Icma.az
close
up
RU
525ci qəzet Cəsur baş leytenant

525ci qəzet Cəsur baş leytenant

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bayram İlqar oğlu Babaşov 1993-cü ildə Cəlilabad rayonu, Günəşli kəndində dünyaya göz açmışdı. Vətən torpaqlarının düşmən əsarətində olması Bayramı hələ yeniyetmə yaşlarından rahat buraxmırdı. Odur ki, qəlbindəki Vətən sevgisi onu özünü hərb sənətinə bağlamağa vadar etdi və 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Həbi Məktəbinə daxil oldu.

Təhsil illərində Vətən, torpaq sevgisi Bayrama hərbin sirlərinə  daha mükəmməl yiyələnməsi üçün  mənəvi stimul verdi. Məktəbi yüksək səviyyədə bitirib, elə həmin  ildən də 3-cü ordu korpusunun xüsusi təyinatlı snayper bölümündə tağım komandiri kimi xidmətə başladı. Bayram Babaşov biliyi, peşəkarlığı və hərbçilərə xas xarakteri ilk gündən diqqət çəkirdi.

Komandirlərin tapşırıqlarını dəqiq, qüsursuz və vaxtında yerinə yetirdi, qatıldığı xüsusi əməliyyatlarda fərqləndi. Qardaş Türkiyədə hərbi təlimlərdə iştirak edərək ağır sınaqlardan üzüağ çıxdı. Bütün bunlarla bərabər, Xüsusi hava desantı paraşüt kurslarını bitirən Bayram 2019-cu ildə baş leytenant rütbəsini aldı və 3-cü ordu korpusunun əlahiddə əməliyyat taborunun birinci əməliyyat bölüyünün komandiri vəzifəsinə təyin olundu. Peşəkar komandir, cəsur döyüşçü kimi tabeliyində olan şəxsi heyətə daim diqqət və qayğı ilə yanaşdı, onların döyüş bacarıqlarına xüsusi önəm verdi.

44 günlük haqq savaşımız başlananda baş leytenant Bayram Babaşov "Qələbə bizimlədir, çünki öz ata-baba torpağımız uğrunda vuruşuruq" - deyib odun-alovun içinə atıldı. Azərbaycan Ordusunun müdafiə zolağının ən çətin istiqamətindən - Murovdağ yüksəkliyindən döyüşə başladı. Düşmənin neçə-neçə texnikasını, canlı qüvvəsini məhv etməklə  Ömər aşırımı istiqamətində yerləşən düşmən mövqelərinin ələ keçirilməsində böyük şücaət göstərdi.

Vətən sevdalı zabitimiz oktyabrın 2-də Kəlbəcər uğrunda düşmənlə qeyri-bərabər döyüşə girərək  şəhadətə ucaldı. Döyüş yoldaşları ilə birlikdə ələ keçirilmiş mövqelərdən sona qədər geri çəkilmədi. Baş leytenant şəhid olan əsgərlərinin, yaralıların yağı əlinə keçməməsi üçün üç saat təkbaşına döyüşdü, 30-dan çox düşməni məhv etdi.

Şəhid baş leytenant Bayram Babaşovun iki qardaşı da İkinci Qarabağ müharibəsi başlayan gündən ön cəbhəyə yollanıb, hər ikisi qazi olub.

Cəlilabad camaatı ölümsüzlüyə qovuşan igid oğlunu həmişə ehtiramla xatırlayır. Doğma kəndində onun adına inşa olunan bulaq hər kəs üçün müqəddəs yer sayılır.

Şəhid zabitimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Zəfər ORUCOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri