Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Samiq Sadıxov vəzifəsindən azad edildi

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Qərbi Azərbaycana qayıdış üçün möhkəm hüquqi əsaslar var

525ci qəzet Qərbi Azərbaycana qayıdış üçün möhkəm hüquqi əsaslar var

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu kütləvi deportasiyasından 36 il ötür. 1987-1991-ci illərdə 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan zorla qovulub. Qərbi Azərbaycana qayıdış soydaşlarımızın təbii hüququdur. Qayıdış Konsepsiyasında da bu hüquq fundamental şəkildə əsaslandırılır. Tarixi ədalətin bərpası üçün bu, təmin olunmalıdır.

Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin də məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur.

Məlum olduğu kimi, Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır. Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların orada vaxtilə yaşadıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət, əmək kitabçaları və s. sənədlərin arxiv fondlarından və şəxsi arxivlərdən toplanmasına başlanılıb. Sənədlərin ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işi gedir və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır.

Millət vəkili Günay Ağamalının sözlərinə əsasən, Qərbi Azərbaycanda soydaşlarımıza yönəlik etnik təmizləmə siyasəti planlı şəkildə həyata keçirilib. XX əsrin əvvələrindən başlayaraq, daha dəqiq desək, 1905-1906, 1918-1921, 1948-1953, 1987-1991-ci illəri əhatə edən deportasiya prosesi xüsusi amansızlıq və qətllər fonunda icra edilib. Bölgənin etnik tərkibinin dəyişdirilməsi naminə bu cür vandalizm aktının oxşarına tarixdə çox nadir hallarda rast gəlmək olar: "Məqsədyönlü şəkildə həyata keçirilmiş aparteid siyasət nəticəsində həmin torpaqlarda hazırda etnik mənsubiyyət olaraq ermənilərdən başqa digər bir xalq yaşamır. Bununla paralel, erməni vandalları artıq illərdir ki, Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızın izlərini silməyə çalışırlar. Bu məqsədlə onlar planlı sürətdə bizlərə məxsus dünya və yerli əhəmiyyətli tarixi abidələri məhv edir, bəzilərində isə tarixi saxtakarlığa əl atırlar. Son dövrlərdə təkcə paytaxt İrəvanda Xan sarayı, Abbas Mirzə məscidi, İrəvan qalası, Dəmirbulaq məscidi, Sərtib xan məscidi kimi memarlıq incilərimiz dağıdılıb, Göy məscid və Hacı İmamverdi məscidi şəhərə gələn qonaqlara fars abidələri kimi təqdim olunmaqdadır. Keçən əsrin əvvəllərində Azərbaycanın qərb torpaqları üzərində qurulan Ermənistan dövləti ən yüksək səviyyədə, hətta ölkədə əsas normativ hüquqi akt hesab olunan konstitusiyasında belə ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə çıxış edir".

Millət vəkili vurğulayıb ki, bütün tarixi faktlar, sənədlər, xəritələr və coğrafi toponimlər Qərbi Azərbaycanın bizim torpağımız olduğunu təsdiq edir: "Bu gün Пrezident İlham Əliyevin milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasi kursu nəticəsində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müstəsna işlər görülür. Bununla bağlı Qərbi Azərbaycan İcması istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda fəal lobbiçilik fəaliyyəti həyata keçirir, həqiqətləri olduğu kimi təqdim edir".

Millət vəkili Səbinə Salmanova deyir ki, Ermənistan beynəlxalq hüquqa əməl etməli, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır. XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə azərbaycanlılar Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib: "Belə ki, soydaşlarımız deportasiyalar zamanı fiziki-psixoloji təzyiq altında işgəncələrə, kütləvi qətliamlara məruz qalıblar. Bununla da onlar öz doğma yurdlarını tərk etməyə məcbur olublar".

Millət vəkili bildirib ki, 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı azərbaycanlılara məxsus mədəni irs də soyqırımına məruz qalıb: "Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb. Ona görə də Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinq edilməsi üçün UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməlidir".

Onun dediyinə görə, hazırda qarşıda duran ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır: "Əminik ki, Пrezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tarixi torpağımız olan Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağımız gün uzaqda deyil.

Ermənistan başa düşməlidir ki, bizim ona qarşı hər hansı bir ərazi iddiamız yoxdur. Biz, sadəcə, Ermənistandan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər yaratmamalıdır".

Millət vəkili Elnarə Akimovnın sözlərinə görə, Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına necə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəciəvi proseslərindən biridir. Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, birgünlük antiterror tədbirləri zamanı nail olduğumuz üstünlüklər oldu. Eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin bu yöndə yorulmadan apardığı mücadilə, Qərbi Azərbaycan amalını eyni əzm və israrla vurğulaması bizim hədəflərimizi konkretləşdirir.

Millət vəkili Asif Əsgərov qeyd edib ki, Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərdən biridir. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir. Пrezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə, xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir: "Azərbaycan dövləti, Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün beynəlxalq hüququn prinsiplərindən çıxış edir. Deportasiya edilmiş azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı beynəlxalq hüququn əsas normalarına uyğun olaraq tənzimlənir. Bu çərçivədə dövlətimiz müxtəlif beynəlxalq platformalarda bu mövzunun gündəmdə saxlanılması üçün mühüm diplomatik addımlar atır. Xüsusilə, beynəlxalq təşkilatlar qarşısında Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək və onun beynəlxalq öhdəliklərinə əməl etməsini tələb etmək əsas hədəflərdən biridir. Bununla yanaşı, bu sahədə görülən işlər Qərbi Azərbaycan torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının bərpasına xidmət edir. Dövlətin təşəbbüsü ilə bu mövzuda hüquqi sənədlər hazırlanır, Ermənistanın qanunsuz əməlləri ifşa olunur. 2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcması, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qorumaq və onların doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, İcma, Qərbi Azərbaycanla bağlı tarixi, mədəni və hüquqi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif layihələr həyata keçirir. Qərbi Azərbaycana qayıdış prosesi təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistanın bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti isə öz haqlı mövqeyini qoruyaraq, bu məqsədin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atır. Dünya birliyi, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir. Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. Azərbaycanın diplomatik səyləri bu məsələdə dünya ictimaiyyətinin fəal iştirakını təmin etməyə yönəlmişdir. Qərbi Azərbaycana qayıdış, Azərbaycan xalqının milli birliyini gücləndirən, tarixi ədaləti bərpa edən və regional sülhə töhfə verən mühüm bir hədəfdir. Azərbaycan dövləti bu yolda öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəkdir".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see321

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see263

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri