Icma.az
close
up
RU
525ci qəzet “Google vergisi” işə düşdü So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet “Google vergisi” işə düşdü So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rasim İsmayılov, jurnalist:

- Yaxşı xəbərdir, illik dövriyyəsi 45 min manat olan, VÖEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-ci ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də olmayacaq. 
Milli Məclisin müvafiq komitəsi Vergi Məcəlləsinə dəyişiklik hazırlayıb.

P.S. Bu əsasən, proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə tətbiq olunacaq.

Nihat Pir, yazar:
- “Nəsimi” operasını izlədim. Sarayda. İlk dəfə. 2024-cü il reallığına görə, ciddi hadisədir. Mədəni hadisədir. İlin-günün bu vədəsində opera səhnələşdirirsən. Maraq yaradırsan. Və kifayət qədər də uğurlu alınır. Məncə, alınmışdı. Xırda qüsurlar vardı. Yenə də, məncə. Məsələn, süni intellekt. Heç bir halda süni intellekti incəsənətin bir parçası görmək istəmirəm. Olmasın. Zərrə qədər də toxunuşu hiss olunmasın. O addakı “süni” ifadəsi hopor sənətə. Hopur onun canına. Qanına. Mayasına. Narahat hiss edirəm. Ürəyimcə olmur. Səhnə tərtibatı bütünlüklə verilmişdi əlahəzrətin ixtiyarına. Olmayaydı kaş. Dekorasiya. Ənənəvi. Mən bunu istədim. Bunu arzuladım. Zaman-zaman tarixi əsərlərdə müəllif tarixin özünə müdaxilə edir. Görmüşük. Burada Nəsimi edam olunanda Teymur sağ idi. Diksindim. Yeri gəlmişkən, Teymur obrazı da uğurlu idi. Sənətkarı tanımıram. Əfv eləsin. Bir də zindan monoloqunda Nəsimi “Aman Allah” deyə bir ifadə işlətdi. Bu, bir az məni çaşdırdı. Mənə görə, Nəsimi aman Allah deməz. Deyə bilməz. Deməməlidir. Bəlkə də, səhv edirəm. Fatimə Kamilə Nəbiyeva idi. Sevdiyim ifaçıdır. Gözəl idi. Nəsimi isə Ramil Qasımov. Ramil Qasımov çox istedadlı adamdır. Çox. Bu cür iri layihələrdə onu görmək sevindiricidir. Və uğurlu idi. Bəyənilsin idi. Yekun olaraq, yenə də ilin-günün bu vədəsində səhnəyə opera qoyasan. Nəsimini mövzu edəsən. Maraq oyadasan. Əladır. Təqdirəlayiqdir. Alındı. Təbrik edirəm!

Günel Musa, jurnalist:

- Senzura birmənalı olaraq geri qayıtmalıdır. Bütün "qatıqları" efirdən, mətbuatdan yığışdırmaq lazımdır. Qoy gedib barlarda işləsinlər. Musiqimiz, mədəniyyətimiz, kübarlığımız məhvə doğru gedir.

***

- Mənə elə gəlir ibtidai sinif dərsliklərinin tərtibi yenidən gözdən keçirilməlidir. Məsələn, Təsviri İncəsənət və Musiqi dərslikləri ayrı-ayrı kitab yox, bir kitab olaraq tərtib olunmalı və dərslik təkcə bu iki sənət növünü deyil, incəsənətin yeddi əsas sahəsini əhatə etməlidir. Fənni sırf sənətşünaslıq ixtisası üzrə peşəkarlaşmiş pedaqoqlar tədris etməlidir. Fənnin adı İncəsənət olmalıdır. Bu həm şagirdin ümumi mədəni bilik səviyyəsinin artırılmasında ən effektiv yoldur, həm də şagirdlərin kitab sayı azalmış olacaq.

Qurban Bayramov, elmi işçi: 

- Qarakənd faciəsi bizim xalqa vurulan ən ağır zərbədir... 

Təklif edirəm ki, Qarakənddə bu şəhidlərə xatirə abidəsi ucaldılsın... Tarixi yaddaşı yaşatmaq çox lazımdır...

Sabir Rüstəmxanlı, Xalq şairi:

- Məncə Azərbaycanın milli futbol komandası heç bir uluslararası yarışa buraxılmamalıdır. Bu komandaya böyük pullar xərcləmək bizə utancdan başqa nə qazandırır? Qoy iki-üç il ölkə daxilində, məsələn Yardımlı. Balakən, Zərdab, Ağsu, Ordubad və başqa rayonlarımızın futbol komandaları ilə oynayıb təcrübələrini artırsınlar...

Aydın Quliyev, jurnalist:

- İsveçdə, Norveçdə və Finlandiyada camaata "Müharibədən sağ çıxmaq" adlı kitabçalar paylanılır. Məlumatlara görə, əhaliyə evində azı 72 saatlıq zəruri ərzaq ehtiyatı yaratmaq tövsiyə olunur.

Bu nə deməkdir? Hər hansı həvəskar edir bunu? Ya dövlət orqanları paylayır? Hər üçü NATO üzvü olan bu ölkələrdəki belə panikanın arxasında nə dayanır?

Pərvin Abışova, jurnalist:

- "Vətəndaş A" möhtəşəmdir. Ucqar kənddə müəllim işləmək həqiqətən çətindir. Sırf təkamül söhbətinə görə mən də eyni problemi yaşamışdım direktorla. Kövrəldim.

Asif Nərimanlı, jurnalist:

- Konqresmen Pallone BMT xətti ilə Bakıya gəlsə də, buna etiraz etmək, yaxud qarşısını almaq mümkünsüz deyildi. Lakin belə bir addım COP29-a ev sahibliyi edən Bakının qlobal iqlim məsələsini siyasiləşdirdiyi görüntüsü yarada, bu cür ittihamlara yol aça bilərdi. Azərbaycan hətta Pallone kimilərin COP29-a qatılmasına qarşı çıxmamaqla qlobal iqlim probleminin müzakirəsini siyasiləşdirmədiyini, Bakının qlobal məsələlərin müzakirə platforması olduğunu nümayiş etdirdi.

Bunun fonunda Pallonenin Bakıda ictimai etirazla qarşılanması amerikalı konqresmen olsa belə, Azərbaycana qarşı separatizmin cəzasız qalmaması baxımından doğru gediş idi. Əks təqdirdə, Qarabağa qanunsuz səfər edən və separatizmi dəstəkləyən amerikalı konqresmen Bakıda istədiyi kimi gəzməklə “güc nümayişi” göstərəcəkdi və bu, həm də ABŞ-dakı erməni diasporu/lobbisinin istədiyini edə bilməsi olardı. Palloniyə rəsmi şəkildə etiraz edilməməsi isə Bakının COP29 platformasına yanaşmasından qaynaqlanır.

Pallone siyasi karyerası boyunca erməni mövqeyindən çıxış edib. 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyi üçün rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınıb. 44 günlük müharibədən sonra Xankəndidəki separatizmin müdafiəsi işini həyata keçirib. Qarabağdan separatizmin ləğvindən sonra da eyni işi görüb: “Azərbaycan təcavüzünə qarşı ermənilərə dəstək” aktını, eləcə də, COP29 ərəfəsində Bakıya sanksiya çağırışı edən 60 amerikalı qanunvericinin imzaladığı müraciəti hazırlayıb. Məlumatlara görə, Bakı səfəri planlaşdırdığı kimi baş tutmayan Pallone Azərbaycanı tərk edib.

Mir Səməd, bloger:

- Yanımızda bir qrup türk ailəsinin yaşadığı bina var. Müəyyən fəaliyyətlə məşğul olmaq üçün dəvət olunublar.

Tez-tez onları yaxınlıqdakı marketdə görürəm. Arada bir salamlaşıb, söhbətləşirik.

Dünən baxıram, onlardan biri feyxoa alıb, amma çox az, cəmi 20 qəpiklik.

Niyə belə az? - maraqlandım. 

Cavab verdi ki, Türkiyədə belə meyvə yoxdu. Əvvəl dadına baxmaq istəyir. Adını soruşdu, deyirəm feyxoa, təəccüblü gəlir ona tələffüzü.

Deyirəm necədir ümumiyyətlə bizim bazar dükan?

Bu dəfə təəccüblənmək növbəsi məndə idi. 

Dedi:  

- Abi, bizdə ət 35, sizdə 16 manatdır. Mən burda hər gün ət yeyirəm. Türkiyədə isə həftədə bir dəfə yeyirdim.

Amma Türkiyədən gətirilən məhsulların - şirniyyat, yoqurt, konservlərin bahalığından şikayətləndi. 

Ümumi razılığa gəldik ki, həm orda, həm burda ərzaq qiymətləri son vaxtlar bahalaşıb.

Elə bu qarşılıqlı anlaşma şəraitində, bir-birimizə xoşca qal, iyi akşamlar deyib, hərə öz evinə getdi.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti: 

- Ölkəmizdə "Google vergisi" işə düşüb: Artıq “Apple” xidmətlərini alanda vergini vətəndaş deyil, elə “Apple” ödəyəcək
Xatırladıram ki, ötən ilin sonu hökumətin qərarı çıxmışdı ki, ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətlər də vergiyə cəlb ediləcək.

Qlobal şirkətlərin vergiyə cəlb edilməsi üçün Dövlət Vergi Xidməti cari ilin əvvəlində bir elektron platforma hazırlayıb və indi görünür ki, artıq bu platforma işləkdir.

DVX elan edib ki, artıq  “Apple Distribution International Limited” DVX-nin bu elektron platformasında qedyiyyatdan keçərək VÖEN alıb və  vergi ödəyicisi olub.

Bundan sonra “App Store”, “iCloud”, “Apple Music”, “Apple TV” və s. bu tip xidmətləri alanlar yalnız xidmətin real dəyərini ödəyəcəklər. Vergisini isə “Apple” ödəyəcək.

Əlbəttə, qlobal şirkətlərin bu platformada qeydiyyatı könüllüdür. Amma hansı xarici şirkət qeydiyyatdan keçmirsə, itirən hökumət yox, biz oluruq.

Çünki qeydiyyatdan keçməyənlərin hansısa xidmətini, yaxud məhsulunu alanda onun üzərinə bu vergi də gəlir və biz həm xidmətin dəyərini və həm də vergisini də üzərinə gəlməklə ödəniş edirik.

Hansı xarici şirkət bu platformada qeydiyyatdan keçibsə, biz artıq onun xidmətinin real dəyərini ödəyəcəyik və onun vergisini isə bu şirkətin özü ödəyəcək.

Yeri gəlmişkən, məhz bu baxımdan bu tip vergilərdən yayınmaq üçün ölkəmizdə xarici bankların kartlarından da istifadə edilir.
Xatırladıram ki, qonşu ölkələrdə “Google vergisi” adlanan bu sistem xeyli öncədən aktivdir. 

Bu ölkələrdə qlobal şirkətlərdən milyonlarla vergi toplanır. 

Hökumətin, DVX-nin gec də olsa  belə bir elektron platforma yaratması təqdirəlayiqdir.

Düşünürəm ki, bu platformanı qlobal şirkətlər arasında təşviq etmək lazımdır. DVX bu istiqamətdə işləri gücləndirməlidir.

Qlobal şirkətlərin ölkəmizdəki nümayəndələri, təmsilçiləri və tərəfdaşlarının isə bu paltformanı (ecommerce.e-taxes.gov.az/) həmin şirkətlərə təqdim etməsi faydalı olardı.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri