Icma.az
close
up
RU
55 yaşlı kişi arvadını qətlə yetirdi: “Qızımın ailəsini dağıtdı, məni bezdirdi...” TƏFƏRRÜAT

55 yaşlı kişi arvadını qətlə yetirdi: “Qızımın ailəsini dağıtdı, məni bezdirdi...” TƏFƏRRÜAT

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Qaradağ rayonunda 1970-ci il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Kəmaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, Məmməd davamlı ailə münasibətləri zəminində yaranmış mübahisələrdə arvadı Kəmaləni günahkar bilib. 11 yanvar 2024-cü ildə saat 19:00-da yaşadığı Qobustan qəsəbəsindəki evinə gəlib, qonaq otağında divana uzanıqlı vəziyyətdə olan arvadı ilə mübahisə zamanı şalvarın cibində saxladığı bıçağı çıxarıb. Bıçaqla ona ardıcıl zərbələr vurub. Qadın aldığı zərbələrdən ölüb.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

“Övladlarıma görə göz yummuşam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Kəmalə ilə 1992-ci ildə ailə həyatı qurub, birgə nikahdan 4 övladı var: “Ailə qurduğumuz ilk illərdə normal dolansaq da, təxminən 2-3 il sonradan hadisə baş verənədək münasibətlərimiz yaxşı olmayıb. Tez-tez evdə aramızda mübahisə, dava-dalaş baş verib. Lakin düşmənçililiymiz olmayıb.

Kəmalə mənimlə heç bir ciddi əsas olmadan çox vaxt evdə mübahisə, söz-söhbət yaradıb. Mən isə övladlarımın xətrinə onun bu kimi mübahisələrinə göz yummuşam”.

“Oğluma zəng edib dedim ki, anan imkan vermir”

Məmmədin sözlərinə görə, sonuncu dəfə Kəmalə ilə aralarında ciddi mübahisələri qızı Samirənin boşanması ilə bağlı olub: “Kəmalə ana olsa da, qızının ailəsini dağıtdı. Onu boşatdırdıqdan sonra əvvəlcə Bakı şəhərinin hansısa rayonunda kirayə tutduğu mənzildə yaşamasını istədi. Lakin mənim etirazımdan bir neçə gün sonra Samirə həmin mənzildən çıxaraq bizimlə birgə, bəzən də qardaşı Əhmədin evində yaşamağa başladı.

Samirənin ailəsinin dağılmasında günahı həyat yoldaşım Kəmalədə gördüyüm üçün onu bağışlamamışam, tez-tez aramızda buna görə mübahisələrimiz olurdu. Kəmaləni qızım Samirənin boşanmasında səbəbkar gördüyüm üçün artıq bezmişdim. 6-7 ay idi ki, onu öldürmək istəyirdim. Hətta böyük oğluma zəng edərək demişdim ki, ananla yola getmirik, mübahisə edir, imkan vermir rahat yaşayam. Amma oğluma, eləcə də digər şəxslərə Kəmaləni öldürmək istədiyimi deməmişəm. Bu haqda heç kimin heç bir məlumatı da olmayıb”.

“Qərara gəldim ki, arvadımı öldürüm”

Məmməd qeyd edib ki, Kəmalə ilə aralarında olan mübahisələrlə bağlı oğlu Nəsibə danışıb, Nəsib də 2024-cü ildə Rusiyadadan Bakı şəhərinə gəlib: “Lakin həmin vaxt görüşmədik, heç bir söhbət etmədik. Növbəti gün, saat 7 radələrində yuxudan oyandım,evdən çıxaraq işə getdim. Digər oğlum Əhmədlə eyni müəssisədə işləsək də, müxtəlif sexlərdə çalışdığımız üçün həmin gün onunla iş yerində görüşmədim.

Saat 16:30-da işdən çıxıb təkbaşına yaşadığım Qobustan qəsəbəsinə gəldim. Qəsəbənin ərazisində xeyli təkbaşına gəzdim. Qəti qərara gəldim ki, arvadım Kəmaləni evdə bıçaqlayaraq öldürüm. Bu barədə heç kimə heç nə demədən saat təxminən 19 radələrində evə gəldim.

Darvazanı döydüm, azyaşlı qızım Səlimə darvazanı açdı. İçəri, həyətə keçərək qızımla mehriban görüşdüm, üzündən öpdüm. Ondan evdə kimin olduğunu soruşdum. “Mamam qonaq otağındadır, qaqam isə öz otağında yatır” dedi.

Səliməyə dedim ki, sən keç qardaşının otağına, mən gəlirəm. Evin giriş qapısından içəri keçdikdə Səlimə sol tərəfdə olan otağa, yəni oğlumun yatdığı otağa girdi, qapını örtdü. Mən isə sağ tərəfdə olan qonaq otağına girdim. Otağının qapısını örtdüm, amma açarla içəridən bağlamadım”.

“Boynundan “fışqırtı” ilə qan ətrafa səpələndi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, qonaq otağında həyat yoldaşı Kəmalədən başqa heç kim olmayıb: “Arvadım divanda uzanıqlıydı, lakin yatmamışdı. Mənim otağa girdiyimi görsə də, ayağa qalxmadı, əlindəki mobil telefona baxmağa davam etdi. Yaxınlaşaraq Kəmalənin baş nahiyəsinin yaxınlığında, ayaq üstə dayandım, alçaq səslə: “Niyə belə hərəkətlər edirdin, niyə belə səhvlərə yol verirdin?” - deyə soruşdum.

Kəmalə isə eyni səs tonuyla: “Yaxşı eləmişəm, sənlik heç nə yoxdur, nə edirəm, düz edirəm, sən kimsən ki?” - cavab verdi. Kəmalənin bu sözlərindən sonra əsəbləşərək cibimdə əvvəllərdən gəzdirdiyim, bir tərəfi qara, digər tərəfi yaşıl rəngdə olan, üzərində insan başı skeleti naxışlanmış, avtomatik qatlanan, düyməli cib bıçağını çıxararaq düyməsini basdım. Tiyə avtomatik olaraq açıldı və qəflətən divanda uzanıqlı halda olan həyat yoldaşımın sol tərəfdən çiyin, boyun nahiyələrinə, yuxarıdan aşağı istiqamətdə olmaqla bir neçə dəfə bütün gücümlə möhkəm zərbələr vurdum.

Kəmalənin heç bir səs gəlmədi. Lakin xəsarətlərin yerindən, əsasən də boyun hissəsindən qan ətrafa səpələndi. İlk zərbələrdən ayağa qalxmaq istədi. Zərbələri davamlı vurduğum üçün divanın qarşısı istiqamətindən döşəmənin üzərinə yıxıldı. Bıçaqla ümumilikdə ona 5-6 dəfə zərbə vurdum.

Kəmalə döşəmənin üzərinə yıxıldıqdan sonra bıçağı cibinə qoydum. Sonra qonaq otağının qapısını açaraq dəhlizə çıxdım. Ətrafda heç kim yox idi. Qonaq otağının qapısını örtüb həyətə çıxdım”.

“Ata, sən nə etdin?”

Məmmədin ifadəsinə görə, yolla bir neçə addım getdikdən sonra böyük oğlunun qaça-qaça evə tərəf gəldiyini görüb: “Yanıma çatdıqda bir kəlmə: “Ata, sən nə etdin?” - dedi. Mən də cavab verdim: “Öldürdüm”. Piyada yoluma davam etdim. Qobustan qəsəbəsi ərazisində bir az gəzdim, gedib dəmiryolunda oturdum.

Yadımda qalmayan hansısa mağazadan yarım litrlik araq aldım, butulkanı başıma çəkərək bir qədər içdim. Təxminən 2-3 saat qəsəbənin ərazisində tək gəzdikdən sonra isə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gedərək könüllü təslim oldum. Əməlimdən peşmanam”.

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Kəmalənin özü onu bu cinayəti törətməyə vadar edib: “Məni çox bezdirir,hərəkətləri ilə çox əsəbləşdirirdi. Qızım Samirənin boşanmasından sonra isə Kəmalənin günahkar, səbəbkar olduğunu düşünürdüm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmməd 9 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Mart 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir neçə gün sonra Atletik i təhlil edəcəyik Qurbanov

04 Oktyabr 2025 22:22see168

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see150

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see138

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see131

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see130

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see129

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see129

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see129

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see126

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see125

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

Qalatasaray Beşiktaş matçında iki qol vuruldu

05 Oktyabr 2025 00:28see123

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see119

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see118

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see117

UEFA nın ən çox pul mükafatı verdiyi 10 ölkənin adı açıqlandı

05 Oktyabr 2025 01:30see116

“Bayer” “Union” üzərində inamlı qələbə qazanıb

05 Oktyabr 2025 01:07see116

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri