Icma.az
close
up
RU
525ci qəzet İşlərigücləri sənət

525ci qəzet İşlərigücləri sənət

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

İncəsənət insanın özünüifadəsi üçün ən əhəmiyyətli vasitələrdəndir. Sənət bəzi insanların işinə, bəzilərinin isə hobbisinə və yaxud istirahət vasitəsinə çevrilir. Əslində inəsənətin bütün sahələri bir-birilə sıx bağlıdır və sənətşünaslar da zaman-zaman bunu xüsusi vurğulayırlar. Məsələn, musiqinin teatr və kino ilə əlaqəsini qeyd edə bilərik. Demək olar ki, bütün tamaşa və filmlərdə hisslərin tamaşaçıya daha güclü ötürülməsi üçün musiqidən istifadə olunur. Dünyaca məşhur rejissor Stenli Kubrikin filmlərində, rəssamlıqdakı kimi, işıq və kompozisiyaya ciddi əhəmiyyət verməsinin səbəbi onun fotoqrafiyaya dərin marağından irəli gəlir. "Pianoçu" filmi ilə daha da məşhurlaşan Roman Polanskinin də rəssamlıq və heykəltaraşlığa böyük marağı olub. Hətta rejissor olmazdan əvvəl sənətkarın bu sahə üzrə təhsil aldığı bilinir. Dünyada belə nümunələr çoxdur. Bəs Azərbaycan sənətçiləri necə? Öz sahələrindən başqa, incəsənətin hansı növləri ilə xüsusi maraqlanır və sənət aləmindəki yenilikləri təqib edə bilirlərmi? Sənətçilərimiz bu sualları "525-ci qəzet"in "İşləri-gücləri sənət" rubrikasında cavablandırırlar.

"XALÇAÇILIQLA, XALÇAÇI RƏSSAMLARIN YARADICILIĞI İLƏ ÇOX MARAQLANIRAM"

Tanınmış aktyor Sənan Əlləz keramika işlərinə, miniatür rəssamlığa, xalçaçılığa xüsusi maraq göstərir: "Keramika dizaynerliyi və miniatür rəssamlığa aid sərgilərdə olmaqdan xüsusi zövq alıram. Ölkə xaricinə çıxanda da ilk işim həmin ölkələrdəki kermika işləri ilə yaxından maraqlanmaq olur. Rusiyada olarkən Sankt-Peterburqda müasir rus rəssamlarının və keramikaçıların sərgisində iştirak etmişdim. Şərq üslubunda miniatür rəssamlığı çox sevirəm. Osmanlı, Təbriz miniatür məktəbləri mənim üçün çox maraqlıdır. Memarlığa da biganə deyiləm. Şərq-Qərb üslubunda inşa edilən memarlıq abidələrinin daxili dizaynı məni valeh edir. O zamankı ustaların dizayn, rəng, şəkil seçimini, xüsusilə də kilsələrin içərisindəki freska işləmələrini çox sevirəm. Yaradıcılığını xüsusi izlədiyim keramikaçı rəssam var, Əsmər Əlizadənin işlərinə yaxından bələdəm".

Xalçaçılıqla da yaxından maraqlandığını bildirən sənətçi bu sənət növü ilə maraqlanmaqla kifayətlənmir: "Xalçaçılıqla və xalçaçı rəssamların yaradıcılığı ilə çox maraqlanıram. Hətta toxumağı öyrənmək haqqında da düşünürəm. Bunun üçün xalça ornamentləri haqqında bir çox kitab almışam. Əfsanəvi sənətkar Lətif Kərimovun işlərini sevirəm. Gənc xalçaçı rəssamların işləri ilə yaxından maraqlanıram. Onların arasında Fəridə Qarayeva adlı bir xanım var. Onunla maraqlı ideyalar fikirləşirik. Fəridənin eskizlərini köynəklərimdə, gündəlik geyimlərimdə istifadə edirəm. Çox da maraqla qarşılanır. Ümumiyyətlə düşünürəm ki, xalçaçılıq ölkəmizdə daha geniş təbliğ olunmalıdır. Çünki keçmişlə indki zaman arasında körpü rolunu oynayır".

Musiqini sevsə də, konsertlərə getmədiyini deyən Sənan Əlləz Azərbaycanda konsert ənənəsinin tənəzzülə uğradığını düşünür: "Sonuncu dəfə hansı müğənnini konsertində iştirak etdiyimi xatırlamıram. İndi sosial media o qədər inkişaf edib ki, istənilən bir konserti xarici telekanallar canlı yayımlayır. Orda açıb canlı izləyirəm. Azərbaycanda, çoxdandır, gerçək konsert ənənəsi yox kimidir. Əvvəllər, heç olmasa, sevdiyimiz müğənnilərin konsertləri tez-tez olurdu. İndi onu görə bilmirəm".

Ədəbiyyata da zaman ayıran Sənan Əlləz daha çox poeziyaya üstünlük verir: "Klassik Azərbaycan şairlərinin şeirlərini oxuyuram. Səlim Babullaoğlunun şeirlərini çox sevirəm. Hətta vaxtaşırı gözləyirəm ki, onun şeirləri mətbuatda çıxsın, oxuyub zövq alım".

"MUSİQİDƏN BAŞQA NƏ BİR İŞİM VAR, NƏ DƏ MƏŞĞULİYYƏTİM"

Tanınmış tarzən Humay Qədimova musiqinin onun bütün həyatını əhatə etdiyini deyir: "Musiqi mənim həyatımın ayrılmaz hissəsidir. Son dövrlərdə demək olar ki, bütün diqqətim öz sənətimə yönəlib. Klassik muğamların lentə alınması üçün və bunu həyata keçirməyim üçün araşdırmalar aparıram. Eyni zamanda müntəzəm şəkildə klassik bəstəkarların əsərlərini lentə alıb yaşatmaq istəyirəm. Bunun üzərində işləyirəm. Musiqidən başqa nə bir işim var, nə də məşğuliyyətim.  Yalnız dünyada baş verən siyasi prosesləri, bu səpkidəki daxili və xarici debatları izləyirəm. Vaxt olduqca teatr tamaşalarına getməyə çalışıram. Sonuncu dəfə Musiqili Dram Teatrında səhnəyə qoyulan "Leyli və Məcnun" və "Bəxtiyar" tamaşalarında olmuşam".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri