Icma.az
close
up
RU
Paşinyanın Qərbi Azərbaycan QORXUSU: “Sərsəmləmələri ilə sülhün əleyhinə gedir”

Paşinyanın Qərbi Azərbaycan QORXUSU: “Sərsəmləmələri ilə sülhün əleyhinə gedir”

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

“Ermənistanın revanşizm xəyalı hələ də qalmaqdadır. Bu revanşizm düşüncələri isə sülh prosesinə mane olmaqda davam edir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh prosesinin davam etdiyi zamanda “Qərbi Azərbaycan” İctimai Birliyinin məqsədləri ilə bağlı reallığı təhrif edərək, dünya ictimaiyyətini aldatmaq üçün müxtəlif bəyanatlar səsləndirməsinin məqsədindən danışan siyasi şərhçi Rafail Becanov deyib.

Onun sözlərinə görə, Paşinyanın fikirləri regionda dayanıqlı sabitliyin əldə olunmasına mane olur:

“Azərbaycan kiminləsə müharibəyə hazırlaşmır, əksinə, Ermənistanın sürətlə silahlandığını görür. Onun dövlət büdcəsinin dörddə biri hərbi xərclərə aiddir. Ötən illərlə müqayisədə bu rəqəm bir neçə dəfə artıb. Təkcə bu il 1.6 milyard dollar silahlanmaya sərf ediləcək. Müharibəyə kimin hazırlaşdığına bu kontekstdən baxmaq lazımdır. Bir sıra ölkələr də bu silahlanmada maraqlıdır və onların da konkret olaraq adları dəfələrlə deyilib. Faktiki olaraq, Ermənistan ən ağır silahlarla təchiz edilir və erməni revanşizminin təzyiqi ilə regionda növbəti hərbi qarşıdurmanın, toqquşmanın olacağı təhlükəsi mövcuddur”.

R. Becanovun fikrincə, Paşinyanın Qərbi Azərbaycana qayıdışla bağlı fikirləri də yalan və iftiradır:

“Qərbi Azərbaycan İcmasının məqsədləri, fəaliyyəti şəffafdır. Lakin Paşinyan bunu qəsdən təhrif edərək, dünya ictimaiyyətini aldatmağa çalışır və həmişə olduğu kimi, yenə də böhtan atır. Təbii ki, Qərbi Azərbaycana qayıdış bizim üçün prioritet məsələdir, pozulmuş hüquqlarımızın bərpasıdır. Amma bunu müharibə ilə etməklə bağlı hansısa bəyanat, fikir və açıqlamaya Paşinyan harada rast gəlib? Tarixi və doğma torpaqlara təhlükəsiz və beynəlxalq hüquq çərçivəsində qayıdış Qərbi Azərbaycan İcmasının fəaliyyətinin və məqsədlərinin baza prinsipləridir. Azərbaycanlılara qarşı törədilən qəddarlıqlar, onların öz tarixi yurdlarından qovulması və Ermənistanın faktiki monoetnik dövlətə çevrilməsini bütün dünya bilir”.

Analitik əmindir ki, Paşinyanın bütün açıqlamaları sülhə mane olmaq üzərində qurulub:

“O, öz açıqlamalarında, çıxışlarında sülhlə bağlı müsbət mesajlar versə də, əməlləri bunun əleyhinədir. Özünün də etiraf etdiyi kimi 17 maddəlik müqavilənin 15 bəndi razılaşdırılıbsa, niyə digər iki maddədə razılıq əldə olunmur? Çünki Ermənistan konstitusiyasında və digər hüquqi sənədlərdə yer alan ərazi iddialarından imtina etmək istəmir.

Ermənistanın revanşizm xəyalı hələ də qalmaqdadır. Bu revanşizm düşüncələri isə sülh prosesinə mane olmaqda davam edir. Sülh istəyən dövlət, onun hakimiyyəti bəyanat və açqılamalarında prosesə əngəl olacaq addımlardan çəkinməlidir. Paşinyan isə sərsəmləmələri ilə sülhün əleyhinə gedir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Fevral 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri