Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

525ci qəzet Hansı mallara görə ƏDVnin bir hissəsi geri qaytarılır?

525ci qəzet Hansı mallara görə ƏDVnin bir hissəsi geri qaytarılır?

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı innovativ layihə olan "ƏDV geri al" mexanizminin tətbiqi davam edir. Bu ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 145 milyon 803 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, "ƏDV geri al" layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bundan başqa, "ƏDV geri al" layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam edir. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan həcmi 19 milyon 251,6 min manatdan çox olub.

Hansı obyektlərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi geri qaytarılır?

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

ƏDV-nin bir hissəsini geri almaq üçün harada qeydiyyatdan keçməli?

İstehlakçı şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə edvgerial.az portalında qeydiyyatdan keçməlidir. Bu zaman portalda elektron kabinet yaradılır.

ƏDV-nin bir hissəsini geri almaq üçün konkret hansı prosedurlaı yerinə yetirilməlidir?

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər "BirBank" və "ABB Mobile" tətbiqləri vasitəsilə də çekin üzərində olan QR kodu "skan" edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Yanacaqdoldurma məntəqələrindən alınan mallara görə ödənilmiş
ƏDV geri qaytarılımı?

Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmır.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.

Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq, qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

Bəs bu proses necə həyata keçirilir?

Daşınmaz əmlak alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması bütün mənzilllərə şamil edilir?

İqtisadçı-ekspert Xalid Kərimli deyir ki, mənzil alarkən ƏDV-nin bir hissəsi geri qaytarılması bütün mənzillər üçün nəzərdə tutulmayıb. Əgər vətəndaş öz evini satırsa, burada ƏDV-nin qaytarılmasından söhbət gedə bilməz. MTK və MMC-lərdən alınan evlərdə ƏDV-nin bir hissəsi geri qaytarılır. Qısacası vətəndaş mənzili inşa edən şirkətdən alırsa, bu zaman ƏDV-nin bir hissəsini geri qaytarıla bilər.

ƏDV-nin bir hissəinin geri qaytarılması zamanı ödəniş necə aparılmalıdır?

Ekspert bildirib ki, mənzil alarkən ƏDV-nin bir hissəsi geri qaytarılması zamanı ödəniş köçürmə yolu ilə həyata keçirilməlidir: "Vətəndaş əgər evi hissə-hissə daxili kreditlə alırsa, tam şəkildə məbləğ ödənildikdən sonra ƏDV-nin bir hissəsini almaq hüququ əldə edir. Əgər vətəndaş ipoteka krediti götürüb, mənzilin qiymətini dərhal ödəyirsə, bu zaman ƏDV-nin bir hissəsini də dərhal ala bilər".

Bu zaman proses necə həyata keçirilir?

Xalid Kərimlinin sözlərinə görə, ƏDV-nin bir hissəsini almaq üçün istehsalçı şirkət vətəndaşın elektron hesabına elektron qaimə göndərməlidir. Bundan sonra vətəndaş elektron qaimə hesabını təsdiq edir. Bank yolu ilə mənzilin məbləğini ödəyir. Bu zaman məbləğin ƏDV hissəsi ƏDV hesabına, əsas məbləğ isə, əsas məbləğ hesabına köçürülür. Bu prosedurlardan sonra vətəndaşın ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ əldə etmiş olur. Burada diqqət etməli olduğumuz məqəm evin məbləğinin yox, ƏDV-nin 30 faizinin vətəndaşa qaytarılmasıdır. Bəzən vətəndaş bunu yanlış başa düşür. Elə bilir ki, evin dəyərinin 30 faizi ƏDV yolu ilə qaytarılır: "Tutaq ki, daşınmaz əmlakın ƏDV-siz dəyəri 100 min manatdır. ƏDV ilə birlikdə onun dəyəri 118 min manat olur. Burada 18 min manat evin ƏDV-sini təşkil edir. Yəni vətəndaşın 18 min manatın 30 faizini əldə etmək hüququ var. 18 min manatın 30 faizi isə 5400 manat təşkil edir. Bu məbləğdən müəyyən qədər bank xərcləri də tutulur. Vətəndaşa mənzil alarkən ödədiyi ümumi məbləğin 4.5 faizdən bir qədər çox hissəsini ƏDV kimi geri qaytarılır". 

İqtisadçı ekspert Fikrət Yusifovun dediyinə görə, ölkədə hamının tanıdığı "Binə", "Sədərək", "Dərnəgül" və digər iri ticarət mərkəzlərində bütün hesblaşmalar bu gün də nağd şəkildə aparılır. Heç şübhəsiz ki, belə bir vəziyyət vergidən yayınmalar üçün münbit şərait yaradır. Əgər ticarət müəssisəsi alıcıya çek vermirsə, deməli, o, dövriyyəsini gizlətməklə vergidən yayınmağa çalışır. Buna görə də vətəndaşlar öz haqlarını tələb etməyi bacarmalıdırlar: "Ən azından ona görə ki, çeki almaqla vətəndaş ƏDV-ni geri qaytaracaq və eyni zamanda bir vətəndaş kimi dövlət büdcəsinə çatmalı olan verginin təmin olunmasında öz sözünü deyəcək".

F.Yusifovun qənaətincə, ƏDV ödənişində müştərilərin aldanılmaması üçün konkret nəzarət mexanizmi var. Bu mexanizm əsasında bütün proseslər şəffaf həyata keçirilir: "İstehlakçı www.edvgerial.az portalında qeydiyyatdan keçib çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə onu sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu "BirBank" mobil tətbiqi vasitəsilə oxutmaqla bu xidmətdən daha rahat yararlanmaq mümkündür. Yəni burada prosesin özü yetərincə şəffafdır və vətəndaş özü prosesə tam nəzarət edə bilir".

ƏDV ödənişində maraqlı olmayan sahibkarların stimullaşdırılmasına ehtiyacın olub-olmadığına gəldikdə, ekspert hesab edir ki, dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan ƏDV-nin ödənilməsi mütləqdir. Sahibkar bu vergini vaxtında və tam həcmdə ödəməyə borcludur: "ƏDV-nin ödənilməsini təmin etmək üçün xüsusi həvəsləndirmə üsullarının müəyyən edilməsinə ehtiyac görmürəm. Bu gün dövlət sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif səviyyəli güzəştlər təqdm edir, ixrac və investisiyaları təşviq edir. Hesab edirəm ki, sahibkarlar da bunların qarşılığında dövlət qarşısında olan vergi öhdəliklərini tələb olunan qaydada yerinə yetirməlidirlər".

Maliyyə üzrə ekspert Mahmud Abasquliyev qeyd edib ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına yüklənmədiyi halda, sistemə yüklənmə zamanı müvafiq xəta mətni əks olunur. Sistemdə "Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib" xətası alınmış mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda görünür. ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığı zaman "Satıcı ƏDV ödəyicisi deyil" xətası qeyd edilir və bu halda ƏDV-nin qaytarılması mümkün olmur.

M.Abasquliyev deyir ki, çek məlumatları elektron kabinetə daxil edildikdən sonra nəticə barədə məlumat əks olunmursa, çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlamaq olar. Çekin tapılmaması səbəblərindən biri də əməliyyat zamanı nəzarət qurğusunun internetə çıxışının olmamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-si təkrar portala daxil edilməlidir.

M.Abasquliyev əlavə edir ki, fiskal ID tam olaraq çap olunmadıqda, QR kod oxunmadıqda çekin dublikatını əldə etmək üçün onun verildiyi satış nöqtəsinə yaxınlaşmaq lazımdır. Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünənlər Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Mütəxəssis istehlakçılar üçün ƏDV-nin düzgün hesablanma qaydasını da açıqlayıb: "Tutaq ki, vətəndaş 236 (200 manat + 36 manat (ƏDV 18%)) manatlıq Pos-terminal, 59 (50 manat + 9 manat (ƏDV-18 faiz) isə nağd qaydada ödəniş edərək mallar alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq ƏDV-nin məbləği POS-terminalla aldığı mala görə 5.40 manat (36 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə 0,90 (9 manat x 10 faiz) manat təşkil edəcək. Vətəndaşın müraciətinə əsasən, aldığı 295 (118+59) manat mala görə 6.30 (5.40 + 0.90) manat geri qaytarılacaq".

F.Yusifov hesab edir ki, ƏDV-nin nağdsız ödəmələr üzrə 15, nağd ödənişlər üzrə 10% geri qaytarılması sistemində nağdsız ödənişlərin xeyrinə addım atmaq olar: "Daha yaxşı olardı ki, vətəndaşa nağdsız ödəniş üçün ƏDV 18, nağd ödəniş üçün 7% geri qaytarılsın. Bu, nağdsız hesablaşmaların daha geniş tətbiqini sürətləndirərdi".

F.Yusifov bəzi məsələlərə nəzarətin gücləndirilməsini də vacib sayır: "Digər problem vətəndaşlara verilən çeklərin keyfiyyətinin aşağı olmasıdır ki, bəzən onlar belə çekləri sistemə daxil etməkdə çətinlik çəkirlər. Başqa məsələ odur ki, vətəndaş ƏDV-nin geri qaytarılmasını 30 gün gözlədiyi halda, onun çeki ödəniş həyata keçirildikdən 10-15 gün ərzində hansısa səbəbdən ləğv edilir. Bu məsələlərə aidiyyəti qurumlar nəzarəti gücləndirməlidirlər".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:362
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri