Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

6 ayda büdcə gəlirləri ÜDM in 32 faizinə çatıb

6 ayda büdcə gəlirləri ÜDM in 32 faizinə çatıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi artımı 2025-ci il üçün 5,5 faiz, 2026-cı il üçün isə 4,9 faiz səviyyəsində proqnozlaşdırır. Bu barədə qurumun sentyabr ayı üçün dərc olunmuş hesabatında məlumat verilib.

Bank gələn il üçün Azərbaycanda karbohidrogen hasilatının azalacağı səbəbindən artım proqnozunun aşağı salındığını vurğulayıb. Qurum subregion üzrə iqtisadiyyatın 2025-ci ildə 5,5 faiz artacağı, lakin gələn il 4,9 faiz azalacağı qənaətindədir.

Hazırda Cənubi Qafqaz ölkələri iqtisadiyyatlarının mülayim artım nümayiş etdirdiyini vurğulayan hesabat müəlliflərinin fikrincə, bu ilin ötən dövründə Azərbaycan yüksək gəlirlər hesabına büdcə profisitini qoruyub. Gəlirlərin çoxalması isə Maliyyə Nazirliyinə ehtiyatları artırmağa imkan verib. Hesabatda qeyd olunur: “Xüsusilə, 2025-ci ilin birinci yarısında gəlirlər ÜDM-in 31,9 faizinə qədər artıb. Buna isə vergi daxilolmalarının, eləcə də Azərbaycan Dövlət Neft Fondundan büdcəyə köçürmələrin çoxalması səbəb olub. Xərclər 2024-cü ildəki ÜDM-in 26,8 faizindən 2025-ci ildə 27,5 faizə qədər artıb. Bu da kapital xərclərinin 11,1 faiz, cari xərclərin isə 7,5 faiz artmasını əks etdirir. Nəticədə 2025-ci ilin yanvar-iyun aylarında büdcə profisiti ÜDM-in 4,4 faizini təşkil edib”.

Eyni zamanda, AİB bu ilin ötən dövründə ölkəmizin üstün xarici mövqeyini qoruduğunu vurğulayıb. Qeyd olunub ki, bu ilin birinci rübündə cari hesab profisiti 1,1 milyard ABŞ dolları təşkil edib, iyunun sonuna valyuta ehtiyatları isə 77,6 milyard ABŞ dollarına qədər artıb. Bu da ÜDM-in 105 faizinə bərabərdir və dövlətin xarici borcundan, təxminən, 15 dəfə çoxdur. Hesabatda, həmçinin bildirilib ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 11,2 milyard ABŞ dolları təşkil edib. Karbohidrogenlərin qiymətlərində volatilliyə baxmayaraq, neft və qaz ticarətindən davamlı gəlirlər, eləcə də qeyri-karbohidrogen ixracının artması pul köçürmələrinin azalmasını kompensasiya edib.

AİB-nin bu il üçün Azərbaycanda gözlənilən inflyasiya səviyyəsi ilə bağlı proqnozu da nikbindir. Belə ki, qurumun sentyabr hesabatına əsasən, cari ilin ikinci yarısında ölkəmizdə inflyasiya yavaşıyacaq. Sənəddə qeyd olunub ki, bu ilin birinci yarısında idxal məhsullarının qiymətlərinin artması, eləcə də 2024-cü ilin ortasında və 2025-ci ilin əvvəlində dövlət tərəfindən tənzimlənən xidmətlərə görə, tariflərin artırılması fonunda inflyasiya sürətlənib. Orta illik inflyasiya bu il iyun ayının sonuna 5,9 faizə (2024-cü ilin birinci yarısındakı 0,7 faiz) qədər yüksəlib. Artım fonunda qida məhsullarının qiymətlərində 6,6 faiz, digər malların qiymətlərində 2,7 faiz, xidmətlərin qiymətlərində isə 7,5 bahalaşma müşahidə olunub.

AİB-in qiymətləndirməsinə görə, ilin qalan hissəsində Azərbaycanda inflyasiya enəcək. Buna səbəb isə qiymətlərin inzibati tənzimlənməsinin təsirinin tədricən azalması olacaq. Hesabat müəlliflərinin fikrincə, ölkədə inflyasiya 2-6 faiz hədəf diapazonunda qaldığı üçün Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin iyul ayında uçot dərəcəsini 7,25 faizdən 7 faizə (2024-cü ilin mayından bəri ilk dəfə) qədər endirib. Cari ilin ikinci yarısında ölkədə inflyasiyanın gözlənilən yavaşımasını nəzərə alan bank 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarını 4,2 faiz və 3,5 faiz səviyyəsində saxlayıb.

1966-cı ildə AİB-nin əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşən Asiya İnkişaf Bankına 48-i regional və 19-u qeyri-regional olmaqla 67 ölkə üzvdür.

Azərbaycan isə 1999-cu ildən etibarən AİB-ə üzv seçilib. Ölkəmizin bankın səhmlərində payı isə 0,447 faiz təşkil edir. AİB-in Azərbaycanda Rezident Missiyası 2004-cü ildə açılıb. Ötən 26 ildə Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri, təxminən, 5,2 milyard dollar olan kredit, qrant və texniki yardımlar əldə edib. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrinə aiddir.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see477

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see448

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see324

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see321

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see272

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see256

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see255

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see240

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see239

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see230

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see226

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see222

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see219

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see218

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see210

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see207

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see204

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see202

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see199

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri