Icma.az
close
up
RU
525ci qəzet Biz hər şeyin daha yaxşısına layiqik

525ci qəzet Biz hər şeyin daha yaxşısına layiqik

525.az saytına istinadən Icma.az xəbər verir.

Aktrisa Zülfiyyə Qurbanova 2007-ci ildən Xalq artisti Amaliya Пənahovanın yaratmış olduğu Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərir. Teatrdə səhnələşdirilən bir çox tamaşalarda rol alan aktrisa "Dalan", "Həyat varsa", "Həyat sən nə qəribəsən", "Kəklikotu", "Mövsümün sonu", "Ata ocağı", "Zəhər tuluğu", "Əqrəb mövsümü", "Bu şəhərdə kimsə yoxdur", "Vətəndaş A" kimi serial və filmlərdə də əsas obrazları canlandırıb.

Zülfiyyə Qurbanova ilə söhbəti təqdim edirik.

- Zülfiyyə xanım, Kann film festivalında iştirak edən ilk azərbaycanlı aktrisasınız. Festivalda iştirak yadınızda necə qalıb?

- Hər bir aktyorun arzusudur ki, düyanın nüfuzlu festivallarında iştirak etsin. Eləcə də, mənim. Kann festivalında iştirak edəndə çox xoşbəxt idim. Artıq üstündən 10 il vaxt keçib. İndi də yadıma düşəndə o xoş duyğuları yenidən yaşayıram. Öz-özümə deyirəm ki, nə yaxşı həyatımda elə bir dönəm olub. Amma təbii ki, bəzi xoşbəxtliklər ilk zamankı kimi qalmır. Zaman keçdikcə həmin hisslər adiləşir, sadəcə yaddaşında gözəl bir xatirə kimi qalır.

- Rotterdam film festivalında da komandanızla iştirak edərək mükafat qazanmısınız, bununla yanaşı, bir sıra digər festivallarda da qatılmısınız. Sənətdə bu qədər fəal olan aktrisa bəs fəxri ad almaq barəsində nə düşünür?

- Bu barədə əlbəttə, düşünürəm. Düşünürəm ki, layiqəm, həm də zamanıdır. Hətta hesab edirəm ki, fəxri ad mənə çoxdan verilməli idi. İnşallah nəzərə alarlar. 2003-cü ildən incəsənət sahəsindəyəm. 2007-ci ildən teatrda fəaliyyət göstərirəm. Bakı Bələdiyyə Teatrının aktrisasıyam və teatrda fəaliyyət göstərdiyim dönəmdə bütün rollarım demək olar ki, əsas rollar olub. Bir-iki tamaşanı çıxmaq şərtilə bütün tamaşalarda yer almışam. Mən passiv aktrisa olmamışam, daim fəaliyyətdə olmuşam, bir-birindən fərqli, yaddaqalan rollarım olub. Həm tamaşaçılar, həm də kino və teatr tənqidçiləri, qısası, incəsənətdən anlayışı olan hər kəs çox yaxşı bilir ki, mən necə tamaşalarda rol almışam. Həmişə göz önündə olmuşam, seriallara, filmlərə çəkilmişəm. Mənim heç bir dövrüm passiv keçməyib. Bunu çox yaxşı bilirlər. Çox istəyərdim ki, dəyərləndirilən aktyorların içində mənim də adım olsun. İstər Пrezident mükafatı siyahısında, istərsə də digər yerlərdə. Səmimi deyirəm, artıq nə istəyirəmsə, hamısını dilə gətirəcəyəm. Ömür çox qısadır və mən qısa olan bu ömrümdə istədiklərimi gizlədərək yaşamaq istəmirəm. Fəxri ada layiqəm və zamanı çoxdan çatıb. Layiq olduğum adı da, mükafatı da mənə indi versələr, çox yaxşı olar. O adı, mükafatı 70 yaşımda, belim büküləndə, mənə lazım olmayanda almaq istəmirəm. Haqqım olanı vaxtında - indi almaq istəyirəm.

- Aktyorun həm teatrda, həm də ekran qarşısında uğurlu olması üçün hansı əsas keyfiyyətlər lazımdır?

- Пeşəkarlıq, istedad, yaradıcılığa sevgi ilə yanaşmaq, təcrübə və təbiilik. Amma ən başlıcası istedaddır. Teatrın da, kinonun da ağırlığı çoxdur. Teatrda tamaşa üçün 3-4 ay mütəmadi, qüsurlarını düzəldə-düzəldə, rolunu inkişaf etdirərək məşq edirsən və bundan sonra tamaşaçı qarşısında çıxırsan. Amma məsələnin bu tərəfi də var ki, teatr canlı sənətdir, tamaşa zamanı etdiyin səhvi səhnədə düzəltmək olmur. Kamera qarşısında isə səhvini düzəldə bilərsən, bir neçə dubl çəkilə bilər. Amma elə də olar ki, oynadığın rolda bildiyin gedişat özünü doğrultmaya bilər. Onda artıq çəkiliş bitir və sən bunun fərqinə sonradan varırsan. Hər iki halda səhv edirsən və bu, sənin yaradıcılığında qalır. Ona görə gərək həm teatrda, həm də kino və serialda sonradan peşman olacağın, utanacağın səhvləri etməyəsən. Əgər sən öz üzərində işləyirsənsə, ildən-ilə daha yaxşı iş ortaya qoyacaqsan.

- Film təklifi gələndə ssenarinin keyfiyyətini nə dərəcədə nəzərə alırsınız?

- Son zamanlar yeni layihələrdə birinci növbədə rejissora baxıram. Yaş artdıqca filmi kimin çəkdiyinə daha çox əhəmiyyət verirəm. Söhbət ad-sandan getmir, əsas məsələ rejissorun peşəkarlığıdır. Ola bilər ki, kamera arxasındakı heyət qeyri-peşəkar olsun - bu heyət peşəkar aktyorun işini qeyri-peşəkar şəkildə ortaya qoya bilər. Ona görə çalışıram ki, işlərimi seçəndə öncə heyətə, daha sonra rejissorun kim olduğuna, daha sonra isə ssenariyə baxım. Ssenarini oxuyanda öncə bütöv ssenarini nəzərdən keçirirəm, roluma baxıram, analiz edirəm və ona köklənirəm. Bu işdə rolumdan nə əldə edəcəyimə adaptasiya oluram. Söhbət maddiyyatdan getmir, yaradıcılıq baxımından nə əldə edəcəyimə, həmin rolun aktrisa kimi məni hansı ağırlıqlara salacağına daha çox diqqət edirəm. Aktrisa kimi çətinliyə düşmək mənim üçün çox önəmlidir. Asan rolu oynamağa nə var ki. Bəzən olur ki, oynadığın bir rol başqa rollarla oxşarlıq təşkil edir, bir növ digərinin surəti olur. Ona görə də çalışıram ki, rollarım bir-birindən tamamilə fərqlənsin. Hə, əziyyətə düşürəm, amma birmənalı olaraq çalışıram ki, yeni rolumun əvvəlki rolumla bağlılığı olmasın.

- Qırxa yaxın film, serial və tamaşada rol almısınız. Oynadığınız hansı obraza daha çox əmək sərf etmisiniz, daha çox can qoymusunuz?

- Hansı filmə çəkilirəmsə, o an elə bilirəm həmin obraza can qoyuram. Başqa çəkiliş olanda yenə eyni hissləri yaşayıram. Səmimi deyim, hamısına can qoymuşam. Hər obrazımı düşünəndə deyirəm, buna nə qədər enerji sərf etmişəm. Aktyorluqda "özünü xərcləmək" deyilən bir ifadə var. Öz üzərində işləməyən aktyorlar çəkiliş zamanı özlərini xərcləyirlər, aktyorluq istedadlarından deyil, özlərindən, xasiyyətlərindən, davranışlarından istifadə edirlər. Amma istedadlı aktyorlar bunu etmirlər. Bütün obrazlarımda istedadımı hərtərəfli ortaya qoyuram. Mütaliə etmirsənsə, analiz etmirsənsə, araşdırmırsansa, onda qabından, özündən xərcləyirsən. Aktyorluq elə bir sənətdir ki, daim fəaliyyətdə olmalısan, axtarmalısan, müxtəlif rollar üzərində işləməlisən. Yaradıcılıqda eyni rolu təkrarlamaq olmaz. Bu səni kütləşdirir və sən yerində sayırsan. Mən desəm ki, bu obrazıma daha çox can qoymuşam, o zaman digərlərinə haqsızlıq etmiş olaram. İşlədiyim rejissorlar çox yaxşı bilirlər ki, mən çəkiliş meydanına hazırlıqsız getmirəm. Elə aktyorlar olur ki, çəkiliş zamanı əlində telefon, deyəcəyi sözləri üzündən oxuyurlar. Amma mən rolumun üstündə çox işləyirəm, o qədər çox işləyirəm ki, hətta tərəf müqabillərimin də nə deyəcəklərini, harda necə davranacaqlarını bilirəm. Mən həyatımın ən ağır dönəmində belə çəkilişə hazırlıqlı getmişəm. Əgər peşəkar aktrisayamsa, mənim həyatımda baş verən hər hansı çətinliyi, ağırlığı, faciələrimi aktyor yoldaşlarıma yansıtmağa ixtiyarım yoxdur. Elə olub cəmi bir saat yuxu yatmışam, elə olub heç yatmamışam, amma obrazımı mənimsəyib sonra çəkiliş meydançasına getmişəm.

- Tez-tez sənət adamlarının maliyyədən şikayətləndiyini görürük, sənətə və sənətçilərə doğru şəkildə dəyər verilmədiyini eşidirik. Bəs bu sahədə sizi qane edən nədir?

- Razı olduğum məqam seçdiyim rollardır. İstəsəm seçərəm, istəsəm oynamaram, bu, mənim səlahiyyətimdədir. Maliyyə problemini isə ona görə dilə gətiririk ki, görünən kəndə bələdçi lazım deyil. Пroblemlərimiz çox olur, bəli, birtəhər çatdırırıq. Dənizə düşən ilana sarılır. Məcburuq ki, nə verirlərsə, onunla dolanaq. Amma belə olmamalıdır. Axı biz istedadsız insanlar deyilik. İstedadlı, işini sevən, sənətinə dəyər verən aktyorlarıq. İstedadlı adamlarımız çoxdur və onlar yaxşı qonorar almağa, yaxşı işlərdə rol almağa layiqdirlər. Qonorar problemlərimiz çox olur. Biz o qədər pullar almırıq ki, özümüzə bir menecer tutaq, yaxud da bir prodüserimiz olsun ki, bu problemləri onlar danışıb həll etsinlər. Məcbur olub maliyyə məsələsini də özüm danışıram, bu problemləri sıxıla-sıxıla, utana-utana dilə gətirirəm. Əslində bu məsələni aktyor özü danışmalı deyil, biz bunu məcburiyyətdən edirik. Biz yaradıcı adamlarıq, istedadlıyıq və hər şeyin daha yaxşısına layiqik. Axı bizim türklərdən nəyimiz əskikdir ki?

- Heç olubmu ki, bu problemlərin həlli ilə bağlı aktyorlar bir araya gəlib harasa müraicət etsinlər?

- Heç bir aktyor, aktrisa birləşib heç bir yerə müraciət etməyib. Getsələr, mən də gedərəm, niyə getməyim axı? Harasa gedib qonorar məsələsini qaldırsalar, mən də  gedib öz sözümü deyərəm. Kino İttifaqında bir dəfə bu məsələ qalxmışdı, müzakirəyə mən də qatıldım, əlimdən gələn qədər sözümü dedim, efirlərdə də sözümü deyirəm. Amma sonra fərqinə vardım ki, bizim aktyorlarda birlik yoxdur, elə bil təksən. Mən aciz adam deyiləm, dilim də var, dilçəyim də. Mən gedib çəkiliş üçün qiymət danışa bilirəm, az olanda qaldırmağa çalışıram, xoşuma gəlmirsə, etiraz edirəm. Amma bir də görürsən, sən etiraz edirsən, müsahibələrdə, efirlərdə səsini çıxardırsan, heç bir aktyor sənə dəstək olmur. Özümə söz vermişdim ki, bu barədə danışmayacağam, amma içimdəki haqq səsini boğa bilmədim. Aktyorlar var, bu məsələdən danışanda sənlə həmfikirdirlər, amma kadr arxasında. Bunu göstərmək, tələb eləmək, səsini çıxarmaq lazım gələndə isə həmfikir olmurlar.

- Qorxurlar?

- Yox, qorxmaq məsələsi deyil, bir növ özlərini yormaq istəmirlər. Mən də baxıram və deyirəm ki, əgər belədirsə, bəs mən niyə yorum özümü? Onsuz da rahatlıqla öz çəkilişlərimlə bağlı qiymət danışa bilirəm də.

- Bayaq dediniz ki, türk aktyorlarından nəyimiz əksikdir? Doğrudan da, Zülfiyyə xanım, Azərbaycan aktyorlarının türk aktyorlardan nəyi əskikdir?

- Mən onlarda bizdən artıq olan heç bir şey görmürəm. Onları o səviyyəyə bizim tamaşaçılar qaldırırlar. Türk serialları barədə yazılan rəyləri oxuyuram, incisələr də deyəcəyəm, həmin insanların teatr və kino anlayışına şübhə ilə yanaşıram. "Kiralık aşk" serialını serial hesab edib baxanlar var. Mən türk seriallarına baxmıram, əvvəllər anam baxırdı deyə baxırdım. Düzdür, gözəl serialları var, amma bizimkilər elə serialları bəh-bəhlə tərifləyib baxırlar ki... Belə düşünənlər Azərbaycan aktyorlarına təbii ki, dəyər verə bilməzlər. Bizim öz seriallarımıza baxmır, amma deyir ki, Azərbaycanın gördüyü iş nə olacaq? Əvvəlcə bir bax, sonra fikir bildir də. Bu, bizim canımızdadır.

- Qarşıdan Yeni il gəlir. Gələn ildən nə gözləyirsiniz?

- Bu il yaradıcılıq baxımından mənim üçün uğurlu il olsa da, şəxsi həyatımda çox ağır faciələr yaşadım. Buna görə yeni ildən şəxsi olaraq heç nə gözləmirəm. Tək istəyim odur ki, sağ olum. O da özümə görə yox, həyatda iki doğmasını itirən biri kimi mənim üçün artiq bəzi şeylərin elə bir mənası yoxdur. Sadəcə bacımın övladları üçün sağ qalmaq istəyirəm. Mən onlar üçün mübarizə aparmalıyam. İstəmirəm onlar anasız kimlərinsə qapısında böyüsünlər. Yaradıcılığımda bu zamana qədər qazandığım ugurlardan daha artığını qazanmaq istəyirəm. Hə, bir də çoxlu maddiyyat arzulayıram. Hazırkı ruh halımla belə düşünürəm...

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see132

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see131

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see131

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see128

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see128

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see127

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see123

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see123

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see122

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see120

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see119

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see119

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see117

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see116

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see113

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see113

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see113

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see112

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see111

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri