Icma.az
close
up
RU
Paşinyanın Qərbi Azərbaycan və uydurma “Qərbi Ermənistan” arasında müqayisəsi qəbuledilməzdir BƏYANAT

Paşinyanın Qərbi Azərbaycan və uydurma “Qərbi Ermənistan” arasında müqayisəsi qəbuledilməzdir BƏYANAT

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayıb.
Bizim.Media bəyanatı təqdim edir:
“Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi və uydurma “Qərbi Ermənistan” anlayışı arasında paralel aparmaq cəhdi qəbuledilməzdir.
Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur.
“Qərbi Ermənistan” ifadəsi isə Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində və siyasi addımlarında öz əksini tapmış ərazi iddiasıdır.
Baş nazirin ən azı sözdə uydurma “Qərbi Ermənistan” anlayışını sual altına alması, “mifik Ermənistandan real Ermənistana keçmək” barədə bəyanatları, əslində, çoxdan atılmalı olan addımlardır. Lakin bu, etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların sülh yolu ilə öz evlərinə qayıtmaq hüququ hesabına başa gəlməməlidir.
Bizim insan hüquqlarına əsaslanan haqq işimizi ərazi iddiası ilə müqayisə etmək yolverilməzdir.
Bir daha xatırladaq ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif edib. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayıb və qəsdən İcmanın fəaliyyətini özünün ərazi bütövlüyünə təhdid kimi təhrif edib.
Baş nazir Paşinyan belə yanlış müqayisələr aparmaq əvəzinə, İcmanın dialoq çağırışlarına cavab verməli, Qərbi azərbaycanlıların təhlükəsiz, ləyaqətli qayıdışını təmin etməli, Ermənistanın Konstitusiyasından və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal, qeyd-şərtsiz çıxarmaq üzərində işləməli, eyni zamanda, təhlükəli militarizasiya siyasətinə son qoymalıdır”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri