525ci qəzet Ukraynalı deputat Trampın Nobel mükafatına namizədliyini irəli sürüb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasından olan Ali Radanın deputatı, parlamentin xarici əlaqələr komitəsinin sədri Aleksandr Merejko ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
525.az xəbər verir ki, bu barədə “The Kyiv Independent” deputatın Norveç Nobel Komitəsinə göndərdiyi məktubuna istinadən məlumat yayıb.
Merejko müraciətində Trampın dünyaya böyük töhfə verdiyini bildirib. Onun sözlərinə görə, amerikalı siyasətçi gələcəkdə daha çox iş görə bilər. Ukraynalı deputat İsraillə BƏƏ, eləcə də Bəhreyn və Sudan arasında sazişlərin bağlanmasında ABŞ-nin seçilmiş liderinin vasitəçiliyini xatırladıb.
Bundan əlavə, Aleksandr Merejko əmindir ki, Tramp Kiyevi dəstəkləmək üçün bugünkü beynəlxalq koalisiyanın əsasını qoyub.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 27 Noyabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















