Icma.az
close
up
RU
6 il həbs olunan, oğulluqdan çıxarılan Emil Rəhmanoğlu kimdir?

6 il həbs olunan, oğulluqdan çıxarılan Emil Rəhmanoğlu kimdir?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün müğənni Emil Rəhmanoğlunun anım günüdür.

Kulis.az ifaçı haqqında materialı təqdim edir.

***

Emil Rəhmanoğlu Əməkdar artist Rəhman Rəhmanovun oğludur.

İfaçı 2005-ci ildə “Space” telekanalında yayımlanan “Azəri Star” televiziya müsabiqəsinin laureatı olub. Əməkdar artist Teymur Əmrahın Emilin karyerasında böyük rolu olub. İfaçı kimi özündən də üstün olduğunu bildirib. Emil müsahibələrindən birində: “Teymur Əmrahın mənim oxumağımda rolu yoxdur. Amma repertuar seçimi və Azərbaycanın klassik estradasının ən zövqlü bəstəkarlarını tanımaqda mənə köməyi dəyib” – qeyd edib.
Soyğunçuluqda günahlandırılan müğənni 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb və nəticədə 6 illik həbs cəzası alıb. Həmçinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.

Əməkdar artist Rəhman Rəhmanoğlu həbsdən sonra oğlundan imtina edib. O, mediaya açıqlamasında bildirib ki, bu onu maraqlandırmır: “O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!”.

***

İfaçı uzun müddət narkotik asılılığından əziyyət çəkib.

Emil Rəhmanoğlu müsahibələrindən birində özünün və Elçin Cəlilovun narkotikə qurşanmasında bir Xalq artistini günahlandırıb. Ancaq onun adını heç vaxt açıqlamayıb.

Emil Rəhmanoğlu iki dəfə ailə həyatı qurub. İlk dəfə Şəbnəm adlı xanımla evlənib və o həbsdə ikən - 2014-cü ildə oğlu dünyaya gəlib. Adını Əli qoyublar. İkinci dəfə isə özündən 12 yaş kiçik müğənni Sabrina ilə evlənib. İfaçı bədnəzərdən qorxurmuş: “Çoxu mənim xoşbəxtliyimi istəmir. Toy etməmişik. Düşünürəm ki, toysuz da xoşbəxt olmaq olar.”

***

Qardaşı İlham 27 yaşında faciəvi şəkildə vəfat edib.
Həmin vaxt Emil Türkiyədə olub. Doqquz il sonra ölkəyə qayıdan ifaçı qardaşının məzarını ziyarət edib. O, qardaşının son nəfəsində yanında olmadığı üçün özünü heç vaxt bağışlamayacağını bildirib: “Anam deyir ki, son nəfəsində sənin adını sayıqlayırdı. Səni istəyirdi. Kaş həmin vaxt onun yanında ola bilərdim. Bu geri qalan ömrümdə mənim ən böyük peşmanlığım olacaq”

***

Müğənni istər sənət adamlarının, istərsə də yaxınlarının zərərli vərdişləri ilə bağlı onu tənqid etməsinə bu cür cavab verib:

“Bəli, mən pis vərdişlərin caynağında olmuşam. Uzun müddət bu vərdişlər məni özünə aludə etmişdi, hər şeydən ayrı düşmüşdüm. Yaş ötdükcə insan səhvlərini dərk edir. Mən realist adamam, tez-tez keçmişimə baxmağı xoşlayan insanam. Sabrina ilə tanış olduğumuz beş il, evli olduğumuz dörd il ərzində məndə kifayət qədər irəliləyiş olub. Düzdür, son beş ilin təxminən, iki il yarımını yenə də pis vərdişlərin caynağında olmuşam. Amma son 2-3 ildə demək olar ki, həmin vərdişlərdən uzağam. Hamı kimi məclisdən
məclisə içki içirəm, amma narkotik qəbul etmirəm. Bu vərdişlər Sabrinanın dəstəyi, yuxusuz gecələri, göz yaşları və müalicə sayəsində məndən uzaqlaşıb. Həm də o vərdişlər mənim səhhətimə çox pis təsir göstərdi”.

***

Sənətçi öz ifalardan heç vaxt razı qalmayıb:

“Çünki daha yaxşı oxuya bilərəm. Bu gün oxuduğum mahnını iki gündən sonra beş faiz daha yaxşı oxuyuram. Neçə illərdir bu sənətin içində olmağıma baxmayaraq, sənətdən, musiqidən yorulmuram. Küçədə olanda, piyada harasa gedəndə belə qəlbim və ağzım dayanmır, ancaq mızıldayıram. Bəzən iyirmi dörd saat bir mahnının üzərində dayanıram və hər dəfə başqa cür oxuyuram... Bu sözümə görə Allah keçsin günahımdan. Hərdən üsyan etmişəm ki, kaş bu istedadı, bu sənəti mənə verməyəydi”

Müğənni müsahibələrindən birində başına gələn faciələrin səbəbini yaxşı ifaçı olması ilə əlaqələndirib.

“Ortabab ifaçı olsaydım, bəlkə də, bu taleyi yaşamazdım.
Üç-beş manat qazanıb, evimə gələcəkdim. Bunlar hamısı mənim sənətimin və istedadımın ucbatından başıma gəldi”

Damla, Üzeyir Mehdizadə, Şəbnəm Tovuzlu kimi müğənnilərə qulaq asa bilmədiyini etiraf edib. Niyam Səlami haqqında: “O, müğənni deyil, aşpazdır!”, özünü məktəb adlandıran Manaf Ağayev haqqında danışarkən: “Manaf Ağayev özünə məktəb deyir. Bu məktəb hansı rayondadır? Axı toy məktəbi deyilən şey yoxdur”- demişdi...

Emil 2019-cu ildə intihara cəhd edib: "Bu yaxınlarda intihar etmək istədim, çünki bezmişdim. Artıq bu yaşayışdan bezmişdim, hamının tənələri... Düzdür, mən demirəm düz etmişəm, düzgün həyat sürmüşəm. Bu, bir xəstəlikdir tutdu məni, amma mən düzəlmək istəyirəm…”

Emil Rəhmanoğlu 2023-cü il sentyabrın 19-da səhər saatlarında dünyasını dəyişib.
Atası Aktyor Rəhman Rəmanov oğlunun ölümü ilə bağlı bunları deyib:

“Yazıq oldu, cavan canı getdi. Çox gec bildik. Sən demə, damarlarında tromb var imiş. Həkimlər əlindən gələni etdi, amma həyata qaytara bilmədilər. Mənim də qismətim belə gətirdi. Emilin sağ qalması üçün əlimdən gələni etdim. Heyif ki, onu yaşada bilmədim”.

Bu tarixi abidələri görmədən ölməyin! - Orta Asiyada sizi valeh edəcək 7 abidə Dövlət Turizm Agentliyi Gəncə və Göygölə infotur təşkil edib Ukrayna hökuməti Vudi Alleni qınadı - Rejissorun cavabı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see608

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see455

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see357

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see244

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see239

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see239

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see237

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see230

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see220

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see215

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see213

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see211

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see199

Filippotun iddiaları əsassızdır Politoloq

08 Sentyabr 2026 10:34see198

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see195

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see183

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see173

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see171

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see169

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri