Qərbdə Zelenskinin siyasi karyerasına sonun yaxın olduğu bildirilir
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
"Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi karyerası korrupsiya qalmaqalı və cəbhədəki uğursuzluqlar fonunda “saç telindən asılı vəziyyətə düşüb".
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu fikirləri "The Telegraph" yazır.
Qeyd olunur ki, son bir həftə ərzində Zelenski ofisinin rəhbəri Andrey Yermakı vəzifədən itirib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının təzyiqi altında Donetsk Xalq Respublikasında strateji əhəmiyyətli Krasnoarmeysk (ukraynaca: Pokrovsk) şəhərindən geri çəkilməyə məcbur olub.
Nəşr həmçinin ABŞ-ın Kiyevə artan təzyiqindən yazır. Məlumata görə, amerikalılar Zelenskidən sülh naminə Rusiyaya ərazi güzəştlərinə getməyi qəti şəkildə tələb edirlər.
"The Telegraph" hesab edir ki, Zelenskinin taleyi Ukrayna üzrə aparılan pərdəarxası sülh danışıqları zamanı müəyyən olunur və o, hakimiyyətdə olduğu müddətdə münaqişənin sonunu görə bilməyə bilər.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Dekabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















