Icma.az
close
up
RU
Dəm qazı zəhərlənməsi zamanı ilk nə baş verir? Terapevt izah edir

Dəm qazı zəhərlənməsi zamanı ilk nə baş verir? Terapevt izah edir

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır

Sonra keçir ikinci situasiyaya. Burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir

Dəm qazından zəhərlənmə halları hələ də ölkəmizdə ciddi problem olaraq qalır. Hər il paytaxtda və müxtəlif regionlarda ailələrin sağlamlığı bu təhlükəli hadisələr səbəbilə risk altına düşür. İllərdir aparılan maarifləndirmə kampaniyalarına baxmayaraq, dəm qazından zəhərlənmə hadisələrinin davam etməsi təhlükəsizlik qaydalarına əməl edilməsində hələ də boşluqların mövcud olduğunu göstərir və məsul qurumlar üçün ciddi xəbərdarlıq rolunu oynayır.

Qeyd edək ki, Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Hadisə rayonun Qovlar şəhərində baş verib. Qovlar şəhər sakinləri – 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı zəhərlənmə diaqnozu ilə dünən günorta saatlarında xəstəxanaya yerləşdiriliblər. Dərhal tibbi yardım edilən zərərçəkənlərin vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Mütəxəssislər qeyd edir ki, dəm qazı rəngsiz və qoxusuz olduğundan insan instinkti ilə onu müəyyən etmək mümkün deyil. Buna görə də zəhərlənmə hallarının qarşısını almaq üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmək vacibdir. Vanna otaqlarında elektrik su qızdırıcıları istifadə edilməli və müntəzəm havalandırma təmin olunmalıdır. Həmçinin, mətbəxlərdə qaz cihazları üçün pəncərə və kifayət qədər hündürlük olmalıdır. Dəm qazını vaxtında aşkarlamağın effektiv yollarından biri qaz detektorlarıdır; onların istifadəsi Avropa ölkələrində geniş yayılıb, Azərbaycanda isə bu istiqamətdə işlər hələ yetərli deyil. 

Hər il qış fəsli boyunca dəm qazı zəhərlənmələrinin müşahidə olunduğunu vurğulayan tibb üzrə fəlsəfə doktoru, terapevt Şəmsiyyə Namazlı “Şərq”ə açıqlamasında deyib ki, insanlar bu məsələyə ciddi yanaşmalıdır. Həkimin sözlərinə görə, boğulma zamanı insan bunu hiss etmir: “Yüngül formada baş gicəllənməsi olur, ürəkbulanma, yavaş-yavaş halsızlıq yaranır. İlkin simptomlar yaranan kimi insan bunu hiss etmədiyi üçün bu hallar otaq şəraitində qalaraq davam edir. Sonra keçir ikinci situasiyaya. Burada artıq dəm qazının mərkəzi sinir sisteminə təsiri başlayır və insan artıq huşunu itirir. Belə ki, təzyiq aşağı düşür, nəbz sürətlənir və hətta dezrefleksləri də itir. Bu, artıq ağır formalı dəm qazı ilə zəhərlənmə hesab olunur. Tədricən CO2 kimyəvi formullu dəm qazı mərkəzi sinir sistemini iflic edir. Buna görə də zəhərlənmiş insan özündən asılı olmayaraq huşunu itirir. Zəhərlənmə zamanı ilk növbədə pəncərəni açmaq, xəstəni təmiz havaya çıxarmaq, xəstə huşunu itiribsə, təcili surətdə təzyiqini ölçmək və təcili tibbi yardım çağıraraq xəstəxanaya aparmaq lazımdır. Əgər yüngül formalıdırsa, onda xəstənin üzünə və bədəninin açıq nahiyələrinə soyuq su vurmaq lazımdır. Xəstənin udqunma aktı aktivdirsə, iflic olmayıbsa, ona maye vermək lazımdır. Təzyiqi aşağı olduqda ev şəraitində təzyiq qaldırıcı vasitələr verilir, başının altına yastıq qoyulur ki, vəziyyəti stabilləşsin. Huşsuz vəziyyətdə olduğu halda xəstə artıq xəstəxanaya aparılmalıdır".

Ş.Namazlı vurğulayıb ki, dəm qazı zəhərlənməsi orqanizmdə müəyyən vaxt ərzində qalıcı fəsadlar da törədir: "Dəm qazından zəhərlənmə həm ağciyərə, həm də qaraciyərə ciddi toksiki təsir göstərir. Boğulmanın ağır forması zamanı xəstə vəziyyətdən çıxana kimi onun orqanizmində qalıcı fəsadlar yaranır. Daxili orqanların ultrasəs müayinəsi zamanı qaraciyərdə və ağciyərdə olan dəyişikliklər üzə çıxır. Bu zaman ağciyərdə təngnəfəslik qala bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 02:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri