Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

525ci qəzet Təvazökar insan, prinsipial və tələbkar alim

525ci qəzet Təvazökar insan, prinsipial və tələbkar alim

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir alimin akademik fəaliyyəti bilik dünyasına açılan yeni bir qapıdır. Tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəylinin də hər bir tədqiqatı Azərbaycan elminin tanınması istiqamətində atılan bir addım, cəmiyyətin inkişafına verilən böyük töhfədir. Tanınmış alimin keçdiyi fəaliyyət yolu yalnız elmi nailiyyətlərin toplanması deyil, eyni zamanda elmi düşüncənin mədəniyyət, fəlsəfə və sosial kontekst içində necə formalaşdığını araşdırmaqla da dəyər qazanıb. Yüksək intellektə, güclü məntiqə sahib olan Məryəm xanım Seyidbəyli əldə etdiyi elmi bilikləri ümumiləşdirib sadə, anlaşıqlı dildə cəmiyyətə təqdim edə bilən alimlərimizdəndir. Onun Azərbaycan diasporu və elitası, Azərbaycan elminin tarixi və genezisi mövzusunda çap etdirdiyi rəngarəng, elmi dəyərləri ilə seçilən, eyni zamanda xalqımızın müasir fikir tarixində özünəməxsus yer tutan fundamental əsərləri gərgin elmi axtarışların layiqli nəticələri kimi olduqca dəyərlidir. Ulu öndər Heydər Əliyevin dövlət və millət üçün nə qədər faydalı sahə olduğunu, elmi-tarixi əhəmiyyətini xüsusi olaraq vurğuladığı tarixi əlyazma qaynaqları və arxivlər hər bir müasir elmi tədqiqatın baza mənbə rolunu təşkil etməkdədir. Məryəm xanım Seyidbəylinin Azərbaycan tarixşünaslığı və mənbəşünaslığı mövzusunda qələmə aldığı əsərləri də məhz bu çağırışa cavab verən elmi araşdırmalar silsiləsindəndir.

Məryəm xanımın elmi yaradıcılıq yolunun mühüm bir hissəsini xüsusi olaraq elm tarixi və elmşünaslıq sahəsində aparılan tədqiqatlar təşkil edir. Bu sahə qədim sivilizasiyalardan başlayaraq müasir dövrə qədər elmin inkişafında baş verən kəsişmələri, elmi inqilabları və fərqli mədəniyyətlərin elmi biliklərə olan təsirini ortaya qoyur. Elm tarixi, həmçinin tədqiqat metodlarının, texnologiyaların və elmi institutların yaranma və inkişafını izah edərək, cəmiyyətin inkişafında elmin rolunu daha aydın bir şəkildə ortaya qoyur və elmin populyarlaşdırılmasını təmin edir.

AMEA Elm Tarixi İnstitutunun yaranması Azərbaycan elmi üçün son dərəcə aktual bir məsələ idi. Ona görə ki, ölkəmizdə müxtəlif elmlər qədim dövrdən bu günə qədər inkişaf etsə də, sistemli şəkildə öyrənilməmişdi. Bütün bunları nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin tərkibində Elm Tarixi İnstitutunun yaradılması istiqamətində böyük səy göstərildi. 2014-cü ildə Elm Tarixi İnstitutu yaradılarkən bu institutun direktoru vəzifəsinə məhz Məryəm xanım Seyidbəyli təyin olundu. Dəyərli alim qısa müddət ərzində fərqli sahələrdən mütəxəssisləri bir araya gətirərək, böyük zəhmət bahasına elmin müxtəlif aspektlərini sistemli şəkildə birgə araşdırmağa və müzakirə etməyə imkan tanıyan bir platforma yaratdı; bu yanaşma interdisiplinar tədqiqatların inkişafını təşviq edərək, elmi biliklərin daha geniş və dərin anlaşılmasına xidmət edirdi. 2017-ci ildə S.İ.Vavilov adına Texnika və Təbiətşünaslığın Tarixi İnstitutu tərəfindən "Elm və texnika tarixinə verdiyi töhfə" üçün Məryəm xanım Seyidbəyliyə Fəxri nişan təqdim olundu.

Elm Tarixi İnstitutu qısa fəaliyyət dövrü ərzində bir sıra uğurlar əldə etmişdir və bu uğurlu fəaliyyətdə institutun əməkdaşlarının da səyləri danılmazdır. Hər bir gəncin gələcəyin uğurlu alimi kimi yetişməsində, tədqiqat bacarıqlarına yiyələnməsində Məryəm xanımın əvəzsiz rolu olub. Eyni zamanda institutun gənc alimləri qısa bir vaxt ərzində mötəbər mənbələrdən, arxiv materiallarından, əlyazmalardan istifadə sahəsində təcrübə əldə etməklə böyük tədqiqat işləri ərsəyə gətiriblər. Göstərilən təşəbbüs nəticəsində İnstitutun gəncləri nəinki elmi sahələrdə, ictimai və təşkilati sahələrdə də mühüm rol oynayıb, beynəlxalq tədbirlərin təşkilində bilavasitə iştirak ediblər.

Elm tarixinin özünün ən maraqlı olduğu qədər çətin sahəsi isə tibb tarixidir. Professor Məryəm Seyidbəyli Azərbaycan tarixçiliyində ilk dəfə olaraq ilkin qaynaqlar əsasında ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığını, Azərbaycan tibb elminin tarixini və Azərbaycan tibbinin korifeylərini mərhələli şəkildə araşdırıb. Bu zaman tarixçi alimimiz digər mütəxəssislərlə birlikdə onlarca qaynaqdan ilk dəfə istifadə edib.

Professor Məryəm xanım Seyidbəyli Azərbaycanda Nəsirəddin Tusinin zəngin yaradıcılıq irsini ilk yazılı mənbələr əsasında dərindən araşdıran nadir alimlərdən biridir. Onun Nəsirəddin Tusi yaradıcılığına dair yazdığı ilk elmi tədqiqat işi hələ 1999-cu ildə çap olunmuşdu. Elm Tarixi İnstitutu yaradıldıqdan sonra Məryəm xanım Seyidbəyli həmin İnstitutun direktoru olduğu illər ərzində ərəb və fars dillərində qələmə alınmış müxtəlif əlyazma və çap olunmuş ilk yazılı mənbələr əsasında Azərbaycan elm tarixində özünəməxsus rola malik olan Nəsirəddin Tusi irsinə dair yeni faktlar aşkarlayıb, onları unikal formada elmi ictimaiyyətə təqdim edib. Onun elm tarixinə olan sevgisi bəlkə də elə Nəsirəddin Tusi irsinə olan maraqdan qaynaqlanıb. Adı dünya elm və mədəniyyəti tarixinə daxil olmuş Nəsirəddin Tusinin yaradıcılıq irsini həm daxili, həm də xarici kitabxanalarda mövcud olan əsər və əlyazmalar əsasında araşdıran professor Məryəm xanım bu istiqamətdə tədqiqatlarını heç zaman dayandırmamış və mövzu ilə bağlı hər dəfə daha yeni faktlarla çıxış edib. Onun sözügedən mövzu ilə bağlı Sankt-Peterburqda çap olunan "Azərbaycanlı alim Nəsrəddin ət-Tusinin əlyazma irsi" əsərində dahi alimin "Risalətüt-tibb" risaləsinin orijinal mətni Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq geniş şəkildə tədqiq edilib. Bu istiqamətdə qələmə aldığı daha bir əsər - "Görkəmli Azərbaycan alimi Nəsirəddin Tusi - həyatı və elmi irsi" adlı kitabı 2024-cü ildə işıq üzü görüb. Kitabda Nəsirəddin Tusinin həyat yolu və yaradıcılığının əsas mərhələləri ətraflı təsvir edilmiş, ərəb və fars dillərində olan "Tənsuxnameyi-Elxani" əlyazmasının orijinal mətninin Azərbaycan və rus dillərinə tərcüməsi təqdim olunub. XIV əsrdə yaşayıb-yaratmış Nəsirəddin Tusi kimi dahinin yaradıcılıq irsinin akademik şəkildə dərindən araşdırılması ərəb və fars dillərində yazılmış ilk yazılı mənbələrin orijinaldan düzgün oxunularaq dürüst tərcümə edilməsindən asılı olan bir məsələdir. Odur ki, Məryəm xanım Seyidbəylinin bu istiqamətdə gördüyü işlər Azərbaycan elm və mədəniyyət tarixinin araşdırılması baxımından çox əhəmiyyətlidir.

Elmlər Akademiyasının formalaşdığı və fəaliyyəti müddətində çox mühüm qətnamə və qərarlar qəbul edilib. Həmin rəsmi sənədlərdə öz əksini tapmış mühüm qətnamə və proqramları dəqiq öyrənmədən Elmlər Akademiyalarının inkişaf proseslərini, ayrı-ayrı tarixi dövrlərdəki göstəricilərini obyektiv şəkildə qiymətləndirmək çətindir. Professor Məryəm Seyidbəylinin rəhbərliyi ilə Vətən tarixşünaslığında ilk dəfə bu istiqamətdə "Akademiya - sənədlər külliyyatı: qərarlar, protokollar, yazışmalar" (1920-1991)" külliyyatı işlənib hazırlanıb. Bu əsər ərsəyə gələrkən respublika və respublikadan kənar müxtəlif müəssisələrin arxivlərindən 1920-1991-ci illəri əks etdirən böyük həcmdə faktiki materiallar toplanıb, rus dilindən doğma dilimizə tərcümə edilərək ilk olaraq elmi dövriyyəyə buraxılıb. Külliyyat Azərbaycanda elmi ənənələrin davamlı inkişaf proseslərinin tədqiqi baxımından qiymətli bələdçi hesab edilir.

Məryəm xanımın Azərbaycan elminin populyarlaşdırılmasına verdiyi dəyərli töhfələrdən biri də "Elm tarixi və elmşünaslıq" beynəlxalq elmi-nəzəri jurnalının yaradılmasıdır. Redaksiya heyətində ölkəmizin və dünyanın nüfuzlu alimlərinin yer aldığı jurnal Akademiyanın Rəyasət Heyətinin nəzdində öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Məryəm xanım Seyidbəyli uzun illər diaspor sahəsində də mühüm elmi araşdırmalar aparıb, Azərbaycan elminin ölkəmizdə və dünyada populyarlaşdırılmasında müstəsna xidmətlər göstərib. O, xüsusilə Azərbaycanın elmi diasporu və Azərbaycan elminin tarixinin öyrənilməsi sahələri üzrə mühüm tədqiqatları ilə tanınmaqdadır.

Məryəm Seyidbəyli bu sahədə xeyli kitab ərsəyə gətirib və eyni zamanda mütəxəssislər yetişdirib. Azərbaycan elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərə görə müxtəlif dərəcəli milli və beynəlxalq mükafatlarla təltif edilib, dövlət tərəfindən yüksək təltiflərə layiq görülüb. O, 2010-cu ildə Rusiyada beynəlxalq nüfuzlu "Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları" kitabına görə Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının diplomuna, 2011-ci ildə isə həmin kitabına görə "Humay" milli mükafatına layiq görülüb. 2012-ci ildə "Azərbaycan diasporu: Ensiklopedik məlumatlar toplusu" kitabına görə diplomla təltif edilib. 2022-ci ildə "Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri" kitabı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yüksək qiymətləndirilib və 30 dekabr 2024-cü ildə Məryəm Seyidbəyli "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də yetiştirdiyi gənc alimlərə çox tələbkar olan Məryəm Seyidbəyli Azərbaycan tarix elminin inkişaf etdirilməsində bu gün də öz əvəzsiz xidmətlərini göstərməkdədir. Elmi yolunu Şərq ölkələrinin tarixşünaslığının araşdırılması istiqamətində davam etdirən Məryəm xanım fundamental əsərlər yaratmaqla Azərbaycan elminin populyarlaşdırılması istiqamətində yeni ideyalar formalaşdırır.

Nərgiz AXUNDOVA

Akademik

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri