Icma.az
close
up
RU
5G texnologiyası sağlamlığa zərərdir? Tədqiqat NƏTİCƏLƏRİ

5G texnologiyası sağlamlığa zərərdir? Tədqiqat NƏTİCƏLƏRİ

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Dünyada 2019-cu ildən tətbiqinə başlanılan 5-ci nəsil mobil rabitə və ya sadəcə 5G texnologiyası rabitə sahəsində inqilab yaradan və daha yüksək sürət təmin edən yeni bir texnologiyadır. Lakin bu texnologiyanın geniş yayılması ilə birlikdə insan sağlamlığına potensial təsirləri ilə bağlı narahatlıqlar da gündəmə gəlib. 

Maraqlıdır, 5G texnologiyasının insan sağlamlığına hansı zərərləri var?

Sfera.az bildirir ki, 5G şəbəkələri əvvəlki mobil rabitə texnologiyalarından (2G, 3G və 4G) fərqli olaraq, millimetrlik dalğalardan istifadə edir. 

Belə ki, 2, 3 və 4-cü nəsil şəbəkələr 700 MeqaHerslə (MHs) 6 QiqaHers (QHs) tezliklər arasında işləyirdisə, 5G-də tezliklər 24-100 QHs arasında dəyişir. Bunun sayəsində 5G-də internet görünməmiş dərəcədə sürətlidir - 5G şəbəkəsi internet məlumatlarını 10 Qbit/saniyə sürəti ilə ötürə bilər. Fiziki qanunlara görə, yüksək tezlikli dalğalar uzaq məsafələrə yayıla bilmir, ona görə də 5G şəbəkəsinin radio qüllələri (antennaları) bir-birinə yaxın məsafədə – təqribən 150-200 metr, maksimum 500 metr məsafədə yerləşməlidir. Bu, əlbəttə ki, radio şüalanmanın həcmcə böyük olacağını göstərir. Elektromaqnit sahələrinin (EMF) sağlamlığa təsiri isə illərdir müzakirə mövzusudur. 

Bu barədə elmi tədqiqatlara nəzər salaq.

2018-ci ildə ABŞ "Milli Toksikologiya Proqramı" tərəfindən siçovullar üzərində aparılan bir araşdırmada, radiotezlik radiasiyasına uzunmüddətli məruz qalmış erkək siçovullarda ürəkdə bədxassəli şişlərin yaranma riskinin artdığı müəyyən edilib. Lakin dişi siçovullarda və digər növlərdə bu hal qeydə alınmayıb. Alimlər bu nəticələrin insanlara nə dərəcədə şamil edilə biləcəyi ilə bağlı ehtiyatlı davranmağı tövsiyə edib.

Eyni dövrdə İtaliyanın Ramazzini İnstitutu tərəfindən aparılmış tədqiqatda siçovullar daha aşağı səviyyəli elektromaqnit radiasiyasına məruz qalıblar. Nəticələr bənzər olub, müəyyən hallarda şişlərin əmələ gəlməsi qeydə alınıb. Lakin bu tədqiqatlar da insan sağlamlığına birbaşa təsir barədə nəticə çıxarmaq üçün kifayət qədər dəlil təqdim etməyib.

Qeyri-İonlaşdırıcı Radiasiyadan Mühafizə üzrə Beynəlxalq Komissiya (ICNIRP) bildirir ki, elektromaqnit radiasiyanın beynəlxalq normativlərdən aşağı səviyyədə qalması şərti ilə insan sağlamlığına mənfi təsirlərin olması ehtimalı çox aşağıdır. 

Qeyd edək ki, 5G texnologiyasının istifadə etdiyi millimetrlik dalğalar dərinin səthi ilə məhdudlaşır və bədən daxilinə nüfuz etmir.

5G texnologiyası ilə bağlı cəmiyyətin narahatlıqları dünyanın müxtəlif ölkələrində fərqli reaksiyalarla qarşılaşıb.Belə ki, 2018-ci ildə Kaliforniya ştatının Mill-Velli şəhərində sakinlərin xərçəng və digər sağlamlıq problemləri ilə bağlı narahatlığı səbəbindən 5G qüllələrinin müəyyən yaşayış ərazilərində yerləşdirilməsinə məhdudiyyətlər qoyulub. Bəzi Avropa ölkələri isə 5G qüllələrinin geniş yayılmasından əvvəl daha elmi araşdırmalar tələb edib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) isə 5G daxil olmaqla radiotezlik dalğalarının sağlamlıq təsirlərini uzunmüddətli tədqiqatlarla araşdırmağı davam etdirir. ÜST-ün mövqeyinə görə, mövcud elmi sübutlar 5G texnologiyasının insan sağlamlığına ciddi zərər verdiyini göstərmir. Elektromaqnit radiasiyanın beynəlxalq standartlara uyğun olması şərti ilə təhlükəsizlik təmin edilir. Əlavə araşdırmalar davam etdirilir və əldə edilən yeni məlumatlar əsasında tövsiyələr yenilənəcək.

5G texnologiyası əvvəlki mobil rabitə nəsilləri (2G, 3G, 4G) ilə müqayisədə fərqli tezliklərdən istifadə edir. Belə ki, daha yüksək tezliklərdə işlədiyi üçün onların təsiri əsasən dərinin səthi və gözlər ilə məhdudlaşır. 5G-nin əsas texnologiyaları 4G və digər texnologiyalarla oxşardır. Mövcud elmi sübutlara əsasən, 5G texnologiyasının beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə tətbiqi insan sağlamlığına ciddi təhlükə yaratmır. Lakin bu texnologiyanın uzunmüddətli təsirlərinin daha dəqiq öyrənilməsi üçün əlavə araşdırmalar aparılmalıdır.

Yaranabiləcək zərərlərdən qorunmaq üçün elektromaqnit sahələri ilə bağlı məlumatlı olmaq və təhlükəsizlik standartlarına əməl edən avadanlıqlardan istifadə etmək vacibdir. Həmçinin ÜST və digər beynəlxalq təşkilatların tövsiyələrinə əməl etmək, elmi tədqiqatların nəticələrindən xəbərdar olmaq bu texnologiyanın risklərini daha yaxşı anlamağa kömək edəcəkdir.


Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Yanvar 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri