525ci qəzet Tbilisidə keçirilən aksiyada polis 50 nəfəri saxlayıb
Icma.az, 525.az saytına istinadən bildirir.
Gürcüstan hüquq-mühafizə orqanları Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiyanın dağıdılması zamanı 50 nəfəri saxlayıb.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.
Məlumata görə, etirazçılar inzibati qaydada saxlanılıb. Ümumilikdə 3 günlük mitinqlərdə saxlanılanların sayı 200-dən artıqdır.
Qeyd edək ki, son iki gündə Gürcüstanın bütün şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.
Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə parlament binası yaxınlığında polislə etirazçılar arasında toqquşma olub. Polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.
Etirazların səbəbi Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək barədə bəyanatı olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 01 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















