Icma.az
close
up
RU
Son vəziyyət: ABŞ heyəti gəldi, hücum dayandı

Son vəziyyət: ABŞ heyəti gəldi, hücum dayandı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hələbin Şeyx Məqsud və Əşrəfiyyə adlı iki məhəlləsini nəzarət altına alan cihadçı HTŞ üzvlərindən ibarət ordu qüvvələri şəhərin şərqində, Hələblə Rakkanı birləşdirən Deyr Hafir bölgəsinə hücuma başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, 0"onurğa sütunu"nu kürd qüvvələrinin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) tamamilə Fərat çayının şərqinə çəkilməsini tələb edən HTŞ-yə bağlı Dıməşq rəhbərliyi Deyr Hafir, Məskənə, Babiri və Kavas bölgələrini “qapalı hərbi zona” elan etmişdi. 

Dünəndən etibarən xüsusilə Deyr Hafirə hərbi yığıncaq aparılıb və sözügedən bölgələr üçün təxliyə əmri verilib. Təxliyə üçün müəyyən edilən müddət cümə günü  saat 17:00-a qədər uzadılıb.

SDQ yaydığı açıqlamada HTŞ rəhbərliyinə bağlı qüvvələrin “bölgəni artilleriya atəşi və PUA-larla hədəf aldığını”, “160 min mülkinin köçməyə məcbur edildiyini” bildirib. Dəməşq rəhbərliyi isə SDQ-nin humanitar dəhlizlərə getmək istəyənlərə icazə vermədiyini iddia edib. SDQ bu iddiaları təkzib edib.

Açıqlamada şəhərin “bir saat ərzində 20 dəfədən çox minaatanlarla atəşə tutulduğu, həmçinin partlayıcı yüklü pilotsuz uçuş aparatları (PUA) ilə hücumların həyata keçirildiyi, sahədəki proseslərin yaxından izlənildiyi və lazımi tədbirlərin görüldüyü” qeyd olunub.

Bu gün gərginliyin artdığı Deyr Hafir bölgəsinə bir ABŞ heyətinin çatdığı bildirilib.

Dəməşq rəhbərliyinə bağlı birliklər ABŞ heyəti bölgədən ayrılanadək Deyr Hafirə hücum etməyəcək.

Bu qərar Dəməşq rəhbərliyi tərəfindən verilib.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) dünən Suriyadakı vəziyyətlə bağlı açıqlama yaymışdı.

MMN-in Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirlik sözçüsü kontr-admiral Zeki Aktürk cümə axşamı keçirilən həftəlik brifinqdə “Dəməşq rəhbərliyinin tələb etməsi halında Türkiyənin Suriyaya dəstək verməyə hazır olduğunu” bildirib.

HTŞ lideri və Suriyanın müvəqqəti Prezidenti Colani (Əhməd əş-Şaraa) ilə SDQ komandanı Mazlum Abdi arasında ötən il 10 mart tarixində imzalanan razılaşma inteqrasiya problemini həll etmək üçün kifayət etməyib.

Dəməşq rəhbərliyi SDQ-ni 10 mart razılaşmasına əməl etməməkdə ittiham edərkən, SDQ bu ittihamları rədd edərək bölgədə hərbi varlığının olmadığını, yalnız  rəhbərliyə bağlı qüvvələrin hücumlarına cavab verdiyini bildirir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri