Icma.az
close
up
RU
YARATda “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub AZƏRTAC

YARATda “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 dekabr, AZƏRTAC

YARAT Mərkəzində “Praktika” Teatrının YARAT təşkilatı ilə əməkdaşlığı çərçivəsində müasir üslubda hazırlanan “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, tamaşa İosif Brodskinin yaradıcılığından ilhamlanan, “Praktika” Teatrının rezidenti Jack’s Garret komandasının 2022/2023-cü il mövsümündəki bədii fəaliyyətinin nəticəsidir. Daxili münaqişədən bəhs edən “Özüm ilə təklikdə” tamaşası küçə rəqsi və müasir xoreoqrafiya texnikalarını birləşdirərək hərəkətlərin gücü ilə poeziyanın dərinliyini bir araya gətirir. Baş qəhrəman yol ayrıcındadır: mübarizə aparmaq, ya da özünü qəbul etmək və işığa doğru irəliləmək, ya da qaranlığa dalmaq.

Aktyorlar Aleksandr Tronov və Aleksandr Alyoxin İ.Brodskinin şeirlərini yenidən mənalandıraraq tamaşaçını metaforalar və simvollar aləminə qərq etdilər. Səhnəqrafiya və ideyası xoreoqraflar Anna Deltsova və Aleksandr Tronova məxsus tamaşaya 150-yə yaxın qonaq qatılıb.

Tamaşadan bir gün sonra isə YARAT və “Praktika” Teatrının əməkdaşlığının davamı olaraq Jack’s Garret komandası tərəfindən müasir xoreoqrafiya üzrə ustad dərsi keçirildi. Rusiyalı xoreoqraf və aktyor Aleksandr Tronovun rəhbərliyi ilə ikihissəli təlimə qatılan iştirakçılar küçə rəqsi texnikalarını və hərəkətlərlə emosiyaların necə çatdırılacağını öyrəniblər.

“Praktika” Teatrı Moskvada yerləşən, dövrün tendensiyalarına cavab verən və fəaliyyətində çağdaş ədəbiyyatından istifadə edən eksperimental mərkəzdir. “Praktika” tamaşaçılarla müasir yazılar, musiqi, dizayn, memarlıq, multimedia və aktyor oyununun aktual bədii dili ilə danışır. Teatr bugünkü incəsənəti yaradan fənlərarası sahəni araşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri