Icma.az
close
up
RU
525ci qəzet Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi yekunlaşır

525ci qəzet Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi yekunlaşır

Icma.az bildirir, 525.az portalına istinadən.


Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə müsahibə mərhələsi yekunlaşır, ilkin test imtahanına başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) 525.az-a bildirilib ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin elektron qeydiyyatı zamanı 2649 nəfər müraciətini təsdiq edib. Onlardan 2257 nəfəri müsahibə mərhələsinə buraxılıb.

Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 1694 namizəddən 1351 nəfəri məqbul qiymətləndirilərək növbəti mərhələyə buraxılıb, 152 nəfəri qeyri-məqbul qiymətləndirilib, 191 nəfəri isə bu mərhələdə iştirak etməyib.

Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan namizədlər üçün müsahibə mərhələsinin noyabrın 22-də, digər rayonlarda yaşayan namizədlər üçün isə noyabrın 29-da yekunlaşdırılması nəzərdə tutulur. Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır.

Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq imtahanda iştirak etmək istədiyi günü və vaxtı seçir.

İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Hər bir test bloku üzrə (ümumi intellektual səviyyəni yoxlayan test bloku, situasiya mühakimə bacarıqlarını yoxlayan test bloku) tapşırıqların cavablandırılmasına 1 saat vaxt ayrılır. Test bloklarının hər biri üzrə ümumi nəticəsi 40 faizdən çox olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

Artıq 225 namizəd ilkin test imtahanında iştirak etmək üçün vaxt seçimi edib. Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan namizədlər üçün ilkin test imtahanının noyabrın 23-də başlanılması nəzərdə tutulur.

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması mərhələləri ilə bağlı sual yaranarsa, [email protected] ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət etmək olar.

Sevinc Qarayeva 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri