Icma.az
close
up
RU
Təhrif, yoxsa qəsd?

Təhrif, yoxsa qəsd?

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

“Klinqendal”ın mövqeyi ədalətsiz və beynəlxalq hüquqa ziddir 

Azərbaycanın Cənubi Qafqazda sabitlik və yeni reallıqlar yaratması bir çox coğrafiyalarda fərqli reaksiyalar yaratdı - beynəlxalq hüquqa hörmət göstərən, ədalətin bərpasını arzulayan dövlət və təşkilatlar birmənalı şəkildə bu addımı dəstəklədi və gələcəkdə sülhün formalaşmasına öz töhfəsini verməyə çalışdı. Təəssüfləndirici haldır ki, bir sıra təşkilatlar, hətta qeyri-hökumət strukturları, “beyin institutu” adı altında fəaliyyət göstərən, amma birtərəfli fikir yürüdən qurumlar sülhə töhfə verməkdənsə, qeyri-adekvat yol seçiblər. Bu kimi təşkilatlar həqiqəti təhrif etməyi, şəxsi və ya tərəfkeşlik mülahizələri üzərindən fikir yürütməyi “seçir” - Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal” (The Netherlands Institute of International Relations Clingendael) kimi...

“Klinqendal”: Paşinyanın və Mirzoyanın sevimli “məkanı”...

Öncə qeyd edək ki, bu qurum Niderlandın Haaqa yaxınlığında yerləşən müstəqil beynəlxalq münasibətlər üzrə tədqiqat institutu sayılır. Klinqendal həm tədqiqat (Clingendael Research), həm də diplomatiya/treninqlər (Clingendael Academy) üzrə proqramlar həyata keçirir. İnstitutun missiyası əslində hökumətlərə, beynəlxalq təşkilatlara, biznesə və vətəndaş cəmiyyətinə siyasət analizləri, təlim və məsləhətçilik təqdim etməklə “təhlükəsiz, davamlı və ədalətli dünya”ya töhfə vermək olsa da, Ermənistana münasibətdə tamam fərqli münasibətin şahidi oluruq. Bu qurumun xüsusi Ermənistan pərəstişkarlığı “hansısa sirrdən” qaynaqlanır. Məsələn, Ermənistanın baş naziri 2022-ci ilin mayında Niderlanda səfər edən zaman “Klinqendal”ı da ziyarət etmiş, hətta orada  “Ermənistan və Niderland: Əsrlər boyu davam edən dostluq - 30 illik tərəfdaşlıq” mövzusunda mühazirə belə oxumuşdu. 2024-cü ilin fevralında isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Klinqendal”ın keçirdiyi dəyirmi masa müzakirəsində iştirak etmişdi. İnstitut 2023-cü ilin martında Cənubi Qafqazdakı durum və Aİ-nin təsirləri barədə hesabat hazırlamışdı. Bu hesabatda da müəyyən fikirlər vardı ki, bunlar birmənalı şəkildə Ermənistanın lehinə yönəlmişdi.

Qeyri-dəqiqlik, hüquqi cəhətdən yanlış interpretasiyalar və ciddi analitik boşluqlar...

Bu dəfə də institut öz ampulasına sadiq qalıb. Belə ki, “Klinqendal” tərəfindən dərc olunmuş “Ermənistan və Azərbaycan: Sülh, yoxsa fasilə?” sərlövhəli siyasi icmal da həqiqətləri əks etdirmir. Qurum növbəti dəfə Cənubi Qafqaza baxışda birmənalı şəkildə ermənipərəst mövqe bildirib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) bu fikirlərə münasibət bildirib. Qeyd olunub ki, mərkəz yanlış və hüquqi baxımdan qeyri-dəqiq təqdim olunan beynəlxalq təhlillərə etiraz edərək, Azərbaycan-Ermənistan münasibətlərində dəqiqlik, aydınlıq və beynəlxalq hüquqa riayət olunmasının vacibliyini vurğulayır: “BMTM olaraq biz beynəlxalq tədqiqat institutlarının Cənubi Qafqaz məsələlərinə dair informativ təhlil hazırlamasını və konstruktiv dialoqun təşviqində uzunmüddətli rolunu yüksək qiymətləndiririk. Məhz bu peşəkar əməkdaşlıq ruhundan irəli gələrək Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal”ın “Ermənistan və Azərbaycan: Sülh, yoxsa fasilə?” adlı siyasət icmalını diqqətlə nəzərdən keçirdik. Ətraflı təhlil nəticəsində müəyyən etdik ki, sənəddə yer alan bəzi ifadələr və qiymətləndirmələr faktiki qeyri-dəqiqliyə, hüquqi cəhətdən yanlış interpretasiyalara və ciddi analitik boşluqlara yol açır. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikasına dair yanlış təsəvvürlərin formalaşması riskini yaradır”.

Aydınlıq, dəqiqlik və beynəlxalq hüquqi normalara riayət olunmasını təmin etmək...

BMTM-in şərhində vurğulanır ki, sözügedən məsələyə dair hazırlanan ətraflı cavab yalnız təhriflərə etirazı ifadə etməklə məhdudlaşmır. “Bu, həm də həssas dövlətlərarası məsələlərin müzakirəsində aydınlıq, dəqiqlik və beynəlxalq hüquqi normalara riayət olunmasını təmin etmək kimi institusional məsuliyyətimizdən irəli gəlir. İcmalda qeyri-qanuni “ələ keçirmə” mənasını verən terminlərin işlədilməsi, “Azərbaycanın Ermənistan ərazisini işğal etməsi” kimi təqdimatlar, Azərbaycanın tranzit təkliflərinin “ekstraterritorial” kimi göstərilməsi, eləcə də Qarabağ regionunda baş vermiş əhali yerdəyişmələrinin hüquqi əsasları olmayan terminlərlə təsvir edilməsi yanlış narrativlərin güclənməsinə rəvac verə bilər. Eyni zamanda, icmalda normallaşma ilə bağlı aparılan danışıqların şərhi, ATƏT-in Minsk qrupunun statusu, Ermənistanın konstitusiya ilə bağlı əks iddiaları, qarşılıqlı dövlət iddialarının hüquqi əsası və TRIPP-lə bağlı nəticələr tərəflərin mövcud rəsmiləşdirilmiş mövqeləri ilə tam uyğun gəlmir”, - deyə BMTM-in açıqlamasında vurğulanır. Qeyd olunur ki, beyin mərkəzləri və siyasət araşdırmaları institutları beynəlxalq rəyin formalaşmasında, diplomatik qərarvermə proseslərində mühüm rol oynayırlar. Bu səbəbdən, terminologiya və kontekstdə dəqiqlik vacibdir: “Siyasi təhlil, hətta heç bir qəsd nəzərdə tutulmadığı halda belə, təsdiqlənmiş faktlardan və dövlətlərarası münasibətləri tənzimləyən hüquqi çərçivələrdən uzaqlaşdıqda davamlı sülhün təmin olunması üçün vacib olan şərtlərə zərər verə, maraqlı tərəflər arasında çaşqınlıq yarada və davam etməkdə olan proseslərin pozulmasına səbəb ola biləcək təhriflərin güclənməsinə gətirib çıxara bilər. Həm yuxarıda qeyd edilən səbəblərə, həm də ciddi faktlara əsaslanan tədqiqatların önəmini nəzərə alaraq, biz yanlış təfsirlərin qarşısını almaq məqsədilə “aydınlaşdırıcı sənəd” (clarification document) hazırlamışıq. Biz “Klinqendal”, eləcə də digər tədqiqat institutları ilə açıq və peşəkar dialoqa sadiq qalırıq. İnanırıq ki, dəqiqlik və qarşılıqlı hörmətə əsaslanan birgə səylər davamlı sülhün və regional sabitliyin təmin edilməsində vacibdir”.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri