525ci qəzet Nazirlər Kabineti gömrük rüsumları üzrə güzəştlər və azadolmaları təsnifləşdiriləcək
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qurum) tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu, “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilib ki, gömrük rüsumları üzrə güzəşt və azadolmaların qiymətləndirilməsinin aparılması məqsədilə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdirilməsinə zərurət yaranıb. Qanun layihəsinin tətbiqi ölkəmizin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafının stimullaşdırılmasına, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların həcminin artırılmasına öz töhfəsini verəcəkdir.
Baxış sayı:95
Bu xəbər 20 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















