Icma.az
close
up
RU
Yavuz Bülənt Bakilər əbədiyyətə qovuşdu

Yavuz Bülənt Bakilər əbədiyyətə qovuşdu

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

“Azərbaycanı ürəyində şah damar” sayan Turan sevdalısı

“Mən dayanacaqlarda avtobus gözlədiyim anlarda belə vaxtımı kitab oxumağa sərf etmişəm. Hər dəfə oxuduqca cahil insan olduğumun fərqinə varmışam. Cəhalətimdən utanıb, daha çox mütaliə etmişəm” Türk dünyasının ustad şairi Yavuz Bülənt Bakilər poeziyanın zirvəsinə bax belə ucalmışdı.

Sözün qüdrəti onu yazan qələm sahibinin qəlbində şölələnir. Sözün alovu qəlbdə alışırsa, o xalqın səsinə, yaddaşına çevrilir. Bu alovu qəlbində daşıyan, ölməz əsərləri ilə qaranlıqlara aydınlıq bəxş edən Turan sevdalılarımızdan daha biri olan Yavuz bəy sentyabrın 28-də 89 yaşında dünyasını dəyişib. Vəfatı ilə ədəbi aləmi sarsıdan ədibin ölməz əsərləri oxucular üçün əbədi mirasdır.

Azərbaycan haqda çoxsaylı şeirlərin müəllifi, əslən qarabağlı olan Türkiyənin tanınmış yazıçısı və şairi Yavuz Bülənt Bakilər 1936-cı ildə Sivasda doğulub. Ulu babaları Qarabağdan Anadoluya köç edənlərdən olub. İlk və orta təhsilini Sivas, Qaziantep və Malatyada tamamlayıb. 1960-cı ildə Ankara Universitetində hüquq fakültəsini bitirdikdən qısa müddət sonra “Yeni İstanbul” qəzetində çalışıb. Daha sonra “TRT Ankara Radiosu”nun Mərkəzi Proqramlar İdarəsində müxtəlif mədəniyyət proqramları hazırlayıb. 1969–1975-ci illərdə Sivasda vəkil, daha sonra Ədalət Partiyasının sədri kimi siyasi fəaliyyət göstərib. 1979–1980-ci illərdə mədəniyyət və turizm nazirinə müavini təyin olunub. Türkiyə Silahlı Qüvvələrinin 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi çevrilişdən sonra 1992-ci ilə qədər nazirlikdə müşavir vəzifəsində xidmətini davam etdirib.

1982-ci ildə rəsmi dövlət qonağı kimi Bakıya səfəri zamanı jurnalistlərin “Qarabağa getmək istəyirsinizmi?” sualına verdiyi cavab şairin vətən sevgisinin necə dərin olduğunun sübutu idi: “İndi bura daha çox Qarabağı görmək üçün gəlmişəm. Qarabağdan iki ovuc torpaq aparmaq istəyirəm. O torpağın bir ovucunu Sivasda yatan atamın məzarına səpəcəyəm. Vəsiyyətim budur ki, ikinci ovuc torpağı da mən dünyadan köçəndə övladlarım məzarımın üstünə səpsinlər. Mən istəyirəm ki, həm Türkiyə, həm də Qarabağ torpağı ilə dəfn olunum”.

Amma tale yenə ədibin yolunu kəsmiş, onun Qarabağa getməyinə icazə verilməmişdi, hətta dostlarının gətirdiyi Qarabağ torpağı da Moskvada əlindən alınmışdı. Yalnız 1986-cı ildə icazə alaraq Qarabağa, Ağdama gedə bilmişdi. O zaman gətirdiyi torpağı anasının və atasının məzarına səpmiş, bir ovucunu isə öz məzarı üçün saxlamışdı.

Bu, bir ömrün həsrəti idi. Qarabağ torpağı onun üçün vətənlə qovuşma, köklərinə qayıdış demək idi. Onun səsindəki titrəyiş, sözlərindəki yanğı qəlbi dağlayırdı. O, bu torpaqları görmədən sevən, xalqın dərdini öz dərdi bilən, həsrətini misralarına daşıyan qələm, ürək sahibi idi. Qarabağın adı keçəndə səsi titrəyər, sözü bir az da kəsərli olardı:

Türkü türkdən başqa indi kim anlar,
Yaram dərin, məlhəmim yox, vaxtım dar.
Bir dastan yazar kimi yaz məni, Anar,
Duy məni, Bəxtiyar, duy məni, Şahmar!

İlk nəsr kitabı “Üsküpdən Kosovaya” olmuşdu. O, bu əsəri bir səfərdən sonra gördüklərini qələmə alması xahişi ilə yazılmağa başlamışdı. Bakiler həmin xahişi sanki ağır məsuliyyət kimi qəbul etmiş, yazıya ciddiyyətlə yanaşmışdı. Kitab çap olunanda isə ədəbiyyatçılar onu “şahəsər” adlandırmışdılar. Azərbaycan ədəbiyyatının böyük şairi Bəxtiyar Vahabzadənin həmin kitabla bağlı dediyi bu cümlə hələ də yaddaşlardan silinmir: “Bu kitabı oxuyub ağlamayan türkün mən türk olduğuna inanmaram”.

Bakilərin həyatına istiqamət verən simalar arasında Arif Nihat Asya, Nəcip Fazil, Nihal Atsız kimi böyük ədiblər də vardı. Onlardan öyrəndiyi ən əsas həqiqət isə dilin millətin şah damarı olması idi. “Kitabsız, kitabxanasız evlərin mağara qaranlığından heç bir fərqi yoxdur” – deyə söyləyirdi. Yavuz Büləntin fikrincə, Türkiyənin ən böyük faciəsi, insanların söz ehtiyatının daralması idi: “İngiltərə bu gün də Şekspiri uşaqlarına oxudur, biz isə cəmi 20 il əvvəlki ədəbiyyatımızdan belə qopmuşuq”. Elə buna görə də gənclərə hər zaman bu nəsihəti verirdi: “Oxumaqdan başqa çıxış yolumuz yoxdur.” Bu sözlər yalnız çağırış idi. Yavuz Bülənt Bakilər üçün oxumaq millətin ruhunu qorumağın yolu idi. Çünki sözlər milləti millət edən ən dərin bağdır.

O, Azərbaycanın Turan sevdalısı olan Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Şahmar Əkbərzadə kimi ziyalıları ilə yaxından dostluq edirdi. Çox sevdiyi Üzeyir Hacıbəylinin tədqiqatçısı Səadət Qarabağlıya “bacım” deyirdi.

Yavuz Bülənt Bakilərin misralarında canlanan Anadolu insanı, səbirli, dözümlü və möhkəm xarakterlidir. O, əlindəkilərlə kifayətlənməyi bacaran, bir parça çörək və bir baş soğanla belə şükür etməyi unutmayan, zərbələrə səssizcə sinə gərən obrazdır. Bəlkə də, buna görə özü də 89 illik ömrü boyu sırf şeirləri və yazıları ilə deyil, həm də şəxsiyyətinin təmizliyi ilə silinməz izlər buraxdı. Heç vaxt dürüstlüyündən güzəştə getmədi. “Əgər mən şəxsi mənfəətlərim üçün çalışsaydım, indi on mənzillik sərvətim olardı” – deyərək vicdanını daim təmiz saxladı.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri