Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Simurqun sorağında... Sevinc Mürvətqızı yazır

Simurqun sorağında... Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Sevinc MÜRVƏTQIZI

Nağıllara inandığım, miflərə tapındığım yeniyetməlik illərimdən hafizəmə köçmüş bir əfsanə sonralar həyatımı şəkilləndirib ömrümü dilədiyi rəngə boyayacaqdı...

...Qədim zamanlarda keçilməz vadilərin o üzündə yerləşən əlçatmaz Qaf dağının zirvəsində parlaq gözəlliyə malik, qızıl qanadlı Simurq quşu yaşayırmış. Yerin və göyün cəmi sirrinin açarı ondaymış. Və bir gün Hüt-hüt quşu (şanapipik) bütün quşları ətrafına toplayıb bütün dərdlərinin çarəsinin Simurqda olduğunu söyləyib onları Qaf dağına səfərə getməyə razı salıbmış...

Yaddaşımda bu əfsanənin ardına orta əsrlərin mütəsəvvif şairi Fəridəddin Əttarın "Məntüqüt-teyr" ("Quşların dili") adlı dərin mistik məzmunlu epik məsnəvisi şahidlik edir: Quşlar hamısı toplanıb Qaf dağına istiqamətlənirlər. Lakin yollarının üstündə olan İstək, Eşq, Mərifət, Tövhid, Heyrət kimi çoxsaylı vadilərdən keçə bilməyib əksəriyyəti bu yoldan geri dönübmüş. Səfər əsnasında bülbül gülündən ayrı qala bilmədiyini hiss edib, bayquş öz xarabalığından ötrü darıxıb, qartal zirvələrdəki səltənətini sahibsiz qoya bilməyəcəyini anlayıb, balıqudan iylənmiş bataqlığında xoşbəxt olduğunu xatırlayıb... Beləcə, xeylisi bu ağır səfərdən boyun qaçırıblar. Bu səfərdə sadəcə otuz (si) quş (murq) Qaf dağının zirvəsinə yetişib. Çətinliklərdən keçib vadilərin, dağların, dərələrin üzərindən uçaraq gələnlər zirvədə Simurq əvəzinə güzgüdə özlərini görüblər... Anlayıblar ki, zaman-zaman od-alovda çırpınıb küllərindən yenidən doğulan xilaskar Simurq quşunu əslində elə içlərində daşıyırlarmış. Hər biri özlüyündə və bütövlükdə Simurq imiş...

lll

Bu əfsanə həyatın bəzən cəhənnəm kimi görünən vaxtlarında yanıb əriyən, amma hər dəfə yenidən ayağa qalxmağa məcbur olan hər kəsə aiddir. Simurqun adının müxtəlif mənbələrdə Zümrüd, Ənqa, Səməndər, Feniks, Hüma, Tuğrul, Dövlət quşu olmasından asılı olmayaraq... Və əslində həyat mübarizəsində dəfələrlə yanıb kül olub özünü yenidən və daha gözəl yarada bilənlərin başına bir gün mütləq Dövlət quşunun qonacağına hələ də yeniyetmə çağlarımdakı sadəlövlüklə inanıram...

Bəzən bitmək bilməyən iztirablı gecələrin dərin sükutunda çoxumuzun ruhu bilinməzliyin üfüqlərini qət edərək son çarə kimi Simurqu o qədər axtarıb ki!.. İnanmışıq, inanmaq istəmişik ki, Ənqa zamanın sınağından keçənlərin, varlığın sirrini dərk edənlərin qarşısında gec-tez zühur edəcək. Çarəsizliyin sərhədlərində ümidsizlik uçurumuna yıxılmaq ərəfəsində olanda onun qanad çırpıntılarını eşitmişik (ya da ən azından eşitdiyimizi sanmışıq), bəzən göy qübbəsinin dərinliklərində onun qızılı qanadlarının sahiblənici və böyük kölgəsini gördüyümüzü sanmışıq. Bəlkə də məna elə bunda imiş - Zümrüd quşunu axtarmaq onu tapmaqdan daha yaddaqalan təcrübə, daha maraqlı macəra imiş...

lll

Simurq məkana, zamana aid deyil. Sufizmdə bilindiyi kimi, o, heç yerdə və eyni zamanda hər yerdədir. Gerçəkliyin sərhədində və həm də onun içindədir. Çəkdiyimiz ruhani iztirabların içərisində Simurqu parlaq bir ilğımın içində izlədiyimizi sanarkən əslində öz varlığımızın dərin qatlarına səyahət edirmişik. Zaman-zaman içimizdə baş qaldıran yanğınlar elə axtardığımız qutsal həqiqətin ruhumuzda qaladığı ocaqmış... Simurqun axtarışı mənliyimizin ən gizli qatlarını kəşf etməyə açılan qapı imiş. O qapıdan o yanda güzgüdəki əksimizi görüb gec-tez dərk etmişik: axtardığımız xilaskar Simurq elə özümüzük... Hər dəfə varlığımızı həyatın alovu içərisində görəndə Simurq yenə və yenidən içimizdə doğulurmuş. Bu doğuluşda sufi dillər pıçıldayırdı ki, Simurq yolçunun son mənzili deyil, onun yolun özündə şam kimi əriməsidir. Səfərimiz boyu "vadilər"in üzərindən keçdikcə əlahəzrət zaman qiyafələrimizi üstümüzdən bir-bir çıxarıb... Beləcə bircə-bircə bütün qavrayışlardan, adlardan, istəklərdən, bədəndən və hətta düşüncənin sərhədlərindən azad olduqca bizi biz edən hər şey yanıb külə dönüb, Eşqi-Əzəlin qarşısında ruhi çılpaqlığımızla qalmışıq... Bizdən sonraya qalan heçlik sükutunun içində Simurqun gerçək nəfəsini hiss etmişik. Süni olaraq üstümüzə yapış(dırıl)an hər şeydən imtinamızdan sonra Səməndər yenidən doğulub. Bizdən kənarda deyil, bizdə... Ondan sonra nə yol qalıb, nə yolçu, nə də axtarış. Anlamışıq ki, Zümrüdü-Ənqanı tapmaq istəyənlər yolun sonunda həmişə eyni həqiqətlə qarşılaşırlar: ona doğru yol alanın özü ilə... Bəs onda nədir bu doyulmaz şəkildə Simurqu axtarmaq təşnəsi, qızılı lələkli Zümrüdü tapmaq sevdası? Bu, özündən qaça-qaça, özüylə qarşılaşmaqdan qorxub guya hardasa özündən kənarda mövcud olan mifik xilaskarın qanadlarına sığınmaq istəyidirmi? Və bütün bu qaçışlar bizi batini güzgümüzlə qarşılaşdırıb: Güzgüdən bir cüt göz baxıb üzümüzə - əbədi axtarışın, yanıb külündən dirilməyin hekayətini anladan, illərin yorğunu, lakin baxışlarının dərinliyində işıq parlayan bir cüt göz... Simurqun parlaq qanadlarını o gözlərin içində sezmişik. Əslində o, həmişə orada olub, ta ki biz fərqinə varana qədər... Həqiqəti uzaqlarda axtarmışıq, halbuki o, ruhumuzun dərinliyində gizlənib şah damarımızdan daha yaxında - bizim gözümüzdən bizi seyr edirmiş...

lll

Simurq - yanlışlarımızın, günahlarımızın, özümüzü inkar edib yenidən tapmağımızın, ruhumuzun cövhərinə qovuşmağın adıdır. Sufi əbədiyyətinin sirri budur: özündən keçmədən, özündə yanmadan, zülm-zillətlə özünü yenidən doğmadan gerçək həqiqətinə çata bilməzsən...

Bu sirri-Xuda Nəsimiyə agah idi. Ən ali eşqi-İlahi məqamında Ənqanın da, Ənqanı seyr edənin də özündə olduğunu anlamışdı və anlatmışdı:

Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən kuhi-Qaf,

Sənsən ol ali məqamda şəhpəri-Ənqayi-eşq.

Seyri-sülük səyyahı Nəsiminin mənəvi yolçuluğundakı ilahi eşqlə özünü dərk etməsini şair xələfi Xətai daha yuxarı müstəvidə (bəlkə də daha ruhani dərinliklərdə) izah etmişdi. Nəsimi əfsanəvi Qafı Simurqun özü kimi seyr etdiyini yazarkən, Xətai hətta Qafın zirvəsinə belə baş əymədiyindən söz açmışdı:

Mən ol şahbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafə,

Neçə Ənqa kimi yavru uçurdum aşiyanimdə...

Yuvasından neçə-neçə Ənqanı uçurduğu ilə qürur duyması məşhur əfsanəyə göndərmə olmaqla bərabər, həm də dəfələrlə elə o Ənqa yavrularının simasında yenidən doğulmanın fəxarəti idi. Əfsanənin bir versiyasında da Simurqun qanadlarını çırparaq öz alovunda yanmasından sonra küllərindən yeni bir bala Simurq doğulub özündən əvvəlkindən daha güclü şəkildə qanad çırpıb uçarmış. Amma yanan Ənqa da, yenidən doğulan Ənqa da elə özü imiş...

Heç mümkündürmü ki, qəzəllərində mistik-sufi irfanının ən həssas məqamlarını, ən gözəl, ən əcəb bədii ifadələrini yüksək sənətkarlıqla təqdim edən Seyid Əzim Şirvani şöhrəti Qərbdə Feniks, Şərqdə Ənqa olan bu mifdən bəhs etməmiş olsun?

Mən ki, Ənqa kimi bir Qafi-qənaətdi yerim,

Neynirəm cifeyi-rəmz ilə belə dünyanı?

"Qafi-qənaət" ifadəsində də bir neçə məna gizlənir. Bir tərəfdən şair sözgedən əfsanənin motivlərini xatırladır. Digər tərəfdən də bildirir ki, qənaət dağında (ilahi eşqin ən uca mərtəbəsinə ancaq buradan - zövqi-səfadan əl götürüb merac etmək mümkündür) Ənqa kimi qərar tutanın heç çürümüş dünyayla ilə işi olarmı? Və şəksiz, bu beytdə şairin ruhundakı Simurqun qanadlarının çırpınmasından yaranan alovda dəfələrlə yanıb kül olmağı da, yenidən doğulmağı da qatbaqat ilahi həqiqət kimi saxlanıb...

Seyid Əzimin ədəbi xələfi Vahid isə yanıb kül olmaqdan, atəşlərdə qovrulmaqdan qorxmadığını cəsarətlə elan edənlərdən idi. Və adları sadalanan bu mənəviyyat səyyahları bəlkə də biri digərinin Simurq kimi yanmasından sonra yenidən küllərindən doğulan digər Ənqası, Səməndəri, Zümrüdü, Hüması idi?..

Atəşi-qəmdən nə qorxaq kim səməndər xislətik,

Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq...

Bu atəş yalnız ondan qorxmayanları Simurqla üzləşdirir. Özündəki Səməndəri kəşf etmək yalnız atəşdən qorxmayan, şəmlərdən, pərvanələrdən keçə bilənlərin işidir...

lll

"Hər şeyin sonu var" deyirlər. Amma bəlkə də əsl həqiqət bunun tam tərsidir - son dediyimiz yeni başlanğıcdır. Əbədi çevrilmələr, qapanmayan sonsuz dairə, doğuluşun və ölümün bir-birinin içində olması sirri... Simurq bu sirrin ən qədim və ən müdrik rəmzidir. O, külə dönüb yenidən doğulmağı bacaran mifik varlıq olmaqdan daha çox, insan ruhunun metaforasıdır, özünü itirib yenidən tapmağın, yanıb təzədən doğulmağın və insanın daxili transformasiyasının əbədi simvoludur.

Hər birimiz həyatın içində başımıza haranın külünü tökəcəyimizi düşündüyümüz anda öz külümüz üstümüzə səpələnir və ruhumuzun mayasında təcəlli edən İlahinin gücü bizi təzədən yaradır. Bu, bir anlıq möcüzə deyil, ardıcıl prosesdir. Ən ağır ağrılar, ən dərin travmalar onun içində gizlənən yeni başlanğıcların qığılcımlarını yaradır. Həyatın bizə bəxş etdiyi hər bir çətinlik ruhumuzun alova bürünməsidir. Ruhumuz daim sınaqdan keçir, bəzən xoşbəxtliyimizi itiririk, bəzən sevdiyimizi, bəzənsə özümüzü... Və bu itkilərin içində başımızı itirməmək üçün Simurqun sirrini anlayırıq: itirmək həmişə qorxulu deyil... Yenidən doğulmaq üçün bəzən yanmaq lazım olur. Çökdüyünüzü, yox olduğunuzu, yanıb kül olduğunu düşündüyünüz anlarda içinizdə daşıdığınız o mistik yenidən doğuluş gücünü - Simurqu, Ənqanı, Səməndəri, Zümrüdü, Hümanı xatırlayın, xatırladın...

P.S. Bu gün həqiqət bildiyimiz nə varsa, bəlkə də, sadəcə əfsanədən qeyri bir şey deyil. Bəlkə də Simurq heç vaxt mövcud olmayıb, biz onu uydurmuşuq - yaşadığımız müddətdə cəhənnəm əzablarında yanmağımıza, külümüzdən doğulmağımıza məna verə bilmək vermək üçün. Ya da əksinə, bəlkə heç vaxt mövcud olmamışıq, yalnız Simurqun sonsuz doğuluşunu əks etdirən rəngli, sehrli, bizi şirə kimi içərisinə alan bir yuxunun içindəyik. Qanadlarım yenə alovlanır, deyəsən... Mavi səmada parıldayan günəş şüalarının şəfəqlərində qızılı bir lələk süzülməkdədir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Aprel 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri