Icma.az
close
up
RU
525ci qəzet Cavanşir Feyziyev Şimali Kipri təbrik etdi

525ci qəzet Cavanşir Feyziyev Şimali Kipri təbrik etdi

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 41-ci ildönümü münasibətilə Bakıda tədbir təşkil edilib.

525.az-a xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksəksəviyyəli ev sahibliyi etməsi münasibətilə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edib. O, böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

“Prezident İlham Əliyevin Türk dünyasından başqa ailəmiz yoxdur sözü bizim üçün yol xəritəsidir və bu yolda işləmək bizim böyük vəzifəmiz və məsuliyyətimizdir. Bu il ərzində parlamentlərimiz arasında dostluq qruplarının yaradılması Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsinin ən güclü sübutudur.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm, ali təhsil sahəsində əməkdaşlığın inkişafı üçün nümayəndə heyətlərimiz il ərzində bir çox görüşlər keçirib”, – deyə Turganer vurğulayıb.

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev deyib:

“Qardaş Kuzey Kıbrıs Türk Cumhuriyətinin Müstəqillik Günündə sizləri burada salamlamaqdan şərəf duyuram. Kuzey Kıbrıs Türk Cumhuriyətinin quruluş günü kimi qeyd etdiyimiz 1983-cü ilin 15 noyabr günü həmin illərin siyasi çaxnaşmaları içərisində öz milli kimliyini qorumağa və müstəqilliyini qazanmağa çalışan Kipr türklərinin tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. O gündən sonra qarşılaşdıqları bütün çətinliklərə baxmayaraq, Kıbrıs türkləri öz ata-baba yurdlarında sülh və əmin-amanlığa nail olaraq, müstəqillik yoluna qətiyyətlə davam edirlər. Bu gün Kuzey Kıbrısda Cumhuriyət quruculuğunun 41-ci ildönümünü qeyd edərkən, biz öz sarsılmaz qətiyyətləri və böyük fədakarlıqları ilə Müstəqilliyə yol açmış qurucu liderlərin və azadlıq mücadiləsi qəhrəmanlarının əziz xatirəsini ehtiramla yad edir və Kuzey Kıbrıs Türk Cumhuriyərinin vətəndaşlarına dərin ehtiramımızı bildiririk. Üzvü olduğum Milli Məclis və onun təmsil etdiyi Azərbaycan xalqı adından Kipr Türk xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bir vaxtlar soyqırım və köçkünlük təhlükəsi ilə üzləşmiş Kıbrıs türkləri ortaq dəyərləri və türk kimliyinə dərin bağlılığı ilə hər zaman böyük Türk Dünyasının ayrılmaz parçası olmuşlar. Ona görə də Kuzey Kıbrısdakı soydaşlarımızın hazırkı qeyri-müəyyən statusu bütün türk xalqlarında ciddi narahatlıq doğurur.

Müstəqilliyin elan edilməsindən ötən 41 il ərzində Kuzey Kıbrıs Türk Cümhuriyyəti siyasi və iqtisadi təcrid qarşısında qətiyyətlə dayanır, bütün maneələrə baxmayaraq inkişaf etmək və regional sabitliyə töhfə vermək qabiliyyətini yüksək şəkildə nümayiş etdirir. Zəngin tarixi irsi və mədəni müxtəlifliyi ilə seçilən Kuzey Kıbrıs bu gün nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malikdir. Bu nailiyyətlər onun beynəlxalq aləmdə artan tanınmasının və suveren Türk Cümhuriyyəti kimi layiqli yer tutmasının sübutudur.

2004-cü il referendumundan sonra Kıbrıs türkləri Qərb dövlətlərinin insan hüquqları və azadlıqları prinsipləri ilə kəskin şəkildə ziddiyyət təşkil edən ayrı-seçkilik siyasəti ilə üzləşməkdə davam edirlər. Bu qərəzli yanaşma fonunda bütün türk xalqlarının Kiprdə yaşayan türk qardaşlarımıza haqlı olaraq mənəvi və siyasi dəstək verməsi, onların qlobal siyasi və iqtisadi sistemlərə inteqrasiyasını müdafiə etməsi təbiidir və çox vacibdir. Bu baxımdan Azərbaycan Kuzey Kıbrıs və Mərkəzi Asiya dövlətləri arasında dialoqun təşviqində, siyasi və iqtisadi boşluqların aradan qaldırılmasında mühüm rol oynamaqdadır.

Azərbaycan Respublikası türk dövlətləri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, siyasi müstəvidə məsləhətləşmələrin aparılması, təhlükəsizlik sahəsində qarşılıqlı yardımların göstərilməsi ilə türk birliyinin möhkəmlənməsinə hər zaman töhfə vermiş və bu prinsiplər bu gün də ölkəmizin apardığı xarici siyasətdə prioritet olaraq qalır.

1997-ci ildə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycanda Nümayəndəliyi açıldıqdan sonra ölkələrimiz arasında elm, təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat və turizm sahələrində birbaşa əlaqələr qurulmuşdur. Bu gün Kuzey Kıbrısla Azərbaycan Respublikası arasında artmaqda olan əməkdaşlıq ümumtürk həmrəyliyinin parlaq nümunəsidir. Dost və qardaş türk dövlətləri arasında günü-gündən genişlənən münasibətlər türk dünyası çərçivəsində birbaşa əlaqələrin yaranmasına, səmərəli əməkdaşlığa və qarşılıqlı inkişafa geniş imkanlar açır. Məhz bu həqiqətləri nəzərə alaraq bu ilin 5 Aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan – Kuzey Kıbrıs Parlamentlər arası İşçi qrupunun yaradılması barədə tarixi qərar qəbul etmişdir. Bu qərarla Azərbaycan parlamenti ilə KKTC-nin parlamenti arasında birbaşa əlaqələrimizə start verilmiş və ötən bir neçə ay ərzində hər iki ölkənin parlament nümayəndə heyətləri qarşılıqlı səfərlər etmişlər. Qardaş ölkəyə sonuncu səfərimiz 14-16 Noyabr tarixlərində baş tutmuş və Milli Məclisin nümayəndə heyəti qardaş ölkənin Müstəillik gününə həsr olunmuş çoxsaylı rəsmi tədbirlərdə iştirak etmişdir.

İşçi qrupumuz hər iki ölkənin müvafiq dövlət qurumları arasında, eləcə də özəl biznes dairələri və vətəndaş cəmiyyətləri arasında siyasi-iqtisadi və mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində öz fəaliyyətini genişləndirmək əzmindədir. Son illər sürətlə genişlənən ikitərəfli əlaqələrimiz müxtəlif sahələrə, o cümlədən təhsilə mühüm töhfələr verməkdədir. Hazırda 1000-ə yaxın azərbaycanlı tələbə Kuzey Kıbrısın müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsillərini davam etdirir və eyni zamanda bir çox azərbaycanlı təhsil işçiləri ölkənin akademik müəssisələrində uğurla çalışırlar. Qarşıdakı illərdə professor-müəllim heyətlərinin mübadiləsi nəzərdə tutulur ki, bu da münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcək.

Ölkələrimiz arasında diplomatik münasibətlərin möhkəmləndirilməsi bütün sahələrdə, xüsusilə təhsil, mədəniyyət və turizm kimi əsas sektorlarda şaxələnən əməkdaşlıq üçün də möhkəm zəmin yaradır. Bu fürsətdən stifadə edərək mən bu tədbirdə iştirak edən biznes nümayəndələrini, eləcə də təhsil, mədəniyyət və incəsənət sahələrindən olan peşəkarları Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əməkdaşlığı genişləndirməyə dəvət edirəm.

Azərbaycan-Kuzey Kıbrıs Parlamentlərarası İşçi Qrupumuz qarşıdakı illərdə də xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, mədəni-humanitar və siyasi-iqtisadi münasibətlərin canlandırılması üçün səmimi qəlbdən çalışacaq və xalqlarımız arasında etibarlı körpü olmaq missiyasına sadiq qalacaq. Əminəm ki, böyük qürur hissi ilə rəhbərlik etdiyim Azərbaycan – Kuzey Kıbrıs Parlamentlərarası İşçi Qrupumuz Kıbrıs türkləri üçün taleyüklü bir zamanda üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcək.

Sonda Kipr türk xalqını Müstəqilliyinin 41-ci ildönümü münasibətilə bir daha ürəkdən təbrik edir və bu qədim türk yurdunda yaşayan qardaşlarımıza əbədi sülh və firavanlıq arzulayıram!”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri