Icma.az
close
up
RU
525ci qəzet Rəşada ən çox irad tutan bəlkə də mən olmuşam...

525ci qəzet Rəşada ən çox irad tutan bəlkə də mən olmuşam...

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Maral POLADOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin baş mütəxəssisi

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, "525-ci qəzet"in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid haqqında növbəti kitab işıq üzü görüb. Rəşad Məcidin 60 illik yubileyi münasibətilə hazırlanan kitabda onun həyat və yaradıcılığından bəhs olunur. Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, yazıçı Şəfa Vəlidir.

Kitabda Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun doğmaları - ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri yer alıb.

Qeyd edək ki, noyabrın 23-də Gəncliyə Yardım Fondunda kitabın təqdimat mərasimi keçiriləcək.

Hələ ötən əsrin 80-ci illərində "Elm və həyat" jurnalında Rəşad Məcidlə bilikdə çalışmış tanınmış jurnalist Maral Poladovanın sözügedən kitabda yer alan "Rəşada ən çox irad tutan bəlkə də mən olmuşam..." adlı yazısını oxuculara təqdim edirik.

Eşidəndə ki, siz Rəşad müəllim haqqında kitab hazırlamaq üçün onu yaxından tanıyan insanlarla görüşmək istəyirsiniz, çox sevindim. Amma doğrusunu deyim ki, bir az qısqanclıq yarandı məndə. Bilirsiniz nəyə görə? Çünki bir vaxtlar mən də belə bir fikrə düşmüşdüm. Sonra tənbəlləşdim və gecikdim. Mənə elə gəlir ki, siz bu işi məndən yaxşı bacaracaqsınız - Uğur olsun!

Əgər yadınızdadırsa, AMEA-nın Nəbatat Bağında keçirilən konfransdan öncə Rəşad müəllim bizi tanış edəndə, sizə "mənim haqqımda nə öyrənmək istəsən, bu xanımlardan soruş, onlar mənim anamdırlar. Mən onların gözləri qarşısında böyümüşəm", - deyərək məni və həmkarım Mehparə Axundovanı göstərdi.

Həqiqətən Rəşadın 60 illik ömrünün 39 ili bizim gözümüzün qabağında keçib. Əslində, Rəşad 21 yaşında ilk dəfə "Elm və həyat"ın redaksiyasında əmək fəaliyyətinə başlayanda, heç kim təsəvvür etməzdi ki, o, az bir müddət ərzində nəinki jurnalın redaksiyasında, eləcə də respublika mətbuatında hörmət və nüfuz sahibi olacaq. Rəşadın dediyi kimi, redaksiyada ("Elm və həyat"da) çalışan biz üç nəfər - Ülkər Hüseynova, Mehparə Axundova və mən onu həqiqətən öz balamız kimi istəmişik. Çox istəməklə bərabər, hərdən bəlkə də ən çox irad tutan yalnız mən olmuşam. Çünki Rəşadın atası Müseyib müəllim redaksiyamıza gələndə, Rəşad mənimlə eyni şöbədə, o zaman gənc yazıçı kimi tanınan Aqil Abbasın rəhbərlik etdiyi İctimai elmlər şöbəsində işlədiyinə görə, onu məndən soruşar və gedəndə də mənə tapşırardı...

Əslində, Aqilin yanına gələn cavanlar, gənclər çox olurdu. Onların arasında gənc və istedadlı yazarlar da az deyildi. Rəşad isə hamısından fərqlənirdi. Mənə elə gəlir ki, Rəşadı başqalarından fərqləndirən ən üstün cəhəti onun həddindən artıq mədəni, tərbiyəli və hərtərəfli mükəmməl olması idi. O, yaşına uyğun olmayan ağayana hərəkətləri ilə hər kəsin qəlbinə yol tapa bilirdi...

Doğrudur, o zaman hər kəsin həyatında olduğu kimi, Qanlı 20 Yanvar hadisələri onun da planlarını pozdu, arzularını pərən-pərən elədi. Şuşanın işğal altında olan dövrünü Azərbaycan tarixinin ləkəli dövrü hesab edən Rəşad Məcid çox keçmədi ki, respublikanın sayılıb-seçilən "Azərbaycan" və "Ədalət" kimi qəzetlərində baş redaktorun müavini, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədrin müavini, "Azərbmətbuatyayım" İstehsalat Birliyinin rəisi vəzifələrində çalışsa da, həyəcan təbili çalan aktual mövzulu yazıları ilə Azərbaycanın hüdudlarından kənarda tanınsa da, öz istəyinə yalnız "525"lə çatdı. O, təkcə öz arzu və istəklərini deyil, o zaman tamamilə diqqətdən kənarda qalan böyük ədəbiyyat adamının, söz adamının, işsiz qalmış istedadlı gənclərimizin həyatına işıqlı bir qapı açdı... Qəzetin ətrafına toplaşan gənclərdən 2 nəfəri - Yusif Rzayevi və Yaşar Əliyevi elə Rəşadı tanıdığım vaxtlarda görmüşdüm. Qəzet yaranandan sonra isə onlar həqiqətən gənc baş redaktora qol-qanad oldular. Qəzetin bütün ağırlıqlarını birlikdə çəkdilər. Məhz belə istedadlı gənclərin və respublikada vaxtilə sayılıb-seçilən, amma uzun müddət diqqətdən kənarda qalmış yazıçı və şairlərin birlikdə səyinin nəticəsi olaraq "525-ci qəzet"in işığı daha da gur yandı. Rəşadın özü kimi, qəzeti də oxucuların və eyni zamanda çətinliklərlə üzbəüz qalmış hər bir azərbaycanlının ümid yerinə çevrildi. 1993-cü ildə çapdan çıxan "Hələ ki, vaxt var" adlı şeirlər kitabı isə onu insanlara daha yaxından tanıtdırdı...

Rəşad Məcid 1990-cı ildən rəsmi şəkildə "Elm və həyat"dan ayrılsa da, mənəvi cəhətdən bizdən heç vaxt ayrılmadı, həmişə bizimlə birlikdə oldu, hətta qəzetdə işləmək üçün bizim hər birimizə şərait də yaratdı. Və sonra iş elə gətirdi ki, 1996-1997-ci illərdə "525"in kollektivi Rəşad Məcid başda olmaqla, "Elm və həyat"ın redaksiyasında məskunlaşmalı oldu. İki redaksiyanın kollektivi bir-birinə elə qaynayıb-qarışmışdı ki, bilmək olmurdu kim haranın işçisidir. Hətta Rəşad "Elm və həyat"ın maliyyə çətinliklərinə də köməklik edirdi. Biz böyüklərə olan hörməti-sayğısı o səviyyədə idi ki, insan yalnız öz doğmalarından bu cür qayğı görə bilərdi...

Əslində bu hörmət və xeyirxahlığın bünövrəsi onun tərbiyə aldığı ocaqda qoyulmuşdu. Tanışlığımızın lap ilk günlərindən mən bunu Rəşadla atasının münasibətlərində yaxından müşahidə etmişdim. Doğrusu, o vaxtadək atasına "siz" deyə müraciət edən övlad görməmişdim. Hətta Rəşad atası ilə danışanda onun üzünə dik baxmağa da sanki cəsarət etmirdi. Amma bütün bunlar yalnız hörmətin, hədsiz məhəbbətin nəticəsi olduğunu aradan uzun illər keçəndən sonra bir daha hiss etdim.

(Bəlkə də heç yeri deyil, amma Rəşad icazə versə, qoy kitabda da getsin?!)

...2015-ci il avqust ayının, deyəsən, 22-si, ya da 23-ü idi. İşdəydim. Rəşaddan mənə zəng gəldi. Həmişəki kimi, özünəməxsus şaqraq səsi və yüksək əhval-ruhiyyə ilə halımı soruşandan sonra "Maral xanım, sizdən bir xahişim var, - dedi. Sonra "bilirsiniz bu gün atamın ad günüdür, mən görürəm ki, köhnə dost-tanışlar ona zəng edəndə əhvalı çox yaxşı olur, istəyirəm bu gün siz də ona zəng vurasınız, amma mənim dediyimi bilməsin", - deyə əlavə etdi. Doğrusu, əvvəlcə çox kövrəldim, insan yaşlananda uşaq kimi kövrək və dəymədüşər olur. Fikirləşdim ki, neçə illər ərzində nə vəzifə, nə şan-şöhrət, nə böyük nüfuz sahibi olmaq Rəşadı heç dəyişməyib. Əksinə, atasına olan məhəbbəti o səviyyəyə çatıbdır ki, adi bir zənglə də olsa, atanın əhvalını yaxşılaşdırmaq istəyir. Əhsən belə oğullara!

Mən Müseyib müəllimə zəng edəndə, həqiqətən onun səsindəki sevinci aydın hiss etdim. O, mənimlə danışandan sonra telefonu həyat yoldaşı Yavər xanıma verərkən, "bir gör, kim zəng vurub, Maral xanımdır", - dedi. Səsinin titrədiyini hiss edərkən, həqiqətən vəziyyətinin o qədər də yaxşı olmadığını başa düşdüm. Hətta həmin gün onların evinə getmək də keçdi ürəyimdən, amma evləri bir qədər uzaqda və mən də işdə tək olduğuma görə gedə bilmədim. Təəssüf ki, cəmi bir neçə aydan sonra isə Müseyib müəllimin yas mərasimində görüşdüm onun ailə üzvləri ilə.

Bu kövrək sətirləri yazarkən, Rəşadın bir vaxtlar atasına xitabən yazdığı "Atama" şeirindən 2 bəndi də əlavə etmək istəyirəm:

Bir yol başlamışam üzü günəşə,

Kimsə bu yolumdan döndərə bilməz.

Sevincin önündə bənzər atəşə

Onu heç tufan da söndürə bilməz.

Büdrəsəm sızlayar yaran-bilirəm,

Ümid doğulmasa, yaşamaq çətin.

Oğulluq adını haram bilərəm,

Əgər ucaltmasam, başını sənin.

Etiraf edim ki, uzun illər öz sadə peşəsi ilə məşğul olan adi bir qələm sahibi kimi, mən Rəşad Məcid haqqında 3-4 dəfə, kiçik də olsa, yazı hazırlamaqdan qürur duymuşam, onun səfərlərini, işlərini, uğurlarını çox doğmalıqla izləmişəm, ən qısası, onunla fəxr etməkdən peşman deyiləm.

Uzun illərdir respublikanın sayılıb-seçilən qəzetlərindən biri olan "525-ci qəzet"lə Rəşad arasında da həmişə oxşarlıq görmüşəm. Düzünü deyim ki, mənim qəzetdə əvvəllər çalışan gənc yazarların əksəriyyətini - Qabili, Kamili, Mustafanı, Kamranı, İlqarı, Sevdanı, Nailəni, İlhaməni, Könülü, Rüxsarəni, Zülfiyyəni və başqalarını da çox yaxından müşahidə etmək və tanımaq imkanım olub (Çünki jurnalda çalışmaqla bərabər, 3 il onlarla bir kollektivdə də işləmişəm). Məncə, onların hər birisi "525"in məktəbini keçdiklərinə görə həmişə fəxr edəcəklər. İnanıram ki, onların hər biri Rəşaddan öyrəndikləri ən yüksək dəyərləri qorumağı bacaracaqlar...

Rəşad haqqında danışarkən, hafizəmə həkk olunmuş bir əhvalatı da (bunu bir dəfə yazmışam) tez-tez xatırlayıram.

1988-ci ildə qızım Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul imtahanı verirdi. Jurnalın bütün əməkdaşları kimi, Rəşad da bunu bilirdi. İmtahanlardan bir neçə gün sonra qəbul barədə məlumatı öyrənmək üçün instituta getməli oldum. Və oradan şad xəbəri birinci olaraq iş yoldaşlarıma demək üçün avtomat telefondan redaksiyaya zəng vurub, sonra evə tələsdim. Evə təzəcə çatmışdım ki, qapımızın zəngi çalındı, elə bildim, qonşudur, amma qapını açanda əlində böyük və çox gözəl bir gül dəstəsi olan Rəşadı gördüm. Təsəvvür edin ki, o vaxtkı sevincimi sözlə ifadə etməkdə çətinlik çəkirəm...

Qeydlərimin sonunda Rəşad Məcid haqqında yazdığım məqalələrimin sərlövhələrini göz önünə gətirdim və istədim ki, onları ardıcıl olaraq yada salım:

1. "Sözə məsuliyyətlə yanaşmaq xalqa xidmətdir";

2. "Sağlam düşüncə sahibi";

3. "Ləyaqət rəmzi";

4. "Dəlicəsinə istəyin töhfəsi"- "525-ci qəzet".

Şahanə xanım, sizə bu şərəfli işinizdə uğurlar, Rəşad Məcidə, onun ailəsinə, şəxsən anası Yavər xanıma, balalarına, nəvələrinə cansağlığı arzulayıram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see184

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see137

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see129

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see127

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see125

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see123

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see122

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see122

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see119

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see118

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see118

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see118

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see114

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see114

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see112

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see111

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri