Icma.az
close
up
RU
6 ayda itirdiyimiz MƏŞHURLAR

6 ayda itirdiyimiz MƏŞHURLAR

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin ilk 6 ayı Azərbaycan üçün həm inkişaf, həm də ağır itkilərlə yadda qaldı. İlin əvvəlindən bəri elm, mədəniyyət, tibb, siyasət və media sahələrində böyük xidmətləri olmuş bir sıra tanınmış simalar dünyasını dəyişdi. Onların hər biri cəmiyyətin ayrı-ayrı təbəqələrinə təsir etmiş, fəaliyyəti ilə yaddaşlara həkk olunmuş şəxslərdir. 

Sfera.az bu yazıda 2025-ci ilin yanvar–iyun aylarında vəfat edən tanınmış azərbaycanlıları xatırladır.

Şəmsəddin Xanbabayev

Yanvar ayı ictimaiyyət üçün ağır itkilərlə başladı. 13 yanvarda Naxçıvanın sabiq baş naziri Şəmsəddin Xanbabayev 85 yaşında dünyasını dəyişdi. Onun adı uzun illər Muxtar Respublikanın dövlət idarəetməsi ilə bağlı xatırlanacaq. 

Azər Baxşəliyev

İlin ilk həftəsində isə gənc yaşda vəfat edən aktyor Azər Baxşəliyevin itkisi də cəmiyyətdə üzüntü yaratdı. O, yanvarın 5-də, cəmi 39 yaşında dünyasını dəyişmişdi. Qeyd edək ki, A.Baxşəliyev uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Çimnaz Sultanova 

Yanvarın ayının 15-də aktrisa Çimnaz Sultanova həyatla vidalaşdı. O, bağırsaq xərçəngindən dünyasını dəyişib.

İlyas İsmayılov

Fevral ayında daha bir görkəmli siyasi fiqur olan sabiq ədliyyə naziri və millət vəkili İlyas İsmayılov həyatla vidalaşdı. 86 yaşında vəfat edən hüquqşünas müstəqillik dövründə ölkənin hüquqi sisteminə təsir edən əsas simalardan biri olub.

Həmin ay daha iki tanınmış şəxs –   əməkdar rəssam Rəhim Əliağa oğlu Məmmədov və şair Ramiz Məmməd oğlu Məlikov 96 və 87 yaşlarında dünyasını dəyişdilər. 

Tamilla Xudadat qızı Şirəliyeva

Mart ayı Azərbaycan mədəniyyətinə ağır zərbə vurdu. 12 martda Xalq artisti, tanınmış balet ustası və pedaqoq Tamilla Xudadat qızı Şirəliyeva vəfat etdi. Onun balet sənətinə verdiyi töhfələr illərlə səhnədə yaşamağa davam edəcək.

Ənvər Həsənov

Martın 16-da isə “Azərbaycanfilm”in rejissoru və aktyoru, Xalq artisti Ənvər Həsənov uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat etdi. Həmçinin, tanınmış cərrah, “Əməkdar həkim” Məmili Süleymanov da martın sonunda gözlərini əbədi yumdu.

Rafiz İsmayılov

Aprel ayında Azərbaycan kinosunun əfsanəvi bədii quruluşçusu, Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat etdi. Kino sənətinə verdiyi töhfələr onu ekranlarda yaşadacaq.

Bu 6 ay ərzində 86 yaşlı aktyor, əməkdar artist Mövsüm Turbəndə oğlu Hüseynov (20 yanvar) da dünyasını dəyişənlər sırasında oldu. Onların vəfatı ictimaiyyət üçün gözlənilməz və sarsıdıcı oldu.

Yarım ilin bu qədər ağır itkisi Azərbaycan ictimaiyyətində dərin iz buraxdı. İtirdiyimiz bu dəyərli simalar təkcə yaxınlarının deyil, bütövlükdə xalqın yaddaşında yaşayacaq. Onların hər biri peşəkar fəaliyyəti və xalq üçün göstərdikləri xidmətlərlə xatırlanacaq.

Allah rəhmət eləsin!

Firuzə Əliyeva
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see317

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see316

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see310

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see310

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see300

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see296

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see292

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see291

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see264

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see262

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see253

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see253

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see251

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see243

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see241

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see240

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see237

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see202

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri