Icma.az
close
up
RU
525ci qəzet Paşinyanın Qərbi Azərbaycan qorxusu

525ci qəzet Paşinyanın Qərbi Azərbaycan qorxusu

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl sosial şəbəkədə sülh prosesi ilə bağlı yeni paylaşım edib. Bu zaman o, özünü sülh göyərçini kimi göstərməyə çalışsa da, əslində bu prosesə hazır olmadığını nümayiş etdirdi. Paşinyan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə tarixi faktları, gerçəkləri danmağa çalışmaqla əsl simasını ortaya qoyur. O, Qərbi Azərbaycan reallığını, soydaşlarımızın öz tarixi yurdlarına qayıtmaq hüquqlarını qəbul etmək istəmir, cəfəng iddialar səsləndirir, təhrifə çalışır, Qərbi Azərbaycan terminini "Ermənistanın ərazi bütövlüyünə və sülhə" təhdid adlandırıb. Ölkələrin qərb və şərq rayonlarının adlarını qeyd edərək, bununla da həqiqəti inkar etməyə çalışıb. Amma unudur ki, bu cür primitiv üsullara əl atmaq ona heç bir halda kömək etməyəcək. Tarixi həqiqəti, deportasiyaya məruz qalmış soydaşlarımızın pozulmuş hüquqlarını bununla ört-basdır etmək mümkün deyil. 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş naziri Nikol Paşinyanın iddialarına cavabında da bu məqam aydın ifadə olunub: "Maraqlıdır ki, sizin "sülhsevər hekayəniz" regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır. Əgər Ermənistan həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınızın "Qərbi Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" adlandırdığınız ərazilərə iddialarından konstitusiyanız və milli qanunvericiliyiniz çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirsiniz? Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın "xoş niyyətinin" təsdiqi sayıla bilməz".

Azərbaycanın tələbi deportasiyaya məruz qalmış 300 mindən çox soydaşımızın hüquqlarının bərpası, onların öz tarixi torpaqlarına geri dönmələrini təmin etməkdir. Qərbi Azərbaycan ifadəsindən qorxuya düşən Paşinyan hakimiyyəti yaxşı bilir ki, Azərbaycanın heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur. Əksinə, məhz Ermənistanın Konstitusiyasında Azərbaycana və digər ölkələrə ərazi iddiaları yer alıb.

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində digər mühüm mövzularla yanaşı, bu məsələyə də toxunub. Dövlət başçısı bildirib ki, hələ 10 il əvvəl mövzunu artıq siyasi gündəliyə gətirib. Məhz Prezidentin tövsiyəsiylə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlayıblar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılıb, Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması barədə tarixi xəritələr çap etdirilib. Qərbi Azərbaycan İcması yaradılıb, onun fəaliyyəti daha da təkmilləşdirilib, o cümlədən beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmaslar yaradılıb və bu məsələ artıq beynəlxalq gündəliyə salınıb.

Dövlət başçısı müsahibə zamanı bildirib ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur: "Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz "Sevan gölü" adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi".

Azərbaycan Prezidentinin də dediyi kimi, vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Bakı bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyir.

Prezident maraqlı bir məqamı da vurğulayıb: "Yaxşı olardı ki, Ermənistanın Baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni onlar oradan əsassız qovulublar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin".

Azərbaycan lideri əlavə edib ki, bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və rəsmi Bakı bu məsələni gündəlikdən çıxartmayacaq.

Paşinyan nə qədər özünü sülh göyərçini kimi təqdim etməyə, məsələnin mahiyyətindən qaçmağa çalışsa da, yaxın tarixin reallıqları unudulmayıb. Yada salaq ki, məhz Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanla Azərbaycan arasında sülh prosesi pozulub. Onun açıqlamaları gərginliyə, danışıqların dayandırılmasına səbəb olub. Düzdür, ondan əvvəlki cinayətkar xunta rəhbərləri də sadəcə özlərini sülh istəyən kimi göstərirdilər. Amma indi "sülh göyərçini" kimi özünü göstərməyə çalışan Paşinyan daha da uzağa getdi ki, nəticə də sülh gözləntisini tamamilə məhv etdi. Məsələn, o, 2019-cu ilin avqustunda ümumerməni oyunları ilə bağlı Xankəndinə gələrək orada Ermənistanın Dağlıq Qarabağa iddiasını indiyədək erməni rəsmilərinin dilə gətirmədiyi açıqlığı ilə ortaya qoyub. Paşinyan Dağlıq Qarabağın Ermənistanın olduğunu vurğuladı: "Əminəm, indi sizdən çoxları soruşur ki, bəs nə üçün "artsax" (Qarabağ - red.) haqqında heç nə deyilmir? Cavabı aydındır. Çünki "artsax" Ermənistandır və nöqtə". Paşinyan öz nitqində bir neçə dəfə bu ifadəni səsləndirərək bildirib ki, "Ermənistan və Dağlıq Qarabağ hökumətləri üçün "yalnız Ermənistan və Qarabağ xalqları tərəfindən təqdir edilən danışıqların yekunları əsasında qəbul olunmuş istənilən həlli məqbul hesab edilə bilər".

Onun Xankəndidə etdiyi çıxışı həqiqi simasını üzə çıxarmış oldu.

Ermənistan Baş naziri 2018-ci ilin aprelində, yəni hakimiyyətə gəldikdən qısa müddət sonra Moskvaya səfəri zamanı Rusiyadakı bir qrup erməni biznesmeni ilə görüşdə dedi ki, "Dağlıq Qarabağ respublikası gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır. Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir".

Paşinyan əlavə edib ki, "Ermənistan Dağlıq Qarabağın ərazicə kimə mənsub olması ilə bağlı Azərbaycanla heç bir güzəştə getməyə hazır olmayacaq. Bu kontekstdə hansısa güzəşt "zəiflik" kimi qiymətləndiriləcək və Qarabağın ərazi mənsubiyyəti barədə erməni tərəfinin mövqeyi dəyişməzdir".

Onun müdafiə naziri təyin etdiyi David Tonoyan 2019-cu ilin martında "Yeni müharibə - yeni ərazilər" ifadəsi ilə vəziyyəti daha da gərginləşdirdi. Tonoyan ABŞ-da erməni icmasının nümayəndələri ilə görüşdə "Müdafiə naziri kimi deyirəm ki, mən "sülh müqabilində ərazilər" formulunu "yeni müharibə - yeni ərazilər" formuluna çevirmişəm".

Paşinyan isə jurnalistlərin sualına cavab olaraq Tonoyanın mövqeyinə dəstək verərək demişdi: "Əgər o, başqa cür danışsaydı, mən onu vəzifədən azad edərdim".

Ermənistan tərəfinin sonrakı hərbi təxribatları, 2020-ci ilin Tovuz döyüşləri 44 günlük müharibənin başlanmasına səbəb oldu. Tonoyanın rəhbərlik etdiyi ordu darmadağın edildi. İndi həbsdə olan Tonoyan həmin Amerika görüşündə güzəştlərdən danışarkən, yekəxana şəkildə "Biz hücumçu bölmələrin sayını artıracağıq və səngərdən, müdafiə vəziyyətindən hərbi əməliyyatları düşmən ərazisinə keçirə biləcək bölmələrin sayının artırılmasına keçəcəyik", demişdi. İndi isə dördüncü ilə keçib ki, həbsdədir. Özüdə istifadəyə yararsız aviaraketlər almaqda və dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanın birinci üç rəhbərinin faşist ideologiyasının daşıyıcıları olduqlarını, indiki rəhbərin isə özündən sülh göyərçini düzəltmək istədiyini deyib: "Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır".

"Sülhpərvər" Paşinyan sürətli silahlanmanı da davam etdirir. Amma Bakı konkret xəbərdarlığını edir: Ermənistan silahlanmanı dərhal dayandırmalı, ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməli, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır.

Paşinyanın sözləri də, əməlləri də bir-birini inkar edir. Sülh istəyən tərəf sülhə gedən yolu bağlayan bəyanatlar verib, addımlar atmamalıdır. Konkret hərəkətlərlə həqiqətən də regionda sülhə töhfə verməlidir. Paşinyan isə hələ ki, reallığı, tarixi faktları inkar etməklə məşğuldur.

Hara qədər?!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Yanvar 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri