Icma.az
close
up
RU
54 ölkədən biri...

54 ölkədən biri...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Orta gəlirli ölkə” qrupunda yer alan Azərbaycanın hədəfi “yüksək gəlirli ölkə” statusu əldə etməkdir

Bakıda Dünya Bankının “Dünyanın İnkişafı haqqında” hesabatının təqdimat mərasimi keçirilib

Bakıda Dünya Bankının (DB) “Dünyanın İnkişafı haqqında” (World Development Report - WDR) hesabatının təqdimat mərasimi keçirilib. Hesabatın nəticələri və onun əsasında regional təhlil hesabatın əsas müəllifləri və Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı tərəfindən təqdim edilib. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib ki, Hesabat Dünya Bankının apardığı kompleks araşdırmanın məcmusudur. WDR xülasəsi 1978-ci ildən bəri Dünya Bankının nəşr etdiyi illik hesabatdır. Hər bir WDR iqtisadi inkişafın müəyyən bir aspekti haqqında dərin təhlili təqdim edir. Hesabatlar Bankın inkişaf haqqında baxışlara ən tanınmış töhfəsidir. 2024-cü il üzrə “Dünya İnkişafı haqqında” hesabat ölkələrin bir çox indikatorlar üzrə sosial-iqtisadi inkişaf durumunu əks etdirir. Həmin metodoloji yanaşmaya əsasən, illik adambaşına düşən ümumi daxili məhsulunun (ÜDM) həcmi 8000 dollar ekvivalentində olan ölkələr Dünya Bankının “orta gəlirli” dövlətlər qrupunda yer alır. DB-nin təsnifatına əsasən, 1990-cı illərdən bəri yalnız 34 orta gəlirli iqtisadiyyat bu uğura nail olub.

Azərbaycan 30 ildə adambaşına düşən gəliri 60 dəfə artırıb

Roland Prays bildirib ki, Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb. 1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 dollar idisə, hazırda bu rəqəm 6 min dolları ötüb. 2023-cü ildə Azərbaycan “orta gəlirli” iqtisadiyyata çevrilib və bu rəqəmi 60 dəfə artıraraq 6700 dollara çatdırıb. Azərbaycanda hazırda ÜDM adambaşına 8000 dollara yaxındır. 

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, 30 il ərzində Azərbaycan müasir inkişaf etməkdə olan ölkəyə çevrilməyə müvəffəq olub. “Azərbaycan hazırda 54 orta gəlirli ölkələr sırasındadır. “Bu, qısa müddətdə çox əla nailiyyətdir. Bildiyiniz kimi, 90-cı illərdə ÜDM-in yarısından çoxu itirilmişdi. 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladıqdan sonra Azərbaycan çox ciddi transformasiyadan keçib. Dünya Bankı Azərbaycanın çox ciddi tərəfdaşı olub, o cümlədən səhiyyə, kənd təsərrüfatı sahələrində layihələrində həyata keçirilməsində çox yaxından iştirak edib. Dünya Bankı gələcəkdə innovasiyaların dəstəklənməsində bizim əsas tərəfdaşlarımızdan biri olaraq qalacaq”.

Şahmar Mövsümov qeyd edib ki, Azərbaycan iqtisadi diversifikasiya və innovasiya yönümlü siyasət sayəsində yüksək gəlirli ölkələr sırasına keçməyə hazırdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi əsas şərtdir. Azərbaycan innovasiyalara yönəlmək üçün tələb olunan infrastruktur və bazaya malikdir: “Biz bu potensial əsasında sürətli inkişaf edə bilərik. Hazırda dünya ciddi çağırışlarla üz-üzədir, lakin Azərbaycandakı güclü rəhbərlik və Dünya Bankı kimi tərəfdaşlarla əməkdaşlıq bizə irəliyə doğru sürətli addımlar atmağa imkan verir. İnnovasiya uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan, startapların və sahibkarlığın dəstəklənməsi vacibdir”.

Strateji valyuta ehtiyatları ÜDM-in 95 faizinə bərabərdir

Dünya Bankı ilə sıx əməkdaşlığın maliyyə-bank sektorunda mühüm nəticələr verdiyini diqqətə çatdıran Mərkəzi Bankın (MB) sədri Taleh Kazımov qeyd edib ki, Azərbaycan ötən illərdə sürətli iqtisadi inkişafa nail olub, son 20 ildə iqtisadiyyat təxminən 3,8 dəfə, o cümlədən qeyri-neft sektoru 3,7 dəfə böyüyüb, ümumi ixracımız və qeyri-neft ixracımız müvafiq olaraq 7,8 və 6,3 dəfə, iqtisadiyyatımıza investisiya qoyuluşu 4,4 dəfə artıb. Bu dövrdə maliyyə sektorunda yığım imkanları güclənib, ölkəmizin strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 95 faizinə bərabərdir.

MB sədri vurğulayıb ki, yeni mərhələdə inkişaf dinamikasını daha da irəlilətmək üçün xarici maliyyə təşkilatları, o cümlədən Dünya Bankı ilə əlaqələr də ön planda saxlanılacaq. MB makroiqtisadi sabitliyin qorunması, maliyyə inklüzivliyinin təmin edilməsi və bu istiqamətdə işləri davam etdirəcək və 2025-ci ildə pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində tədbir həyata keçirəcək. Cari ildə maliyyə alətlərinin şaxələndirilməsi və sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Həmçinin uzunmüddətli perspektivdə bu tədbirlərin həyata keçirilməsi innovativ sahibkarlıq ekosisteminin yaradılması üçün çox böyük əhəmiyyət kəsb edir.

“2025-2029-cu illər üçün yeni Ölkə ilə Tərəfdaşlıq Çərçivəsi”

MB sədri bildirib ki, maliyyə sektorunun “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na əsasən, maliyyə alətlərinin diversifikasiyası və dayanıqlı maliyyələşmənin təşviqi yolu ilə ev təsərrüfatlarını və biznesləri maliyyələşdirilməsi davam etdiriləcək. Maliyyə sektoru maliyyənin əlçatanlığını və dərinliyini artırmaq üçün ənənəvi kanallardan rəqəmsal maliyyə vasitəçiliyinə keçməyə can atır. Bu, maliyyə inklüzivliyinə böyük təsir edib və edəcək. Ev təsərrüfatlarının, bizneslərin maliyyə savadlılığının və biliklərinin artırılması da əsas prioritetlərdən biri olacaq. Eləcə də bank sektorunun dayanıqlılığının gücləndirilməsi, sığorta, qiymətli kağızlar və ödəniş sektorlarının inkişafı maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində artan rolunu dəstəkləyəcək. Yeni hədəflərə yüksək rəqabət üstünlüyünə malik iqtisadi sektorlara maliyyələşdirməni gücləndirmək və yönəltmək, innovasiyalara daxili və xarici investisiyaları dəstəkləmək kimi prioritetlər də daxildir. Mərkəzi Bank bu hədəflərə nail olmaq üçün müvafiq iqtisadi qurumlarla yanaşı, Dünya Bankı ilə də sıx əməkdaşlığı davam etdirəcək. Bu siyasətin əsas istiqamətləri isə DB ilə təsdiqlənmiş “2025-2029-cu illər üçün yeni Ölkə ilə Tərəfdaşlıq Çərçivəsi”ə əsasən, müəyyən edilmiş strateji prioritetlərə əsaslanacaq.

Hədəf adambaşına düşən ÜDM-i 10 min dollara çatdırmaqdır

Azərbaycanın qarşısında duran strateji hədəf çağırışı DB-nin müəyyən etidyi ən yüksək indikatora - “yüksək gəlirli ölkə”lər qrupunda yer almaqdır. İqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sözlərinə görə, Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) yüksək gəlirli ölkələrlə müqayisədə təxminən 40 faiz azdır. Hazırda ölkəmizdə bu göstərici 6-7 min dollar təşkil edir, “yüksək gəlirli” ölkələrdə isə bu rəqəm 10 min dollarıdır. Ona görə də fərqi azaltmaq üçün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində, o cümlədən həm mallar, həm də xidmətlər daxil olmaqla ticarət sektoruna stimullaşdırıcı tədbirlər görüləcək.

Azərbaycan həmin inkişaf statusuna çatmaq üçün qarşıdakı inkişaf planlarını DB ilə məsləhətləşmələr şəraitində həyata keçirəcək. Həmin mərhələyə yüksəlmək üçün investisiya, xaricdən texnologiyaların qəbul edilməsi və onların iqtisadiyyata yönəldilməsi əsas tələblərdən biri hesab edilir. Bu ssenarilər “yuxarı-orta gəlir”li ölkə səviyyəsini təmin etdikdən sonra yenidən sürətli inkişaf transformasiyası nəticəsində sonuncu -  “yüksək gəlirli” şkalaya keçidi təmin edə bilər. Bu statusa nail olmaq üçünsə investisiya, infuziya və innovasiya üçbucağını təmin etmək və dayanıqlı texnologiya liderləri ilə rəqabətdə dayanmaq lazımdır.

ELBRUS CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see371

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see371

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see307

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see266

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see247

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see220

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see211

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see209

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see202

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see198

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see194

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see191

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see189

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see181

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see180

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see178

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see172

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see156

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri