Icma.az
close
up
RU
525ci qəzet Müəllim ömrünün sönməyən işığı

525ci qəzet Müəllim ömrünün sönməyən işığı

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Babək Xubyarov bizim Şabran rayonunda çalışan min nəfərə yaxın müəllimin arasında fərqlənib Əməkdar müəllim adına layiq görülsəydi, əlbəttə, buna təbii baxar, o qədər də heyrətlənməzdim. Ancaq Babək müəllim ölkəmizin paytaxtında - Bakıda minlərlə müəllimin arasında fərqlənərək belə bir ada layiq görülüb. Bu isə olduqca qürurvericidir..." O vaxt Şabran Rayon İcra Hakimiyyətinin başçısı olan hörmətli Novruz Novruzov bu səmimi sözləri Babək müəllimin ünvanına deyəndə 2014-cü ilin dekabrı idi. Və onda Babək müəllimin 60 illik yubileyi təntənə ilə qeyd olunurdu. Azərbaycan təhsilində özünəməsus yer tutan ustad pedaqoq, Əməkdar müəllim, dərsliklər müəllifi Babək Ələkbər oğlu Xubyarovdan söhbət gedir. O, rayonun Qələgah kəndində anadan olmuşdu. Atası Ələkbər müəllimdə pedaqoq idi. Uzun illər rayonun müxtəlif məktəblərində direktor işləmişdi. Əvvəllər onu təkcə bizim Şabran rayonunda hamı tanıyır və sevirdi. Sonralar bütün respublikada tanınan ziyalılardan biri oldu. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirmiş, 22 il Şabranda, 16 ilisə Bakı şəhər 158 №-li tam orta məktəbdə şagirdlərə tarix fənnini tədris etmişdi. Ötən əsrin sonlarında Azərbaycan Dövlət Televiziyası Babək müəllimin şagirdlərindən ibarət "Çıraqqala" komandasının Nəsrəddin Tusi adına bilik yarışlarında ikiqat qalib olmasından bəhs edən "Çıraqqalanın Tusi zirvəsi" adlı bir televiziya filmi də çəkmişdi. Səfəvilər dövlətinin 500 illiyi, Naxçıvan şəhərinin 3500 illiyi, Naxçıvan Muxtar Respublikasının 80 illiyi münasibəti ilə keçirilən bilik yarışlarında Babək Xubyarovun yetirmələri qaliblər sırasında olmuşdular. Babək müəllimin şagirdləri Azərbaycan tarixi fənni üzrə respublika olimpiadalarında fəxri yerlər tutmuşdular. Gənc nəslin təlim-tərbiyəsi ilə yorulmadan məşğul olan Babək Xubyarov da ömrünü bütünlüklə bu ülvi amala həsr etmişdi. O, Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elmi seminar və konfranslarında dəfələrlə dərin məzmunlu məruzə və çıxışlar etmışdi.

Babək Xubyarov Təhsil Nazirliyinin qabaqcıl, təcrübəli bir pedaqoq kimi ona göstərilən etimadına həmişə əməli fəaliyyətilə cavab verərək tarix fənləri üzrə Dövlət Proqramlarının, 7-ci sinif "Orta əsrlər tarixi", 8-ci sinif üzrə "Orta əsrlər tarixi" dərsliklərinin, seçmə fənlər üzrə tarix proqramının, tematik iş planının, müəllimlər üçün coğrafiyadan "1001 test" kitablarının müəllifidir.

Bu dünyada 62 illik bir ömür yaşayan Babək müəllimin insan həyatının, fəaliyyətinin mənası barədə çox dəyərli fikirləri qalıb: O deyirdi: "Mən sınan, inciyən, maneələrdən qorxan adam deyiləm və hər hansı bir çətinlik məni qorxutmur, daha da qüvvətləndirir, güc verir, gücləndirir. O baxımdan özüm bir vaxt görmədiyim qayğını, diqqəti indi ehtiyacı olanlardan əsirgəmirəm".

Onunla yeniyetməlik dövrümüzdə əvvəl sovxozda, sonra çörək zavodunda fəhlə işləmişdik. Tələbəlik dövründən sonra da birgə işlədiyimiz müəllimlik dövrlərindən dostluğumuz daha da möhkəmləndi. Ailəvi dost olduq. Doğma kəndi Qələgahda dünyadan köç edəndən sonra dəfn olunacağı yeri də mənə nişan vermişdi. Bakıda xəstə yatdığı vaxtlarda onu yoluxmağa getmişdim. Rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov (vaxtilə Emin müəllimdə tarix fənninə həvəsi, marağı Babək müəllim oyadıb onu bu sahəyə yönəltmişdi), Şabran şəhər Tofiq Abbasov adına tam orta məktəbin direktoru Fikrət Şamxalov da onun ziyarətinə gəlmişdilər. Xeyli söhbət etdik. Xəstəliyindən, vətəndən, Qarabağdan danışdıq. Onda 2016-cı il yanvar ayının əvvəli idi. Yanvarın 28-i Babək müəllim dünyasını dəyişdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 27 sentyabr 2020-ci ildə ordumuza düşmən üzərinə əks-hücum əmri verəndə Babək müəllimin yetirməsi Emin Mövsümov və Fikrət Şamxalov da bu müqəddəs müharibədə zəfər qazanmağımız üçün könüllü şəkildə savaşa atıldılar. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Emin Mövsümov və Fikrət Şamxalov da təltif olunanlar arasındadır. Əfsuslar olsun ki, Babək müəllim Zəfər bayramını görmədi. Ancaq bu Zəfərdən sonra onun işıqlı ruhunun şad olduğuna ürəkdən inanırıq.

Babək müəllimin 4 övladı var. Hamısı alitəhsillidir. Böyük qızı Könül xanım iqtisad elmləri üzrə fəlsəfə doktorudur, İqtisad Universitetində çalışır. İkinci qızı Nərmin xanım Şabran şəhər Roman Yusifov adına 2 saylı tam orta məktəb-liseydə tarix müəllimi işləyir. Üçüncü qızı Pərvin xanım da müəllimədir, Bakı şəhərində çalışır. Oğlu Çingiz isə hərbçi, zabitdir. Zənnimcə, Babək müəllim xoşbəxt idi ki, ata kimi övladlarının sevincini yaşayırdı.

Hələ sağlığında Ramil Ələkbərovun ssenarisi əsasında Ceyhun Şüküroğlu İTV kanalında Babək müəllim haqqında "Azərbaycan müəllimi" adlı sənədli film çəkmişdi. Film dəfələrlə ekranlarda nümayiş olunub. Onun haqqında "Unudulmazlıq imtiyazı" adlı povest-portretin müəllifi isə yazıçı-publisist Aydın Tağıyevdir.

Bu yaxınlarda 70 yaşı tamam olan Babək müəllim, çox heyif ki, 8 ildir, aramızda yoxdur. Lakin onun adı və işıqlı əməlləri əbədiyaşar və unudulmazdır. Bu baxımdan, Mövlana Cəlaləddin Ruminin bir müdrik kəlamını Babək müəllimə də tam mənada aid etmək olar: "Öldükdən sonra məzarımızı yer üzərində axtarmayın! Bizim məzarımız ariflərin qəlbindədir".

Xankərəm ORUCOV,
Təqaüddə olan dil-ədəbiyyat müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri