Icma.az
close
up
RU
525ci qəzet Ukraynadakı müharibə bitir: Kim nə qazandı?

525ci qəzet Ukraynadakı müharibə bitir: Kim nə qazandı?

525.az saytına istinadən Icma.az xəbər verir.

Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin müəllimi

Almaniyanın "Bild" nəşrinin yazdığına görə, Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər.

Bildirilib ki, Almaniya Rusiya Prezidenti Vladimir Putinin müharibəni bu il bitirə biləcəyinə ümid edir: "Çünki artıq bu barədə siqnallar var".

Qeyd olunub ki, tariflərin və ərzaq qiymətlərinin artması, rublun ucuzlaşması və hərbi sənaye kompleksinin həddən artıq yüklənməsi ilə bağlı digər sahələrdə böhranın yaranması mənfi nəticələrə gətirib çıxara bilər.

Nəşrin iddiasına görə, Kreml regionları 2026-cı il seçkilərinə hazırlayır və müharibənin başa çatması qələbə kimi təqdim ediləcək.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə başa çatacağına ümid etdiyini bildirmişdi.

Məlum olduğu kimi, Şərqi Avropada vəziyyət kifayət qədər gərgindir. Hər iki tərəf yorulub. Həm Rusiyanın, həm də Ukraynanın imkanları getdikcə tükənir.

Buna baxmayaraq, Rusiya zaman- zaman yeni ərazilər işğal edir. Bu, Rusiyanın ən azı taktiki üstünlüyünü qorumasına kömək edir. 2025-ci il savaş üçün həlledici ola bilər. Belə ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonra rəsmi Vaşinqtonun Kiyevə dəstəyi azaldacağı gözlənilir. Bu, perspektivdə Ukraynanı Rusiyanın şərtləri altında danışıqlara məcbur edə bilər. Bunu Zelenski də başa düşür. 

İndi rəsmi Kiyev mümkün danışıqlara qədər "əlini gücləndirməyə" çalışır. Ukrayna bəzi ərazilərini azad etməyə, yaxud Rusiyanın hansısa ərazilərində nəzarəti təmin etməyə çalışacaq. Bunun üçün ABŞ və Avropa İttifaqının ayırdığı yardımlardan istifadə olunur. 

Qarşıdakı dövrdə Ukraynanın ciddi həmlələrinin şahidi ola bilərik.

Beləliklə, "Bild"in iddiası kifayət qədər əsaslıdır. Müharibənin bu il başa çatması mümkündür. İndi əsas sual budur: kim nə qazanacaq?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri