Kremlə qarşı təzyiq rıçaqlarını Tramp özü əlindən buraxır...
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
...ABŞ prezidenti Donald Tramp Ukrayna ilə sülh sazişi əldə etməyə ümid edir, lakin heç bir şeysiz qalmaq riski ilə üzləşə biləcəyinin də istisna etmir.
...Moskva maksimalist tələblərdən əl çəkmir, Vaşinqton isə artıq Kremlə təzyiqləri zəiflədir. Amerika prezidentinin xarici siyasətdə uğur qazanmaq istəyi yalnız Putinin xeyrinə ola bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Foreign Policy yazır.
Tramp Rusiyaya təzyiq etmək əvəzinə yenidən Ukrayna prezidenti Vladimir Zelenskini müharibəni gecikdirməkdə ittiham edir.
...Biz Ukraynaya çox şey verdik. Bunun müqabilində isə yalnız kədər, ölüm və böyük maliyyə itkiləri aldıq, - deyə o, Zelenskini Putindən daha çətin danışıqçı adlandırıb.
Oktyabr ayında Tramp Amerikaya Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılaşma elan etdi və keçən həftə sanksiya məhdudiyyətlərinin bir hissəsini ləğv etdi.
Analitiklər hesab edirlər ki, bununla Vaşinqton özü Rusiya tərəfinə təsir vasitələrindən məhrum olur.
Putinin hələ ciddi güzəştlər etmək üçün heç bir səbəbi yoxdur. Amerikalı məhbusun azadlığa buraxılması və üçtərəfli danışıqları bərpa etmək barədə razılıq Kremlə çox şey vermədi.
Moskva hələ də Donbassda güzəşt tələb edir. Tramp və Putinin 2025-ci ilin avqustunda Alyaska sammiti də əhəmiyyətli razılaşmalar olmadan başa çatdı.
...Rusiya həbsxanasında 4 ildən artıq vaxt keçirən 74 yaşlı amerikalı azad edildikdən sonra Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Putini “humanist” adlandırıb.
Respublikaçı senator Kevin Kramer ABŞ-ın xüsusi nümayəndəsini kəskin tənqid edib.
...Mən kiminsə mənə görə Putini humanist adlandırmasından daha çox Rusiya həbsxanasında ölməyi üstün tutardım, - deyə Kramer bildirib.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 25 Oktyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















