Icma.az
close
up
RU
Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır və kimlər bu meyvəni ehtiyatla yeməlidir?

Lent.az xurmanın faydaları və onunla bağlı geniş yayılmış yanlış fikirləri təqdim edir:

Xurma niyə ağızda büzüşmə yaradır?

Xurma yalnız şəkərlə deyil, həm də vitaminlər, minerallar və bioloji aktiv maddələrlə zəngindir. Bu meyvə xüsusilə A vitamininin yaranmasına kömək edən beta-karotin və beta-kriptoksantinlə zəngindir. Xurmanın xarakterik narıncı rəngi də məhz bu piqmentlərlə bağlıdır. Meyvənin tərkibində C vitamini, kalium, maqnezium və az miqdarda dəmir də var. Bundan başqa, xurma antioksidant xüsusiyyətlərə malik taninlər və polifenollarla zəngindir. Xurmanın ağızda büzüşmə yaratmasının əsas səbəbi də taninlərdir. Bu maddələr ağız suyundakı zülallarla qarşılıqlı təsirə girərək quruluq və büzüşmə hissi yaradır.

Meyvə yetişdikcə taninlərin bir hissəsi həll olunmayan formaya keçir və nəticədə xurmanın büzüşdürücü təsiri azalır. Məhsul yığıldıqdan sonra karbon qazı ilə xüsusi emal da bu təsiri aradan qaldıra bilər. Belə emal nəticəsində xurma bərk quruluşunu qoruyur, lakin ağızda büzüşmə yaratmır. Təbii şəkildə tam yetişmiş xurma isə çox yumşaq olur. Hətta onu qaşıqla yemək daha rahatdır. Hər iki növ qida dəyəri baxımından faydalıdır, əsas fərq onların quruluşundadır.

Xurmanın tərkibində nə qədər şəkər və kalori var?

Xurma haqqında ən geniş yayılmış yanlış fikirlərdən biri onun həddindən artıq kalorili və yağlı olmasıdır. Əslində isə bu meyvə şirin dadına baxmayaraq, yüksək kalorili məhsul hesab edilmir. Xurmanın 100 qramında orta hesabla 70 kilokalori, 16 qram karbohidrat, 3,6 qram lif və təxminən 0,3 qram yağ var. Karbohidratların əsas hissəsini təbii şəkərlər, xüsusilə fruktoza və qlükoza təşkil edir. Meyvənin təxminən 80 faizi sudan ibarətdir. Bu səbəbdən xurma düzgün miqdarda qəbul edildikdə balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər.

Şəkərli diabet xəstələri xurma yeyə bilərmi?

Xurmanın qlisemik indeksi təxminən 50-55 arasında dəyişir. Bu göstərici orta səviyyə hesab olunur. Meyvənin tərkibindəki həll olunan liflər, xüsusilə pektin şəkərin orqanizm tərəfindən mənimsənilməsini müəyyən qədər ləngidə bilər. Buna görə də şəkərli diabet xəstələri porsiyanın ölçüsünə diqqət etməklə xurma yeyə bilərlər. Məsələn, bir dəfəyə yarım xurma qəbul etmək uyğun seçim ola bilər. Bununla belə, porsiya meyvənin ölçüsünə, şəxsin qan şəkərinə və ümumi qidalanma planına əsasən müəyyən edilməlidir.

Xurmanın ürək üçün faydaları

Xurma ürək-damar sisteminin sağlamlığı üçün də faydalı qida maddələri ehtiva edir. Meyvənin tərkibindəki folatlar ürək-damar sağlamlığının qorunmasında rol oynayır. Kalium və manqan isə orqanizmin normal fəaliyyətini dəstəkləyən minerallardır. Xüsusilə kalium qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Bundan başqa, xurmanın tərkibindəki liflər qanda xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər. Antioksidant maddələr isə hüceyrələri oksidləşdirici stressin təsirindən qorumağa yardım edir. Mütəxəssislər bildirirlər ki, xurmanı tamamilə rasiondan çıxarmağa ehtiyac yoxdur. Əsas məsələ onun miqdarına diqqət etmək və müxtəlif meyvələrlə birlikdə balanslaşdırılmış şəkildə qidalanmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Noyabr 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri