Icma.az
close
up
RU
6 günə 12 ölkəni hədəf aldı İranın hücum XƏRİTƏSİ

6 günə 12 ölkəni hədəf aldı İranın hücum XƏRİTƏSİ

Milli.az saytına istinadən Icma.az xəbər verir.

28 fevral tarixindən etibarən İsrail və ABŞ tərəfindən İrana qarşı başladılan koordinasiyalı hərbi əməliyyatlar fonunda Yaxın Şərqdə gərginlik sürətlə artmaqdadır. Tehran tərəfindən atılan cavab addımlarının qısa müddətdə bir neçə ölkənin ərazisinə yayılması münaqişəni regional miqyaslı təhlükəli mərhələyə keçirib.

Milli.Az xəbər verir ki, son 6 gün ərzində İranın zərbələr endirdiyi ölkələr:

Bəhreyn, İraq, İordaniya, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Kipr, Azərbaycan və Türkiyə

Azərbaycan

Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.

İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. 
Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

Türkiyə

Türkiyə Milli Müdafiə Nazirliyi İrandan ölkənin hava məkanına doğru hərəkət edən ballistik raketin zərərsizləşdirildiyini açıqlayıb. Məlumata görə, raket Şərqi Aralıq dənizində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

İraq

İran Qərbində yerləşən İraq ərazisində də hücumlar həyata keçirib. Raket və dron zərbələrinin əsas hədəflərindən biri Ərbil beynəlxalq aeroportu olub. 

Qətər

Qətər də İranın zərbələrinə məruz qalan qonşu ölkələrdən biridir. Burada İran ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası olan Əl Udeyd Hərbi Hava Bazasını, Ras Laffan sənaye zonasını və Mesayid enerji infrastrukturunu vurub.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərində Əl-Dafra Hərbi Hava Bazası, Əbu-Dabi və Dubay ətrafı bəzi hədəflər, Jəbəl Əli limanı və digər obyektlər İran dronlarının və raketlərinin hədəfinə çevrilib.

Küveyt

İran Küveytdə də bir sıra hava hücumları həyata keçirib. Burada Əli Əl Salim Hərbi Hava Bazasını, Küveyt Beynəlxalq Aeroportunu, Məhəmməd Əl-Əhməd hərbi-dəniz bazasını vurub.

Bəhreyn

Bəhreyn də 28 fevraldan sonra İran hücumlarının hədəfinə çevrilib. İranın raket zərbələri zamanı ABŞ-nin 5-ci Donanmasının qərargahının yerləşdiyi Manama şəhərində bəzi obyektlər zərər görüb.

Səudiyyə Ərəbistanı

İranın Səudiyyə Ərəbistanını da müxtəlif vaxtlarda hədəfə çevirib. Riyad ətrafı hərbi obyektlər, Sultan Hərbi hava bazası, Kral Xalid Beynəlxalq Aerportu İran tərəfindən vurulub. 

Fidan
Milli.Az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:441
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Mart 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri