Icma.az
close
up
RU
525ci qəzet YARATda “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

525ci qəzet YARATda “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

YARAT Mərkəzində “Praktika” Teatrının YARAT təşkilatı ilə əməkdaşlığı çərçivəsində müasir üslubda hazırlanan “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub.

YARAT-dan 525.az-a bildirilib ki, tamaşa İosif Brodskinin yaradıcılığından ilhamlanan, “Praktika” Teatrının rezidenti Jack’s Garret komandasının 2022/2023-cü il mövsümündəki bədii fəaliyyətinin nəticəsidir. Daxili münaqişədən bəhs edən “Özüm ilə təklikdə” tamaşası küçə rəqsi və müasir xoreoqrafiya texnikalarını birləşdirərək hərəkətlərin gücü ilə poeziyanın dərinliyini bir araya gətirir. Baş qəhrəman yol ayrıcındadır: mübarizə aparmaq, ya da özünü qəbul etmək və işığa doğru irəliləmək, ya da qaranlığa dalmaq.

Aktyorlar Aleksandr Tronov və Aleksandr Alyoxin İ.Brodskinin şeirlərini yenidən mənalandıraraq tamaşaçını metaforalar və simvollar aləminə qərq etdilər. Səhnəqrafiya və ideyası xoreoqraflar Anna Deltsova və Aleksandr Tronova məxsus tamaşaya 150-yə yaxın qonaq qatılıb.

Tamaşadan bir gün sonra isə YARAT və “Praktika” Teatrının əməkdaşlığının davamı olaraq Jack’s Garret komandası tərəfindən müasir xoreoqrafiya üzrə ustad dərsi keçirildi. Rusiyalı xoreoqraf və aktyor Aleksandr Tronovun rəhbərliyi ilə ikihissəli təlimə qatılan iştirakçılar küçə rəqsi texnikalarını və hərəkətlərlə emosiyaların necə çatdırılacağını öyrəniblər.

“Praktika” Teatrı Moskvada yerləşən, dövrün tendensiyalarına cavab verən və fəaliyyətində çağdaş ədəbiyyatından istifadə edən eksperimental mərkəzdir. “Praktika” tamaşaçılarla müasir yazılar, musiqi, dizayn, memarlıq, multimedia və aktyor oyununun aktual bədii dili ilə danışır. Teatr bugünkü incəsənəti yaradan fənlərarası sahəni araşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Dekabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri