Icma.az
close
up
RU
6 ayda 1,8 milyard dollarlıq qeyri neft məhsulları ixrac olunub

6 ayda 1,8 milyard dollarlıq qeyri neft məhsulları ixrac olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə ümumi iqtisadi artımın əsas hissəsi neft-qaz strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektoru üzrə də xüsusi fəallıq nəzərə çarpır. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.

Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə ölkəmizin qeyri-neft sektorunda 18,4 milyard manatlıq məhsul istehsal olunduğu halda, 2024-cü ildə bu göstərici 85 milyard 712,4 milyon manata çatıb. Bu sahədə artım tendensiyası 2025-ci ilin birinci yarısında da davam edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 42 milyard 985 manatlıq qeyri-neft məhsulları istehsal olunub. Ölkənin qeyri-neft sahələrinin inkişaf etdirilməsinin uğurlu nəticələri ixrac əməliyyatlarında da özünü qabarıq şəkildə büruzə verir. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19,1 faiz artaraq 564,7 milyon dollara bərabər olub.

Bu və digər göstəricilər barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşri olan “İxrac icmalı”nın iyul sayında ətraflı bəhs edilib. Nəşrin məlumatına əsasən, cari ilin birinci yarısında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon dollar və ya 54,4 faiz, kimya sənayesi məhsulları 48,7 milyon dollar və ya 38,7 faiz, meyvə-tərəvəz 81,2 milyon dollar və ya 24,3 faiz, pambıq iplik 1,8 milyon dollar və ya 16,6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon dollar və ya 12,5 faiz, çay 62,5 min dollar və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar isə 666,8 min dollar və ya 0,7 faiz artıb.

Son illər ölkə iqtisadiyyatının aparıcı sahələrindən sayılan aqrar sektorda istehsalın genişlənməsi daxili bazarın kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması ilə yanaşı, bu növ malların ixracının da artması ilə müşayiət olunur. “İxrac icmalı”nda qeyd olunduğu kimi, yanvar-iyun aylarında Azərbaycandan 455,2 milyon dollarlıq aqrar və 145 milyon dollarlıq aqrar-sənaye məhsulları ixrac olunub. Bu sahədə müvafiq olaraq 21,9 faiz və 7,7 faiz artım əldə olunub. Bütövlükdə isə, hesabat dövründə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 faiz çoxalaraq 600,3 milyon dollar təşkil edib.

İlin birinci yarısında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında ilk yeri 149 milyon dollarla pomidor (tomat) tutub. Bu siyahıda qızıl (144 milyon dollar) ikinci, pambıq (98,6 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. 2025-ci ilin iyun ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında da pomidor 35,2 milyon dollarla birinci olub. Siyahıda ilk üçlüyü isə 22,7 milyon dollarla qızıl və 18,8 milyon dollarla təzə albalı və gilas tamamlayıb.

“İxrac icmalı” cari ilin birinci yarısında Azərbaycanın ən çox qeyri–neft məhsulları ixrac etdiyi ölkələrin siyahısını da açıqlayıb. Qeyd olunub ki, yanvar-iyun aylarında Rusiya Federasiyasına 586 milyon dollar, Türkiyəyə 287,2 milyon dollar, Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar, Ukraynaya isə 95,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mallar ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi aylıq icmalda, həmçinin qeyri-neft sektoru üzrə cari ilin yanvar-iyun aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub. Hesabat dövrü üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Baku Steel Company” QSC, “Export Stream” MMC, “P-AQRO” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Avrora” MMC, “Sahdag SY” MMC, “UYTROP” MMC və “Green Tech” MMC ilk onluqda qərarlaşıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Siyahıda sonrakı yerləri isə “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, ARDNŞ-nin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” mineral su zavodu MMC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti tutublar.

“İxrac icmalı”nın məlumatında Azərbaycanın 2025-ci ilin yanvar–iyun aylarında peyk telekommunikasiya xidmətləri sahəsindəki uğurları ilə bağlı yığcam məlumat da yer alıb. Nəşrin məlumatına əsasən, bu ilin ilk yarısında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir isə onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin iyun ayında isə qurum dünyanın 34 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,3 milyon dollarla Birləşmiş Krallıq, 1,8 milyon dollarla Lüksemburq, 436 min dollarla Nigeriya, 385,1 min dollarla Türkiyə və 357,9 min dollarla Misir qərarlaşıb.

Göründüyü kimi, son illər ölkəmizdə qəbul olunmuş məqsədli dövlət proqramları, əlverişli biznes mühiti, eləcə də uğurlu şaxələndirmə siyasəti qeyri-neft sektorunun inkişafını sürətləndirir. Bu da öz növbəsində ixracın strukturunda qeyri-neft mallarının payının getdikcə artmasına imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Avqust 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri