Icma.az
close
up
RU
525ci qəzet Qərbi Azərbaycana Qayıdış naminə daha bir mühüm addım

525ci qəzet Qərbi Azərbaycana Qayıdış naminə daha bir mühüm addım

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, dekabrın 5 və 6-da Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II Beynəlxalq Konfrans keçirilib.

Konfransda 51 ölkədən, o cümlədən, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən xarici qonaq iştirak edib. Bundan başqa, tədbirə Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan olmaqla, ümumilikdə 101 xarici qonaq qatılıb. Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkə prezidentinin müşaviri, 1 ölkə vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 keçmiş səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiyanın təsisçisi, rəhbər şəxsi yer alıb.

Eyni zamanda 11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 hökumət şurası üzvü, 8 ölkədən 8 hüquqşünas və hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər, iş adamları da tədbir iştirakçıları arasında olub. Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.

Konfransda Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səslənib. Müraciətdə qeyd edilib ki, Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub: "Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalıb. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil".

İlham Əliyev deyib ki, Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək: "Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək".

Konfransın "Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış", "Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri", "Beynəlxalq vəkillik və diplomatiyanın rolu", "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması", "Mədəni irsin qorunması və bərpası" adlı panel sessiyalarında mühüm müzakirələr aparılıb.

Bildirilib ki, Ermənistan Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququnun icrasına imkan vermir. Ermənistan hökuməti müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təminatını ödəməlidir. Qayda belədir. İnsanlar dədə-torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini müşahidə etmişik. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir.

Sonda yekun sənəd qəbul edilib. Yekun sənəddə deyilir ki, aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda İkinci Beynəlxalq Konfransda toplaşaraq, Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə ediblər. Qeyd olunub ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir. Qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu, Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırdılar. Qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğulandı. Ermənistan hökuməti müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırıldı. Kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz. İştirakçılar Ermənistanın azərbaycanlıların mədəni irsinin, o cümlədən, məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistematik şəkildə məhv edilməsindən narahatlıq ifadə etdilər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırdılar. İştirakçılar mədəni irsin qorunmasının barışıq və anlayış üçün əhəmiyyətini vurğuladılar. İştirakçılar qayıdacaq Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırdılar.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev deyir ki, Qərbi azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdışı artıq beynəlxalq məsələyə çevrilib. Bu, təkcə Azərbaycanı deyil, dünyanı maraqlandıran məsələdir. Azərbaycanın fəallığı, siyasi-diplomatik fəaliyyəti nəticəsində Qərbi azərbaycanlıların qayıdışı məsələsi artıq ölkəmizin hüdudlarını aşıb. Beynəlxalq təşkilatlarda da Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı fikirlər səsləndirilir.

Onun sözlərinə görə, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı tarixi zərurətdir: "Bu torpaqlar tarixən Azərbaycan torpağı olub. Azərbaycanlılar orada yaşayıb, böyük mədəni irs ərsəyə gətiriblər. Təəssüflər olsun ki, Ermənistan hökuməti Qərbi azərbaycanlıları deportasiya etdiyi dövrlərdə onlara aid maddi-mədəni irs nümunələrini, tarixi abidələri də məhv edib. Bir çoxunu mənimsəyib, dağıdıb, Yer üzündən silib, özününkünləşdirməyə çalışıb. Hətta toponimləri də dəyişib. Bu mövzuda keçirilən beynəlxalq tədbirlər Qarabağa qayıtdığımız kimi, Qərbi Azərbaycana da dinc və ləyaqətli qayıdışımızı təmin edəcək. Bu, prosesin sürətlənməsinə töhfə olacaq".

Sektor müdiri bildirib ki, Qərbi Azərbaycan məsələsinin ölkə hüdudlarını aşması beynəlxalq ictimai rəyə də müsbət təsir göstərəcək: "Belə tədbirlər dünya ictimaiyyətinin Azərbaycanın haqq səsinə dəstəyini də gücləndirəcək. Uzun illər torpaqları işğal altında qalan, torpaq həsrəti yaşayan soydaşlarımız Qarabağdakı tarixi Qələbəmizdən sonra öz yurdlarına qayıdırlar. Növbəti ideoloji hədəf və strategiya Qərbi azərbaycanlıların tarixi dədə-baba torpaqlarına qayıtması məsələsidir. Bu, ümummilli məsələyə çevrilib. Soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli şəkildə dönməsi üçün addımlar atılır. Keçən dövr ərzində Qərbi Azərbaycana qayıdış istiqamətində çox mühüm işlər görülüb, Qərbi Azərbaycan İcması yaradılıb. Həmçinin dünya ictimaiyyəti Qərbi azərbaycanlıların üzləşdiyi haqsızlıqlar barədə məlumatlandırılır, kitablar yazılır və xaricdə yayılır".

Millət vəkili Pərvanə Vəliyeva bildirib ki, Ermənilərin söz sahibi olduqları ozamankı SSRİ rəhbərliyi Zəngəzur da daxil olmaqla, azərbaycanlıların üstünlük təşkil etdikləri əraziləri Ermənistana verib və yüz minlərlə azərbaycanlının məcburi deportasiyasına dair qərarlar qəbul edib.1987-ci ilin noyabrında Ermənistan SSR-nin müxtəlif bölgələrindən Qərbi azərbaycanlıların məcburi şəkildə çıxarılması 1987-1991-ci illər arasında baş verən sonuncu deportasiya dalğasının başlanğıcı idi. Bu deportasiya dalğası zamanı azərbaycanlılar yurdlarından zorla çıxarılıb, evləri talan edilib, kəndlər boşaldılıb və çoxu fiziki zorakılığa məruz qalıb. Ermənistan rəhbərliyinin himayəsi altında həyata keçirilən bu etnik təmizləmə prosesləri nəticəsində minlərlə azərbaycanlı öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb: "Qərbi Azərbaycandan etnik təmizləməyə məruz qalan azərbaycanlı qaçqınlar həmin illərdə beynəlxalq təşkilatlar tərəfindən heç bir yardım və kompensasiya, hətta qida və sığınacaq dəstəyi ilə təmin edilməyiblər. Onlar beynəlxalq humanitar təşkilatlar və donorlar tərəfindən ayrı-seçkilik və diskriminativ münasibət ilə üzləşib, Azərbaycanın digər bölgələrinə pənah gətiriblər. Mandatına uyğun olaraq etnik mənsubiyyətindən, irqindən və dinindən asılı olmayaraq, humanitar yardım göstərmək vəzifəsini daşıyan humanitar təşkilatlar hələ o vaxtdan azərbaycanlılara qarşı ayrı-seçkilik xətti tutub. Qərbi Azərbaycan İcmasının ədalət və sülhün bərqərar olması üçün beynəlxalq hüquqa, tarixi faktlara və sübutlara əsaslanan Qayıdış Konsepsiyası hazırlanaraq qəbul edilib. Sənədin əsas məqamları indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların nəslinin öz vətənlərinə qayıtmaq hüququnu beynəlxalq qanunvericiliyin tələbi kimi izah edir. Bu hüququn layiqli və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün şərait yaradılmalı, insanlar oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin edilməlidir. Ermənistan hökuməti barışığa kömək göstərmək, məhv olunmuş Azərbaycan mədəni irsini bərpa etmək və qorumaq üçün səy göstərməli, həyata keçirdiyi yer adı dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son qoymalıdır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri