Icma.az
close
up
RU
525ci qəzet Duda binokl şousuna niyə qoşuldu?

525ci qəzet Duda binokl şousuna niyə qoşuldu?

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, Polşa Respublikasının Prezidenti Anjey Duda 25-27 noyabr tarixlərində Ermənistanda rəsmi səfərdə olub. Səfər zamanı Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan, parlamentinin sədri Alen Simonyanla görüşən Duda Ermənistan-Azərbaycan sülh sazişi barədə də müzakirələr aparıb.

O, erməni həmkarı ilə birgə mətbuat konfransında bəyan edib ki, Polşa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır. Cənubi Qafqaz regionunda sülh Avropa qitəsi üçün də vacibdir: "Əgər buna ehtiyac olarsa, biz Azərbaycanla münasibətlərin normallaşmasına kömək etməyə hazırıq. Ermənistan həmişə Polşaya bel bağlaya bilər".

Prezident Duda, həmçinin qeyd edib ki, Varşava İrəvanın Avropa ilə yaxınlaşması üçün səy göstərməyə hazırdır: "Biz Ermənistanın Avropa sivilizasiyası ilə yaxınlaşma siyasətini yüksək qiymətləndirir və ölkəni Avropa ailəsi ilə yaxınlaşdıracaq bütün proseslərdə maksimum dəstək verməyə hazırıq".

Təəssüf ki, Polşa lideri Ermənistana səfəri zamanı Azərbaycanın maraqlarına zidd hərəkətə yol verdi. Əlbəttə ki, istər Duda, istərsə də digər ölkələrin liderləri Ermənistana səfər edə bilərlər, Azərbaycan hansısa ölkənin daxili işlərinə müdaxiə etmir. Amma səfər proqramı, verilən bəyanatlar diqqətlə hazırlanmalı, Azərbaycana zərər verməməlidir. Dost, strateji tərəfdaş ölkələrin bu cür yanlışlığa yol verməsi isə ikiqat təəssüf və hiddət yaradır.

Belə ki, Prezident Duda səfər zamanı Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinə, Arazdəyənə də gəlib. Onu Avropa İttifaqının müşahidə missiyası müşayiət edib. Bu məqam da Bakının haqlı narazılığına səbəb olub. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasından məlum olur ki, öncədən Bakının bununla bağlı mövqeyi Polşa tərəfinə çatdırılıb. Belə ki, XİN bəyan edib ki, Anjey Dudanın Aİ-nin Ermənistandakı Missiyasının (EUMA) üzvlərinin müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd bölgəsinə səfəri, təəssüf ki, müxtəlif Aİ-yə üzv ölkələrin və Avropa institutlarının antiazərbaycan siyasətinin növbəti nümayişidir: "Rəsmi olaraq Azərbaycanın "strateji tərəfdaşı" olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk.

Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə çoxsaylı mesajlar göndərməsinə baxmayaraq, Polşa tərəfi bu təxribat xarakterli addımdan çəkinməyib. Azərbaycan bu qeyri-dost hərəkətə qarşı lazımi diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır".

Noyabrın 28-də isə Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb.

Göründüyü kimi, Polşa lideri rəsmi Bakının xəbərdarlığını nəzərə almayıb. Fəaliyyət müddəti 2025-ci ilin 19 fevralında başa çatacaq Aİ missiyasının daha iki il Ermənistanda qalması məsələsi var. Missiyanın fəaliyyət müddətinin uzadılması üçün təbii ki, Aİ-də bütün üzv dövlətlərin yekdil qərarı olmalıdır. Gələn ildən Avropa İttifaqı Şurasına sədrlik edəcək Polşanın prezidenti görünür həm də bu məsələnin həllini tapmasına çalışır.

Cənab Duda Azərbaycanın bu missiya ilə bağlı mövqeyinin fərqindədir. Rəsmi Bakı bu missiyanı regionun daxili işlərinə müdaxilə və sülh prosesinin balansını pozmaq cəhdi kimi qiymətləndirir. Brüssel 2022-ci ilin oktyabrında fəaliyyətə başlayan missiyanın məqsədinin guya sərhəd gərginliyini azaltmaq olduğunu bəyan etmişdi. Ardınca isə missiyanın mandatı rəsmi Bakının razılığı olmadan uzadıldı, tərkibi genişləndirildi ki, bu da Azərbaycanın kəskin narazılığına səbəb oldu. Rəsmi Bakı missiyanı birtərəfli, Azərbaycanın milli və dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

Təəssüf ki, bu cür addımlar atılarkən ikitrəfli münasibətlər nəzərə alınmır və onlar zədələnir. Polşa ilə Azərbaycan arasında hər zaman çox yaxşı münasibətlər olub. XİN-in açıqlamasında da vurğulandığı kimi, iki ölkə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bundan əvvəl Polşa prezidenti Bakıda olub, amma bu səfərlə Ermənistan edilən səfər arasında fərq var. Duda Azərbaycana beynəlxalq tədbirdə - COP29-da iştirak etmək üçün gəlmişdi. Yəni bu, Azərbaycana edilən xüsusi səfər deyildir. Prezident İlham Əliyev noyabrın 12-də Polşa lideri ilə görüşüb, iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycan-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə edilib.

İki ölkənin münasibətlərinin uzun tarixi var, bu, XV əsrə, Ağqoyunlu dövrünə gedib çıxır. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ilk milli ordusunun qərargah rəisi milliyətcə polyak olan general Sulkeviç olub. Birinci Dünya müharibəsindən sonra polyaklar Polşadan deportasiya olunarkən on minlərlə insan Azərbaycana gəlib. Hazırda da ölkəmizdə polyaklar yaşayır, onların mədəni irsi qorunub saxlanılır. Bu məqamları ona görə qeyd edirik ki, Polşa rəhbərliyi tarixi əlaqələri, strateji münasibətləri mütləq nəzər almalı idi.

Yada salaq ki, Polşa prezidentinin Xarici siyasət bürosunun rəhbəri Meşko Pavyak səfərdən öncə mətbuat konfransında deyib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi davam edir və biz ümid edirik ki, bu, tezliklə başa çatacaq. O deyib ki, Duda iki həftə əvvəl Bakıda keçirilən COP29 konfransında iştirak edib, Azərbaycan Prezidenti ilə görüşüb. Görüş zamanı digər məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan münasibətlərindəki mövcud vəziyyət və sülh prosesi müzakirə edilib. Amma Dudanın addımları heç də sülhə tohfə vermir, əksinə, vəziyyətə ziyan vurur, onu gərginləşdirir, Ermənistanı yeni təxribatlara cəsarətləndirir. Çünki adı mülki olan həmin missiya əslində hərbçilərdən ibarətdir, əsas missiyası isə bölgədə kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olmaqdan, Fransa kimi antiazərbaycan qüvvələrin əlinə oynamaqdır.

Politoloq Zaur Məmməd hesab edir ki, Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək binoklla baxanlara qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir və hələ də hüquqi - normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir: "Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Sözsüz ki, bu addıma qarşı adekvat tədbirlər görüləcək. Polşanın yerləşdiyi regiondakı dövlətlər Azərbaycanla siyasi-iqtisadi münasibətlərini genişləndirməkdədirlər. Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq Zəngəzura getdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri