Icma.az
close
up
RU
525ci qəzet Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır

525ci qəzet Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqın birliyinə hesablanmış mühüm tarixi addımdır

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AMEA-nın Naxçıvan Bölməsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

525.az xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin və Bakı-Qroznu istiqamətində uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” adlı tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Bölmə rəhbəri çıxışında Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul etdiyi qərarı xalqın birliyinə, milli həmrəyliyimizə hesablanmış mühüm tarixi hadisə adlandırıb. Sonradan bu bayramın bütün ölkə ərazisində və dünya azərbaycanlıları tərəfindən geniş qeyd olunduğunu deyən akademik xarici ölkələrdəki diaspor təşkilatlarımızın, icmaların səfirlik və konsulluqlarımızla əlaqəli fəaliyyətindən söz açıb, mövzu ilə əlaqədar bir sıra nüansları diqqətə çatdırıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədbirdə “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” mövzusunda məruzə edib.

Alim əvvəlcə Həmrəylik Gününün mənəvi dəyərindən danışıb, bu əlamətdar günün tarixinə nəzər salıb. “Sərhəd hərəkatı”nın tariximizdəki yerindən, ölkədə doğurduğu böyük rezonansdan  söz açan məruzəçi bildirib ki, məhz Heydər Əliyev həmin hərəkata siyasi qiymət vermiş, onu düzgün istiqamətləndirmişdir.

“Dünya azərbaycanlılarının birliyinin tanınması, müxtəlif ölkələrdə diasporumuzun formalaşması Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır”, - deyən alim dünyanın dörd bir tərəfində azərbaycanlıların birliyinin möhkəmləndirilməsi, əlaqələrin gücləndirilməsi məqsədilə görülən işləri sadalayıb. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə həmrəylik fəaliyyətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyib. Alim 2001-ci ildən başlayaraq keçirilən beş qurultayın nəticələrini ayrı-ayrılıqda təhlil edib.

Vurğulanıb ki, təkcə 2022-ci ilin aprel ayında Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etmiş, qurultay öz gözlənilən nəticəsini vermişdir.

Yaşar Rəhimov bildirib ki, bu gün vətəndən kənarda yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin həyata keçirilməsində, soydaşlarımızın birlik və həmrəyliyinin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını əminliklə söyləyə bilərik. Bugünkü müstəqil Azərbaycan Respublikası dünyanın ən müxtəlif yerlərində yaşayan azərbaycanlıların ümid və güvənc yeridir. Bu isə uzaqgörən Heydər Əliyev ideyalarının layiqli və uğurlu davamının nəticəsidir.

Sonda yekun nitqi söyləyən akademik İsmayıl Hacıyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə kollektivi təbrik edib, xoş arzularını dilə gətirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2024 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see281

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see253

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see236

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see230

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see211

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see184

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see176

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see173

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see165

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see150

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see149

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see147

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see144

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see141

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see141

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see140

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see137

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see134

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see130

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri