Icma.az
close
up
RU
525ci qəzet COP29: Azərbaycanın növbəti qlobal uğuru

525ci qəzet COP29: Azərbaycanın növbəti qlobal uğuru

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransına -  COP29-a ev sahibliyini uğurla davam etdirir. Noyabrın 11-dən başlayaraq bütün dünyanın diqqəti paytaxt Bakıya yönəlib. Elə demək olar ki, bütün dünya da Bakıda bir araya gəlib. COP29-a marağın, iştirakçılığın gözlənildiyindən daha artıq olduğunu desək, yanılmarıq. Planetin bütün nöqtələrindən on minlərlə insan bəşəriyyət üçün çox ciddi probemə çevrilmiş iqlim böhranını müzakirə etmək, çıxış yollarını tapmaq üçün Azərbaycana toplanıb. Bu mötəbər tədbirdə 196 ölkədən 72 min iştirakçı, o cümlədən 80 prezident, vitse-prezident və Baş nazir iştirak edir ki, bu həm də Azərbaycanın dünyada artan nüfuzunu, əhəmiyyətli oyunçuya çevrilməsini, etibarlı tərəfdaş kimi tanındığı və qəbul edildiyini göstərir. Onların arasında Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərləri, Avropa İttifaqı Şurasının prezidenti olub.

Məlum olduğu kimi, COP29-da əsas prioritet məsələlərdən biri iqlim maliyyəsidir ki, bu istiqamətdə nəticələr əldə ediləcəyi gözlənilir. Xatırladaq ki, 2015-ci ildə Paris Sazişi imzalandıqdan sonra çoxsaylı müzakirələrə baxmayaraq, onun karbon bazarlarının tənzimlənməsini nəzərdə tutan 6-cı maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi üzrə razılaşmaya nail olunub. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırır. COP29-dan əsas gözləntilərin biri də budur. 6-cı maddə üzrə əsas oyunçular ABŞ və Avropa İttifaqıdır.

COP21 çərçivəsində qəbul edilən Paris Sazişi qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində ən mühüm hüquqi sənəd hesab olunur. Sazişin əsas məqsədi iqlim dəyişikliyi təhlükəsinin qarşısını almaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsini gücləndirməyə çalışmaqdır. Qlobal orta temperaturun artımını əvvəlki səviyyədən, 2 °C-dən xeyli aşağı saxlamaq, bunun iqlim risk və təsirlərini əhəmiyyətli dərəcədə azaldacağını qəbul edərək, temperatur artımını sənayedən əvvəlki səviyyəsindən 1,5 °C-ə qədər məhdudlaşdırmaqdır.

Saziş çərçivəsində 2050-ci ilə qədər karbon emissiyalarının sıfır balansına nail olmaq əsas hədəf kimi müəyyən edilib. Bunun üçün təmiz enerji mənbələrinə keçid, yaşıl texnologiyaların inkişafı və meşə örtüyünün qorunması kimi tədbirlər ön plandadır.

Azərbaycan Paris Sazişinə 2016-cı ildə qoşulub və qlobal iqlim siyasətinə töhfəsini vermək üçün bir sıra addımlar atıb. Eyni zamanda, Azərbaycan 2030-cu ilə qədər karbon emissiyalarını 1990-cı il səviyyəsinə nisbətən 35% azaltmağı planlaşdırılır.

Göründüyü kimi, Azərbaycan həm COP29-a uğurla ev sahibliyi edir, yüksək təşkilatçılıq, təhlükəsizlik tam təmin olunmaqla, effektiv infrastruktur yaratmaqla bu konfrans keçirilir, eyni zamanda, qlobal iqlim böhranının aradan qaldırılmasına, həll yollarının tapılmasına öz dəstəyini verir, təşəbbüslər, təkliflər irəli sürür.  Azərbaycanın bu rolu həm dünya liderləri, həm də ölkəmizdə olan digər COP29 iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı deyib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edirdi ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. Deputat deyib ki, COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir: “Azərbaycanın yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir və digər tərəfdən ölkəmizin yaşıl enerjinin istehlakda payı ilə bağlı bəlli hədəfləri var. Bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atılır. Eyni zamanda, Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. Belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır.

COP29-un Bakıda təşkilinin iqtisadi dividentlərinə gəldikdə isə COP turizm və xidmət sektorunun gəlirliyini artırmaqla yanaşı, həm də sərmayələrin cəlb edilməsi baxımından vacibdir, çünki bu, praktik olaraq, həm Azərbaycan iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək, həm də bu ölkəmiz üçün birmənalı şəkildə yeni sərmayələr və xüsusən də xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq. Nəzərə alsaq ki, cənab Prezident yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi vacibdir. COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək”.

V.Bayramov əlavə edib ki, bərpaolunan enerjinin quruda iqtisadi potensialı 27 QVt təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji, geotermal və kiçik çaylarının birgə potensialı 1 QVt həcmində qiymətləndirilir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, COP29-un Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım isə deyib ki, iqlim dəyişiklikləri bütün dövlətlər qarşısında qlobal çağırış olaraq dayanır: “Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir”.

F.Yıldırım qeyd edib ki, dövlətimizin başçısı çıxışında ölkəmizin yaşıl enerji ilə bağlı hədəflərini açıqlayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır: “Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də tarixi bir qərar oldu. Nəzərə alaq ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bu baxımdan, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzindədir. Beynəlxalq birlik ölkəmizin bu səylərini təqdir edir və dəstəkləyir.

Bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi nəzərdə tutulur. Ölkəmiz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Bu, ölkəmizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək. Açılış mərasimində Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini vurğulayıb. Hazırda azad olunmuş ərazilərdə yaşıl enerji zonası kimi mühüm işlər görülür”.

O deyib ki, müəyyən Qərb dairələrinin COP29-un ölkəmizdə keçirilməsini pozmaq üçün cəhdləri iflasa uğradı: “Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-un təşkilinə mane olsunlar. Lakin bu cəhdlər heç bir nəticə vermədi. COP29-da iştirak etmək üçün 196 ölkədən 72 min nəfər qeydiyyatdan keçib. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Bu fakt antiazərbaycan mövqeyindəki mərkəzlərə tutarlı cavabdır. Şübhəsiz ki, Azərbaycanda keçirilən COP29 qlobal iqlim dəyişikləri ilə mübarizəyə böyük töhfələr verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri