Icma.az
close
up
RU
Gələcək nəsillər Səməd Vurğunu oxuyarkən lüğətdən istifadə edə bilərlər Dilçidən xəbərdarlıq

Gələcək nəsillər Səməd Vurğunu oxuyarkən lüğətdən istifadə edə bilərlər Dilçidən xəbərdarlıq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan dili milli dövlətçiliyin başlıca rəmzlərindən biridir. Müstəqillik dövründə onun geniş istifadəsi, əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dövlət dilinin hüquqi statusu, işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri müəyyən edilib. Həmin qanuna əsasən, dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi, xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi dövlətin vəzifələrinə daxildir".

Bu dikirləri Redaktor.az-a açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqov Azərbaycan dilinin qorunmasından danışarkən bildirdi.

"Dövlət başçısı AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında deyib: "Ana dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”. Deyilən neqativ halların qarşısının alınması üçün dövlət dilindən istifadəyə nəzarət edən kadrlar diqqətlə seçilməli, bu iş təsadüfi şəxslərə tapşırılmamalıdır.  2024-cü ilin may ayında bir qrup ziyalı Prezidentə müraciət edərək, ölkədə ədəbi dilin zənginləşməsi prosesini tənzimləyən ayrıca quruma ehtiyac olduğunu bildirmişdik. Çünki  hazırda bir gündə Oksford lüğətinə orta hesabla 16,5 söz daxil olur. Bu, bir ildə 6 min neologizm deməkdir. 10 ildən sonra dilimizin 60 minə yaxın alınma söz yükü altında əzilməsini istəmirik. Hazırda termin yaradıcılığı ilə ictimai əsaslarla məşğul olurlar. Amma Türkiyədə yeni sözlərlə 30 nəfərlik ştatlı işçidən ibarət bir qurum məşğul olur. İranda isə analoji sahə ilə məşğul olanların sayının 100-ə qədər olduğu bildirilir. Fikrimizcə, belə bir qurum Azərbaycan dilinin lüğət tərkibinin mahiyyətcə dolğunlaşması, inkişafı, zənginliklərinin qorunub saxlanması və müasirləşməyə uğurla uyğunlaşa bilməsi üçün çox gözəl imkanlar aça bilər", - deyə o vurğuladı. 

Müsahibimiz qeyd etdi ki, öz dilinin qədrini bilən ölkələrdə dilin qorunması hər zaman diqqət mərkəzində olub:

"Çünki dili taleyin hökmünə buraxmaq olmaz. Yeri gələndə inzibati rıçaqlar da işə salınmalıdır. 1635-ci ildə Fransa Akademiyası dilin istifadəsi üzrə normalar müəyyənləşdirib və onlara əməl edilməsini tələb edib. O vaxtdan Akademiya əcnəbi sözlərin dilə gətirilməsini ciddi nəzarətdə saxlayır və onların yalnız zəruri ehtiyac olanda və ildə 10-15 sözdən çox olmamaqla lüğət tərkibinə daxil edilməsini (!) tövsiyə edir.

Yenə həmin Fransada 1976-cı ildə fransız dilini ingilis dili və digər dillərin, eləcə də xarici mədəniyyətlərin həmləsindən qorumaq üçün qanun qəbul edilib. Bu ölkədə hətta NATO beynəlmiləl abreviaturu (akronimi) yoxdur, onu OTAN kimi yazırlar (Organization du traite de L’Atlantique Nord). Fransızlar əcnəbi sözlərin dilə daxil olmasına yad mədəniyyətlərin kodlarının və həyat tərzi elementlərinin yerli dilə soxulub kök salması kimi baxır və bunu qəbul etmirlər. Buna görədir ki, 1994-cü ildə Fransada əcnəbi sözlərin istifadəsini qadağan edən daha sərt qanun – Turbon qanunu qüvvəyə minib. Bu qanuna görə, hər hansı sözün fransızca ekvivalenti tapılmayınca ondan istifadə edilmir".

Dilçinin fikrincə, ana dilimizi uzaq dillərlə yanaşı, yaxın dillərin də mənfi təsirlərindən qorumaq lazımdır.

"Mərhum akademik Tofiq Hacıyevin bir fikrini xatırlatmaq istərdim: "Dillərin ayrılması irəli gedən bir prosesdir, geriyə dönmür. Vaxtilə ana dil olub, ondan ayrılmalar getməyə başlayıb. Bu, tarixi inkişafın məntiqidir. Geriyə inkişaf, əgər buna inkişaf demək olarsa, assimilyasiyadır, zorakılıqdır".
Bəzi şəxslərin cəfəng siyasi mülahizələrlə ana dilimizi başqa dillərin törəmə strukturuna çevirmək cəhdləri, dilimizdə oturuşmuş bir sıra sözlərin alınma olduğunu bəhanə edib, onları dildən çıxarmaq çağırışları zərərlidir, antimillidir, təhlükəlidir. Bu, Türkiyədə olduğu kimi, indiki nəsillə keçmiş nəsillər, ədəbi, elmi, mədəni irsimiz arasında uçurum yaratmaq deməkdir. Belə olarsa, gələcək nəsillər hətta Vaqifi, Zakiri, Səməd Vurğunu, Mirzə Cəlili oxuyan zaman lüğətdən istifadə zərurəti ilə üzləşərlər. Nəhayət, onu da unutmaq olmaz ki, dil təkcə verbal ünsiyyət vasitəsi deyil, o həm də mədəniyyətin yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Burada Üzeyir Hacıbəylinin sözlərini xatırlatmaq yerinə düşərdi: “Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat-vücud onun dilidir”, - deyə Vasif Sadıqov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Dekabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri