Icma.az
close
up
RU
525ci qəzet Qərbi azərbaycanlılara aid edilən uğursuz kəlmə

525ci qəzet Qərbi azərbaycanlılara aid edilən uğursuz kəlmə

Icma.az, 525.az saytına istinadən bildirir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Bəri başdan deyim ki, özüm əslən Qərbi Azərbaycandanam. Babalarım keçən əsrin əvvəllərində - 1918-ci ildə İrəvan Quberniyasının Üçkilsə (Eçmiadzin, sonralar Talin rayonu) qəzasına daxil olan Ağcaqala kəndindən deportasiya və soyqırımına uğrayaraq gələnlərdəndir. Söyləyirdilər ki, hələ o vaxtlar bağlı-bağatlı kəndlərin yerli sakinləri onlara "qaçqınlar" ("qaşqınnar") deyərmişlər.

İndi isə, 35 ildən çoxdur ki, 1988-1989-cu illərdə "Ermənistan" deyilən qədim torpaqlarımızdan qovulan soydaşlarımıza "yeraz" deyirlər. Bu gün zaman-zaman soyqırımına və deportasiyalara məruz qalan, xalqın və ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, Vətənin müdafiəsində çox böyük rol oynayan, qorxmaz və mərd, yüksək milli-mənəvi keyfiyyətlərə sahib, sözü üzə deyən, zəngin mədəniyyətə malik, təhsilə, sözə və sənətə qiymət verməyi yaxşı bacaran, elcanlı və vətənpərvər insanların "yeraz" adlandırılması heç də xoş deyil, məncə. 

"Yeraz" heç xoşlamadığım 2-3 sözdən biridir. Lap düzü, bu sözü həm ciddi, həm də istehza ilə deyənlərdən ikrah edirəm. Təəssüf ki, həmin kəlməni bəzi Qərbi azərbaycanlılar özləri də işlədirlər. Vaxtilə mənfi çalarda işlədilən "yeraz" sözü indi fəxrlə bir imtiyaz kimi səsləndirilir. Bu azmış kimi, sözə müxtəlif əndirəbadi mənalar da veriblər, hələ bir "Biz yerazıq, yerlibazıq" adlı mahnı da icad ediblər.

Zənnimcə, "yeraz" məna etibarı ilə "qruplaşma", "yerliçilik", "yerlibazlıq", "tayfaçılıq" mənalarını daşıyır. Bölücülüyə xidmət edir.  Xalqımızın qruplara bölünməsindən, tayfaçılıqdan, yerlibazlıqdan, xanlıqla bölünməsindən bəyəm az çəkmişik?! 1501-ci ildən 1736-cı ilə qədər Azərbaycandan başlayaraq bugünkü İran, Ermənistan, İraq, Əfqanıstan, Qərbi Pakistan, Cənubi Türkmənistan və Şərqi Türkiyə ərazilərini əhatə etmiş bütöv Azərbaycanın paramparça olaraq şimala, cənuba, qərbə bölünməsi, əldən getmiş torpaqlarımız bunların nəticəsi deyilmi? Görəsən, dahi şairimiz M.Arazın dediyi kimi, "O zamanmı bitdi bizim dilimizin "sənin", "mənim" qabarı da? O zamanmı bitdi bizim dilimizin "haralısan" damarı da?"

İndi "yeraz" sözü ilə sanki yeni bir millət formalaşdırılıb. Deyilənə görə, bu sözü termin kimi ilk dəfə Z.Bünyadov işlədib. Guya akademik ilk dəfə 1988-ci ildə bunu "Yerevan azərbaycanlıları" söz birləşməsinin qısaldılmış variantı kimi (rusca) səsləndirib. Onun yarızarafat-yarıciddi işlətdiyi bu kəlmə sonradan ölkədə sürətlə populyarlaşmağa başlayıb. İnanmağım gəlmir, inanmıram da. O boyda kişi bəyəm mənim savadsız nənəm qədər də bilmirdi ki, bizim "Yerevan" adlı yurd yerimiz olmayıb, İrəvan olub. Nənəm həmişə hardan olduğunu soruşanlara deyərdi ki, "İrəvandanam". Ölənə kimi də elə dedi. Onun üçün "İrəvan" Qərbi Azərbaycanın simvoluna çevrilmişdi.

Bir qrup insan bu sözü "yerli azərbaycanlılar" mənasında işlədir. Yaxşı, bir anlıq təsəvvür edək ki, elədir. Bəs onda ölkəmizdə olan başqa azərbaycanlıları (indiki Azərbaycan Respublikasındakı Azərbaycan türkləri və burada yaşayan qeyri xalqlar nəzərdə tutulur.) necə adlandıraq? Onlar yerli azərbaycanlılardırsa, onda bunlar da, bəlkə, gəlmə azərbaycanılılardır, hə?! Mənasız ifadədir, deyilmi?!

Hansı ağıla qulluq etdikləri məlum olmayan bəziləri də "yeraz" sözünün mənasını "yenilməz və enilməz rəiyyətin ali ziyalısı" kimi yozurlar. Deyiləsi söz yoxdur. Normal ağıl sahibi belə bir yozum yapmaz. Və buna heç cavab verməyə də dəyməz.

Digər bir qrup da həmin sözü "yerini azmışlar" (guya yurdlarından didərgin düşənlər) kimi mənalandırır ki, bu da diskriminasiya xarakterli yanaşmadır. Və tamamilə absurd fikirdir. Necə yəni "yerini azmışlar", yox bir Yerevan Avtomobil Zavodu! İnsan yerini-yurdunu tərk edər, didərgin salınar, qovular, deportasiya olunar. Adam da doğma yerini-yurdunu azarmı, durduğu yerdə didərgin düşərmi? Bir də ki, "yerini azmışlar" gələcəkdə o torpaqlara qayıtsalar, bəs necə olacaq? Onda onlara "yerini tapmışlar" deyəcəyikmi?! Həqiqətən, absurddur!

Tanınmış ictimai xadim, sabiq deputat, əslən Qərbi Azərbaycandan olan Maksim Musayev 1988-1990-cı illərdə Azərbaycan SSR-in rəhbəri olmuş Əbdürrəhman Vəzirovun 2018-ci ildə Moskvada rus dilində nəşr etdirdiyi "Parterin ilk sıralarında" adlı kitabı ilə bağlı düşüncə və təhlillərindən ibarət geniş yazısında (Moderator.az) göstərir ki, "yeraz" kəlməsi "...1970-ci illərin sonlarından bəri SSRİ "KQB"si tərəfindən Qərbi Azərbaycanda, İrəvan elində yaşayan və 1948-1952-ci illərdə vətənlərindən Azərbaycan SSR ərazisinə deportasiya olunmuş qaçqınlar üçün xüsusi olaraq düşünülmiş məfhumdur, çekist terminologiyasıdır. 1988-1989-cu illərdə "Ermənistan" deyilən qədim torpaqlarımızdan soydaşlarımızın növbəti zorakı qovulma dalğası baş verəndə bu üzdəniraq kəlmə insanlarımızın məişət leksikonuna daxil oldu. O zamanlar belə söz-söhbətlər gəzirdi ki, guya həmin kəlmə rəhmətliklər Ziya Bünyadov, yaxud Bəxtiyar Vahabzadə tərəfindən ortalığa atılıb. Bunlar yalan idi və "yeraz" kəlməsinin müəllifi konkret bir şəxs deyildir. Bu qondarma ad "KQB" tərəfindən hələ Ermənistanla münaqişə başlanandan 10 il öncə quraşdırılıb..." 

Mənə görə, "yeraz" sözünün 1980-ci illərin sonlarında ortalığa atılması həmin vaxt yumruq kimi birləşən xalqın birliyinə zərbə vurmaq məqsədini güdürdü. Təsadüfi deyildir ki, M.Musayev də yuxarıda qeyd etdiyimiz yazısının davamında qeyd edir ki, "...Xülasə, bir neçə il keçdi və artıq gördüm ki, bəzi yerlərdə bu xoşagəlməz "yeraz" sözünü işlədirlər. 1988-ci ildən, yəni Ermənistandan azərbaycanlıların zorla köçürülməsi başlayandan sonra isə öncə dediyim kimi, bu qondarma ad, təəssüf ki, artıq kütləvi şəkildə işlənməyə başlandı... Həmin adın qondarılmasında SSRİ "KQB"si, yəqin ki, öz əməkdaşları və digər məxfi qurumlar aralarındakı danışıq və yazışmalarda "Ermənistan azərbaycanlıları" əvəzinə, qısa bir ad işlətmək məqsədi də güdüb. Amma hesab edirəm ki, əsas hədəf Azərbaycanı regionlara parçalamaq və regionlararası ziddiyyətlər yaratmaq olub... Və bu işdə Qorbaçovun dostu Vəzirovun da özünəməxsus rolu olub..." 

Məncə, hələlik, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın özlərinə "Dərələyəzdən, Zəngibasardan, Zəngəzurdan və ya Göyçədənəm..." deməsi düzgün olardı. Ümumi şəkildə isə onların irəvanlı və ya Qərbi azərbaycanlı adlandırılması ən düzgünü olardı.

Bu gün məcburi köçkün ifadəsi ordumuzun sayəsində sıradan çıxıb. Ümid edək ki, Qərbi Azərbaycana qayıdışdan sonra "yeraz" sözü də tamamilə sıradan çıxar. "Azərbaycanlıyam" sözü öz hakim mövqeyinə qayıdar.

Yazımı Eldar İsmayılın "Mən "yeraz" deyiləm, türk oğlu türkəm" adlı şeirindən bir bənd ilə yekunlaşdırıram:

Mənə "Yeraz" deyib ulamağın nə? 

Ortada quyruğun bulamağın nə?

Meydanı bu qədər sulamağın nə?

Sən gözəl bilirsən nəçiyəm, kiməm...

Koroğlu qeyrətli türk oğlu türkəm!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see246

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see199

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Elşad Əliyev istefa ərizəsi yazdı

17 Noyabr 2025 16:24see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see131

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see127

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see127

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see127

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri