ibarətdir. Baydenin atdığı bu addımı qanunun aliliyinin pozulması və səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirirəm. Düşünürəm ki, Bayden hakimiyyəti tam təhvil verildikdən sonra bu qərar mütləq yenidən araşdırılacaq və oğlunun törətdiyi bir çox cinayətlər, xüsusilə də vergidən yayınma faktları araşdırılacaqdır. Əgər həqiqətən də onun törətdiyi bu cinayətlər sübut olunarsa, yenidən məhkəmə qarşısında cavab vermək məcburiyyətində qalacaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri