Icma.az
close
up
RU

525ci qəzet Öpüşə bilməyən arxeoloqların dramı Şeyx Snan serialı haqqında

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Günel MÖVLUD

Yerli istehsalımız "Şeyx Sənan" serialına tiflisli aktyor dostum, xətri əziz oxucum Sənan Əlləzin məsləhəti ilə baxdım. Sənan bəy filmdə əsas qəhrəmanı oynayıb.

Bəri başdan deyim ki, şəxsən mən və yazar dostlarım Milli Akademiyamızın Arxeologiya və Etnoqrafiya İnstitutu alimlərinin yerinə olsaydıq, yığışıb, öz aramızda normal bir büdcə toplayardıq. Sonra da filmin yaradıcı heyətinə gözəl bir restoranda güclü ziyafət verər və əllərini sıxıb təşəkkür edərdik. Təşəkkür edərdik ki, arxeoloqlar kimi təvazökar, sakit, az qala aseksual bilinən bir tayfanı belə sevişkən, libidosu yüksək, intriqa və macəra dolu həyat yaşayan peşə sahibləri kimi təqdim ediblər. Serialda arxeloqlar o qədər macəra və ziddiyyət doludurlar ki, adam az qalır soruşsun, qardaş, bunlar haranın arxeoloqlarıdır - Parisin, yoxsa Las-Veqasın?

Yazıya başlamazkən, bir-iki kəlmə də yaxşı söz demək istəyirəm ki, bundan sonra yazacaqlarımla könül qırmayım və düşmən qazanmayım. Ən əsası da cüzi büdcə ilə, dörd yandan senzura ilə kino çəkən, kinoya çəkilən həssas, kövrək yaradıcı heyətin qəlbinin incə tellərini qırmayım. Bəli, bu gün ölkədəki iş adamlarının, dövlət məmurlarını başı tik-tokerlərə şir atmağa, müğənnilərə sponsorluq etməyə qarışan bir vaxtda hələ də sənətlə məşğul olmaq doğrudan da böyük ərdəmdir. Bu ərdəmə, fədakarlığa görə filmin bütün yaradıcı heyətinə təşəkkür edirəm.

İkincisi, seriala çəkilən gənc aktyorların az qala hamısı yaxşı fakturaya, maraqlı üzə sahib uşaqlardır və adam çox istəyir ki, gələcəkdə plastik əməliyyatla bu orqanik, təmiz, gözəl üzləri korlamayacaqlar. Xüsusilə Tural Əhməd və Aygün Fətullayevanın üzləri sadəcə xəzinədir, ümid edirəm, bu xəzinələrinin qədrini biləcəklər.

İndi keçək bayaqdan ürəyimdə yığılıb qalanlara. Rusların bir sözü var, "takoqo pozora ya ne videla daje v indiyskom kino". Adama elə gəlir ki, bir dəstə birinci kurs tələbəsi qərar verib ki, bekarçılıqdır, durun kino çəkək. Püşkatma yolu ilə biri ssenari yazıb, ikisinə rejissorluq düşüb, rollar da necə gəldi bölünüb, hadisələrin baş verəcəyi yer olaraq ölkənin ən sərin, mənzərəli rayonunu seçiblər, quqllayıb baxıblar ki, o rayonda nə var, aha, çoxlu tarixi xarabalıqlar, ora bir dəstə adam nəyə gedə bilər, aha, arxeoloji ekspedisiyaya. Orda kim yaşayır, aha, gürcülər. Bəs hekayəni necə quraq, hər gürcülər, tərsa balası, Şeyx Sənan, kak raz bizim Sənan da Tiflisdəndir (hərçənd, söhbətə dəxli yoxdur), qoy olsun Şeyx Sənan hekayəti. Amma tarixi rekvizitlər çətin söhbətdir, onda hadisələr müasir dövrdə baş versin. Vsyo, getdik kino çəkməyə.

Filmdə hadisələr gürcülərin yaşadığı kəndlər və yaxınlıqda baş verir, amma gürcü icması ilə məsləhətləşmə olmayıb. Olubsa da, sadəcə biabırçılıqdır. Gürcü icması necə yaşayır, məişətlərində hansı komponetlərdən istifadə edirlər, bir qram vizualizasiya yoxdur, gürcülərin həyat, məişəti və təsərrüfat atmosferi sadəcə sıfırdır.

Serialda əsas qəhrəmanlar arxeoloqlardır, arxeoloqlarla məsləhətləşmə olmayıb. Olubsa, sadəcə biabırçılıqdır. Bütün film boyu arxeologiyaya aid bircə dənə də olsun dialoq yoxdur ki, adam bu insanların doğrudan da arxeoloq olduğunu hiss eləsin. Hətta arxeoloqlar itən artefakta "itən tarixi əşya" deyirlər. Mən bir neçə arxeoloji ekspedisiyada olmuşam, günlərlə onların düşərgələrində yaşamışam. Onlar necə danışır, necə geyinir, hansı zarafatları edir, hansı terminologiyadan istifadə edir, bilirəm. Və bu filmdə arxeoloq düşərgəsi atmosferi yox idi. Ortada altı daim tüstüləyən bir qara çaydan və ətrafda dörd beş çadır hələ arxeoloq düşərgəsi demək deyil.

Filmdə arıçılıq təsərrüfatı var, arıçılarla məsləhətləşmə olmayıb. Donuz saxlayan oğlan var, donuz necə saxlanır, filmin heyətinin xəbəri yoxdur.

Başlayaq, serialın ssenarisindən. Sözün açığı, onsuz da hollivud dinamikası, bəşəri konflikt gözləmirdim. Bununla belə, mənə elə gəlir ki, ssenari müəllifinin hekayə nədir, nəqletmə nədir, konflikt nədir, ümumiyyətlə, nəqletmə prinsiplərinə aid olan hər şey nədir məsələsindən bir qram xəbəri yoxdur. Hətta filmin müəyyən yerlərində hadisələr elə barmaqdan sorulurdu, elə absurd şəkildə cərəyan edirdi ki, ssenarinin süni intellekt tərəfindən yazıldığını düşünürdüm. Çünki ömründə hekayə nəql etməmiş bir insan belə hadisələri belə absurd şəkildə cərəyan etdirməyi məntiqli bilməzdi.

Film detektiv kimi başlayır, dram kimi davam edir, müəyyən bir məqamdan sonra rejissorlardan biri deyir ki, bəlkə bir az da qorxu-horror zırrayaq, onu da edirlər, arada rejissorların fəlsəfə damarı tutur, arada dinə aludə olurlar, arada sevgiyə girişirlər. Bir əldə on səkkiz qarpız tutur, bir filmdə bəşəriyyətin bütün təməl dəyərlərini analizdən keçirməyə iddia edirlər, axırda da ortalığa belə əcaib bir şey çıxır.

Bu işdə ən kobud, ən bəsit işlənmiş komponentlərdən biri də simvolikadır. Qazıntlar altından çıxarılan, bir tərəfində xaç, bir tərəfində aypara olan antik eksponatın (caaan!) filmin əsas simvolikası olması azmış kimi, xristian Tamaranın boynunda xaç, müsəlman Sənanın boynunda aypara var (ətiniz tökülməsin). Sənan xristianlığı qəbul edir, Tamara da müsəlman olur. Bağça uşaqları oyuncaq dəyişdirir elə bil, al, mənim dinim sənin olsun, sənin də dinin məniiiiim. Axırda uşaqlarının da yaxasına bir tərəfində xaç, bir tərəfində aypara olan qızıl sancaq taxırlar. Bu hissə o qədər krinc idi ki, ssenaristin, rejissorun, aktyorun yerinə mən utandım. İspan utancı keçirdim.

Serialda şablonlar sadəcə dəhşətlidir. Yaşlı ataların həmişə ürəyi tutur. Yüngülbeyin hesab edilən qız mütləq siqaret çəkir. Əyyaş mütləq şərabı şüşədən içir. Oğlanı yoldan çıxarmaq istəyən qız qırmızı, erotik paltarda onun yanına gəlir (günün günorta çağı, qazıntıların qızmar yerində)...

P.S. Serialda sanki hər kəs hər şeyi birinci dəfə edir. Türkay Cəfərli sanki birinci dəfədir öpüşür, arxeoloji ekspedisiya rəhbəri sanki ilk dəfədir ki, qazıntı aparır, Sənan ilk dəfədir ki, sevir, Anton ilk dəfədir ki, arı görür (arıya allergiyası olan oğlan guya arı saxlayır - MƏNTİQ, HARDASAN?), ssenarist ilk dəfədir ki, əlinə qələm alır, rejissor ilk dəfədir ki, film çəkir...

(Davamı olacaq)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri