525ci qəzet Qərbin Ukrayna münaqişəsi ilə bağlı strategiyası iflasa uğrayıb Litva XİN
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Litva Qərb ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı strategiyasının tamamilə iflasa uğradığını hesab edir.
525.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Qabrielyus Landsberqis deyib.
“Biz elə bir nöqtəyə gəlmişik ki, demək olar ki, 1000 günlük Ukraynaya kömək strategiyamızın iflasa uğradığını söyləyə bilərik. Deeskalasiya yolu ilə dinc nizamlama uğursuz strategiyadır. Bizə gücə əsaslanan yeni strategiya lazımdır”, - XİN rəhbəri əlavə edib.
Onun fikrincə, Qərb Rusiyanın dərinliklərinə zərbələr endirmək də daxil olmaqla Ukraynanın Qərb silahlarından istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan götürməlidir: “Ukraynaya beynəlxalq hüquqdan başqa heç bir məhdudiyyət qoyulmamalıdır və o, kifayət qədər miqdarda silahla təmin edilməlidir. Buna görə də, prinsipcə ABŞ-ın məhdudiyyətləri aradan qaldırması yaxşı qərardır. Nəhayət qəbul olunduğuna görə şadam”, - nazir söyləyib.
O, Ukrayna üçün təhlükəsizlik təminatlarının ən qısa zamanda mümkün olacağına ümid etdiyini söyləyib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Noyabr 2024 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















