525ci qəzet Dağıstanda terror şəbəkəsi yaratmaqda şübhəli bilinənlər həbs olunub
Mahaçqala məhkəməsi terror şəbəkəsi yaratmaqda və partlayıcı maddələr hazırlamaqda şübhəli bilinən Dağıstanın beş sakinini həbs edib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Dağıstan Ali Məhkəməsindən bildirilib.
"Mahaçqalanın Sovet rayon məhkəməsi respublikanın beş sakini barəsində həbs qətimkan tədbiri seçib", - məlumatda qeyd olunub.
Ali Məhkəmənin məlumatına görə, terror cəmiyyəti yaratmaq və partlayıcı maddələr hazırlamaq da daxil olmaqla bir sıra maddələr üzrə cinayət işləri açılıb.
![see](https://icma.az/template/assets/see.png)