Icma.az
close
up
RU
525ci qəzet Qayalar köksünü dələn bulaq tək

525ci qəzet Qayalar köksünü dələn bulaq tək

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

QƏNDAB

Nə gözəldir;

gözdə işıq, qəlbdə ümid

həyat pillələrin inamla qalxmaq!

Nə gözəldir,

üzdə gülüş, dildə nəğmə,

hər nəğmənin gizli qalan sevdası,

hər sevdanın abırlısı, həyası!

Nə gözəldir;

doğma torpaq, halal ocaq -

isti sevgi yuvası;

körpə qığıltısı, Ana laylası,

Ata nəsihəti, xeyir-duası.

Nə gözəldir;

qəlb hüzuru, mərhəməti,

dost varlığı, dost nəfəsi,

düşmənin də mərd olanı, şərəflisi.

Nə gözəldir;

Allah adı, eşq-havası,

azan səsi, haqq sədası,

bir də Aşiqlərin dastan yazan

sədaqəti, vəfası.

Nə gözəldir;

Həm sevmək, həm sevilmək,

öz sevginə

sadiq qalmaq ölənədək.

Nə gözəldir,

sevgilərdən açan çiçək.

lll

Qayalar köksünü dələn bulaq tək,

Qaynaya-qaynaya gələn bulaq tək.

İlhamım qaynayıb coşardı necə!

Bu könlüm nəğmələr qoşardı necə!

Bulağın gözünü kor eylədilər.

Bilmirəm, bu nə bəxt, bu nə yazıdı?!

Hələ yazdıqlarım çoxun azıdı,

Dostlarım yoluma tikan qazıdı,

Düşmənlər sulayıb kol eylədilər.

Yamanlar durmadan söylədi yaman,

Canım dilə gəlib dilədi aman,

Fələk fərman verdi, yetişdi zaman

Yarımı yarıma sar eylədilər.

lll

Oyadın dostlarım, oyadın məni,

Bir şirin röyada yatıb qalmışam.

Açılmır gözlərim, çıxmayır səsim,

Elə bil sonuma çatıb qalmışam.

Sevdiyim tək rəng, boz rəng olub,

Qara saçlarıma bəyazlar dolub.

Mənmi qocalıram, həyatmı solub?!

Özüm-öz halıma çaşıb qalmışam.

Döyünür ürəyim hər bir saniyə,

İnsanlıq eşqiylə, Allah eşqiylə.

Qarışıb dünyanın dərdi dərdimə,

Bir dərin dəryada batıb qalmışam.

lll

Qələmim sındı, Ana,

mənə verdiyin

qələmim!

Dost bıçağı kürəyimə

saplananda...

Çox yıxıldım, çox qırıldım,

amma heç belə yıxılmadım,

heç belə qırılmadım...

Neynirəm qələmi daha,

bu dünyamsız dünyada!

neynirəm qəmi daha,

bu mənasız dünyada.

Mənə sevgi çox baha!

Qız anasın,

oğul atasın öldürdüyü

bu ələmli dünyada

İsrail tarix yazır

körpələrin qanıyla!

Necə ki, ermənilər

qan içdi Xocalıda!

Daha dünya mənim deyil,

daha ölüm, ölüm deyil...

Hər şey sıfır;

bir daşım yox götürüb

mən də o yana atam...

Bir çöpüm yox tutub

üzə-üzə üzə çıxam

bir qorum yox,

uca dağlar başında

tonqal çatam, alışam.

Gözlərindən qan axan

Fələstinli körpələr

Məni elə susdurdu,

bir də çətin danışam,

bir də çətin danışam!

lll

Mən şəhid övladıyam,

bir şəhidən özüm də...

Yolları etibarsız,

qolları etibarsız,

bu kar olmuş dünyanın

həqiqəti gizlənib

gözlərinin içində.

Nə dili var, nə ağzı

nə əli var, nə sazı;

halına ürək ağlar,

axı indi dünyada

ölməkdən asan nə var?

Kimi ölür yeməkdən,

kimi ölür gülməkdən,

kimi ölür ölməkdən!

Kimi yasdan, yasaqdan,

kimi kirdən-pasaqdan,

kimi ətalətindən,

kimi ədalətindən,

kimisi vardan ötrü,

kimisi yardan ötrü...

Əgər ölməkdən başqa

bu dünyada iş tapsan,

məni də al yanına;

yığaq bir-bir ölümləri,

verək ölümün qabağına!

lll

Açıq pəncərəmin önündə hər gün

Fırlana-fırlana qalır göyərçin.

Hərdən də güvənib gəlir yaxına,

Bir dimdik yeyəcək alır göyərçin.

Ürkək gözlərində təlaşlar üzür,

Ətrafı qorxuyla, şübhəylə süzür,

Quşlardan ayrılıb təkliyə dözür,

Mənimlə xəyala dalır göyərçin.

Arada bir açıq pəncərəmiz var,

Bir də qapanmayan könül yarası.

Nə o ürəklənib gəlir içəri,

Nə mən bağlayıram o pəncərəni.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri