Icma.az
close
up
RU
525ci qəzet Qırıldığın yerdən güclənmək

525ci qəzet Qırıldığın yerdən güclənmək

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mənim adım Məciddir. Atamla anamın rəsmi nikahı olmadığı üçün görüşə icazə verilmir və 7 yaşım olandan atamı həbsxanada ziyarət edirəm. Bir dəfə həbsxanada nəzarətçi mənə yaxınlaşıb dedi:

- Nəzarətçi: “Bura nəyə gəlmisən? Bura sənin yerin deyil. Mənim sən yaşda uşaqlarım var, mən onları Bakıya gəzməyə gətirirəm, sənsə bu yaşda türməyə gəlirsən”.

O anlıq sözsüz qaldım. Sanki Bakı şəhəri gözümdə kiçildi, sanki kimsə məni boğdu. Atama heç nə demədim, çünki atam mənim ziyarətimi həvəslə gözləyirdi. Orda bir divar var idi, atam məni o divara söykəyirdi və boyumu cızırdı ki, növbəti dəfə görüşə gələndə mənim boyumun nə qədər uzandığını görək.

Evdə anam məndən nəzarətçinin sözləri barədə soruşdu. Mən olanları danışdım və anam gözlərimdəki kədəri gördü:

- Anam: “İnsan qırıldığı yerdən möhkəmlənir. Məcid, həyata indi atılırsan. Əgər bir yerdə yüz insan varsa, yüz də fikir var və hər kəs fərqli düşünür. Hər söz söyləyəndə cavab versən, insanın isməti qalmaz, ondan fərqin olmaz və insanı dəyərli edən onun ismətidir. Əsas sən bilirsən, ora nə üçün getmisən. Sən ora atanı görməyə getmisən və fərqi yoxdur o, hardadır”.

Müsabiqə və Sözlərin Təkrarı

Bir həftə sonra Bakıya Folklor müsabiqəsinə qatıldım. Müsabiqə Musiqili Komediya Teatrında keçirilirdi. O böyük səhnədə olsam da, qulağımdan nəzarətçinin mənə söylədikləri getmirdi. Bakıya nə zaman getsəm, sanki boğulurdum. Aradan 8 il keçdi.

Gözlənilməz Zəng

Bu həftə məktəb bağlı olduğundan anamla Şuşaya, babamgilə getdik. Yenə anamla çıxdıq Cıdır düzünə. Orda mənə bir zəng gəldi. Zəng edən həmin o nəzarətçi idi. Mənə söylədi:

- Nəzarətçi: “Mən sənə 2017-ci ildə bir söz demişdim, sən mənim yuxularımdan çıxmırsan. Mən bilməzdim, səni bu qədər qırdığımı, məni bağışla. İndi sənə demək istəyirəm ki, kaş mən sənin atanın yerinə olaydım. Ömürlük həbsə belə razıyam, kaş mənim sənin kimi oğlum olaydı”.

Mən də baxdım, anama dedim:

- Məcid: "Sən nə qədər haqlıydın."

Yenə o Cıdır düzü mənim sevincimə şahid oldu.

Məcid Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Noyabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri