525ci qəzet “SOCAR Green” Azərbaycanın su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılmasına dair memorandum imzalayıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkəti ilə ölkənin su ehtiyatlarının idarə olunmasında enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin tətbiqinin genişləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə 525.az-a ADSEA-ya istinadən xəbər verir.
Memorandum Agentliyin əməliyyatlarında enerji istehlakı üzrə diaqnostikanın aparılması, ixtisaslaşmış dəstək üçün texniki məsləhətçilərin cəlb edilməsi, su ehtiyatlarının idarə olunması zamanı enerji səmərəliliyi tədbirlərinin və bərpa olunan enerji təşəbbüslərinin həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanması istiqamətində əməkdaşlıq edilməsi nəzərdə tutur.
Memorandum həmçinin Azərbaycanın milli, davamlı və dayanıqlı gələcək hədəflərini dəstəkləyəcək yeni layihələrinin tədqiqində hər iki qurumun ortaq marağını vurğulayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Noyabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















