Icma.az
close
up
RU
6 aylıq körpə infarktdan öldü Körpələrdə bu hallar nə zaman baş verir?

6 aylıq körpə infarktdan öldü Körpələrdə bu hallar nə zaman baş verir?

Icma.az, Milli.az saytına istinadən bildirir.

Bu gün 6 aylıq körpənin ürək tutması (infarkt) nəticəsində vəfat etdiyi bildirilib. Hadisə cəmiyyətin diqqətini yenidən körpələrdə rast gəlinən ağır ürək problemlərinə yönəldib.

Körpələrdə bu hallar nə zaman baş verir?

Milli.Az xəbər verir ki, həkimlərin sözlərinə görə, infarkt adətən yaşlı insanlarla əlaqələndirilsə də, nadir hallarda körpələrdə də rast gəlinə bilər. Bu hal doğuşdan gələn ürək qüsurları, damar anomaliyaları, genetik pozğunluqlar, həmçinin ana bətnində və ya doğuş zamanı baş verən oksigen çatışmazlığı kimi səbəblərlə əlaqəli ola bilər.

Uşaq kardioloqları bildirir ki, bəzi körpələrdə ürək damarları normal inkişaf etmir və bu, dövriyyənin pozulmasına, nəticədə isə ürək toxumasının zədələnməsinə səbəb ola bilər. Eyni zamanda, infeksiyalar, metabolik xəstəliklər və ya iltihabi proseslər də körpə ürəyinə ciddi təsir göstərə bilər.

Valideynlərə tövsiyə olunur ki, doğulduqdan sonra körpələrin ürək fəaliyyətləri mütəmadi olaraq yoxlanılsın, nəfəs darlığı, göyərmə, tez yorulma, yeməkdən imtina kimi simptomlara ciddi yanaşılsın.

Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzi (STM) 6 aylıq körpənin ölüm səbəbini açıqlayıb.

Oxu.Az-a mərkəzdən verilən məlumata görə, avqustun 1-də saat 4:20-də STM-in Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü (kişi cinsli) körpə hospitalizasiya olunub.

Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozları təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan körpə həkimlərin səylərinə baxmayaraq, avqustun 2-də saat 14:30-da beyin ödəmi səbəbindən ölüb.

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri